“Cənubi Qafqaza terroru ermənilər gətiriblər”

 

 Millət vəkili, professor Musa Qasımlı: “Erməni silahlı dəstələrinin dinc türk və müsəlman əhaliyə qarşı törətdiyi soyqırