«M.F.Axundzadənin 200 illik yubiley tədbirlərin ilin sonuna qədər davam etdiriləcək»

 

Layihə çərçivəsində müsahibmiz Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyevdir: - Hazırda Kürdəmir rayon MKS nəzdində 50 kitabxana  fəaliyyət göstərir.  MKS–nin kitab fondunda 337989 nüsxə kitab var. 81751 nüsxə kitab latın qrafikası ilə çap olunmuş ədəbiyyatlardır. 2012–ci ilin birinci yarımilində MKS–nin kitab fondundan 24257 nəfər oxucu istifadə edib. Hazırda MKS–nin Elektron kataloqununYeni kitablarbazasına 929 kitab, “Retro kitablarbazasına 2099 kitab , “Elektron  resurslarbazasına 149 CD DVD disk, “Elektron  kartotekabazasına 4620, diyarşünaslıq bazasına 74 məqalə işlənib. Kürdəmir rayon Mədəniyyət Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən parkların fəaliyyəti nəzarətdə saxlanılır, vaxtaşırı müxtəlif səpkili mədəni kütləvi tədbirlər təşkil edilir. Rayon əhalisinin asudə vaxtının səmərəli təşkili onların mədəni istirahəti üçün lazımi şərait yaradılıb. Rayon mərkəzindəki Heydər parkında Gənc Heydərçilərparkında bu istiqamətdə təsirli tədbirlər görülür. Gənc Heydərçilərparkında görülmüş əsaslı təmir yenidənqurma işləri bu məkanı əsl istirahət ocağına çevirib. Parkın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri aparılıb,  mədəni kütləvi tədbirlərin keçirilməsi üçün səhnə quraşdırılıb, çoxlu sayda oturacaqlar qoyulub. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü təşkilatçılığı ilə hər həftə parkda konsertlər əyləncəli tədbirlər təşkil edilir. Rayon Mədəniyyət Turizm Şöbəsinin hazırladığı qrafikə uyğun olaraq hər həftə bir  klub müəssisəsi parkda konsert proqramı ilə çıxış edirlər. Ümumiyyətlə, rayonda mədəni–hərbi hamilik koordinasiya şurasının xətti ilə bir sıra tədbirlər həyata keçirilir. Kürdəmir Hərbi Qarnizonunda əsgərlərlə aparılmış daim diqqət mərkəzində saxlanılır. Hərbi hissədə əsgərlərə göstərilən mədəni xidmət yüksək səviyyədə təşkil edili. Rayon üzrə çağırışçıların hərbi hissələrə yolasalma mərasimlərində incəsənət ustaları konsert proqramları ilə çıxış edirlər.

- Rayonda hansı yubiley tədbirləri keçirilir?

- Dövlət başçısının sərəncamlarına əasən 2012-ci ildə yubileyləri qeyd olunan sənət adamlarının ildönümləri ilə bağlı Kürdəmir rayon Mədəniyyət Turizm Şöbəsində bir sıra rəngarəng tədbirlər həyata keçirilib. Ölkə Prezidentinin müvafiq Sərəncamları ilə bağlı keçirilən bütün tədbirlər şöbə tərəfindən təsdiq edilmiş planları əsasında icra olunub. Yanvar ayında rəssam, boyakar qrafik Bəhruz Kəngərlinin anadan olmasının 120 illiyi, mart ayında yazıçı Məmməd Səid Ordubadinin 140 illiyi, may ayında şair Əhməd Cavadın anadan olmasının 120 illiyi, Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi, iyun ayında H.B.Zərdabinin 170 illiyi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi rayonun mədəni-maarif müəssisələri tərəfindən müxtəlif səpkili mədəni-kütləvi tədbirlərlə qeyd edilib. Rəssam Bəhruz Kəngərlinin 120 illiyi ilə bağlı Kürdəmir Dövlət Rəsm Qalereyasında keçirilən rəsm sərgisində rayonun klub müəssisələrinin rəsm dərnəklərinin üzvlərinin, rayon Uşaq İncəsənət məktəbi şagirdlərinin qalereyanın rəsm dərnəyi üzvlərinin əl işləri nümayiş olunub. Görkəmli Azərbaycan rəssamı haqqında tamaşaçılara geniş məlumatlar verilmiş, rəssamın əsərləri nümayiş etdirilib. M.S.Ordubadinin 140 illiyi münasibətilə klub müəssisələrində kitabxanalarda klub sərgiləri, guşələr, ədəbi-bədii gecələr keçirilib, yazıçı ilə bağlı ətraflı məlumatlar verilib.Görkəmli Azərbaycan şairi Əhməd Cavadın anadan olmasının 120 illiyinin qeyd olunması ilə bağlı verilmiş Prezident sərəncamına uyğun olaraq rayonun bütün mədəni-maarif müəssisələrində silsilə tədbirlər keçirilib. Rayon Mədəniyyət Evində, kənd mədəniyyət evlərində klublarındaƏhməd Cavad – 120 ildevizi ilə ədəbi-bədii gecələr, guşələr, kitab sərgiləri, kitabxanalarda kitab sərgiləri, dəyirmi masalar, məlumatlar devizi ilə ədəbi-bədii gecələr, guşələr, Uşaq İncəsənət məktəbinin Əhməd Cavada həsr olunmuş konsert proqramları, muzey tipli müəssisələrdə guşələr hazırlanaraq tamaşaçılara təqdim edilib. M.Ə.Sabirin 150 illik yubileyinə həsr edilmiş çoxsaylı mədəni-kütləvi tədbirlər keçirilib.M.Ə.Sabir  bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi kimidevizi ilə silsilə tədbirlər təşkil edilib. Rayon MKS-i respublika Uşaq kitabxanası ilə birlikdə rayonun Heydər Əliyev Mərkəzində yubiley tədbiri keçirib, kitabxanalarda kitab sərgiləri, oxucu konfransları, klub müəssisələrindəMənəvi saflığa, mədəni yüksəlişə maarifləndirməyə çağırışdevizi ilə silsilə klub tədbirləri, rayon Uşaq İncəsənət Məktəbində guşələr hazırlanıb, “Sabirin sözlərinə yazılmış musiqilərin ən yaxşı ifaçısınominasiyası üzrə müsabiqəə keçirilib. N.Nərimanov adına rayon Mədəniyyət EvindəMütəfəkkir şairadlı guşə ədəbi-bədii gecə, rayonun Dəyirmanlı kənd tam orta məktəbində Sabirin 150 illik yubileyinə həsr edilmişHophopnaməyə  səyahətadlı gecə sair tədbirlər təşkil edilib. M.F.Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında sərəncama uyğun olaraq şöbənin təsdiq etdiyi tədbirlər planı qismən həyata keçirilib, tədbirlərin ilin sonuna qədər davam etdirilməsi nəzərdə tutulub. M.F.Axunzadənin 200 illiyi münasibətilə müəssisələrdə guşələr, kitab sərgiləri, dəyirmi masalar, oxucu konfransları, məlumatlar, əyani vasitələr hazırlanaraq tamaşaçılara təqdim edilib. MKS-  Milli dramaturgiyanın banis, görkəmli ictimai xadim maarifçiadlı praktik konfrans, klub müəssisələrində ədəbi-bədii gecələr, muzeylərdə guşələr, rayon Mədəniyyət EvindəSəbuhifilminin video variantı nümayiş etdirilib sair tədbirlərlə yaddaşlara yazılıb. H.B.Zərdabinin anadan olmasının 170 illiyinə həsr edilmiş bir sıra tədbirlər keçirilib.Maarifpərvər insanın izləri”devizi ilə klub tədbirləri, kitabxanalarda guşələr, “Əkinçiqəzeti   H.B.Zərdabinin tarixi xidmətlərinə həsr edilmiş məlumatlar tədbir iştirakçılarına çatdırılıb. Natəvanın 180, görkəmli Azərbaycan bəstəkarı drijoru Niyazinin 100, şair X.R.Ulutürkün 80, böyük Azərbaycan şairi Hüseyn Cavidin anadan olmasının 130 illik yubileylərinin ilboyu keçirilməsi nəzərdə tutulub.

- Mədəniyyət müəssisələrinin maddi-texniki bazası hansı səviyyədədir?

- Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Bərdə şəhərində keçirilən zona müşavirəsində aparılan geniş təhlil və müzakirələr nəticəsində şöbənin qarşısında daha səylə çılaşmaq tələbi qoyulub. Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan mədəni-maarif müəsisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir, inventar və avadanlıqlar alınaraq müəssisələrə paylanılır. Mərkəzi Kitabxana sistemi binasında, Uşaq kitabxanasında, Tarix-Diyarşünaslıq Muzeyində, Heydər Əliyev Mərkəzində, Rəsm Qalereyasında  cari təmir işləri aparılıb. Heydər Əliyev Mərkəzində dəyirmi masa qurularaq istifadəyə verilib. Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsi 2012-ci ili uğurla başa vurmaq üçün dövlətimizin həyata keçirdiyi mədəniyyət siyasətini və digər dövlət proqramlarının həyata keçirilməsi istiqamətində öz işini  tələb olunan səviyyədə qurmağa, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq. 

 

 

Anar Miriyev 

 

Palitra.- 2012.- 25 sentyabr.- S.13.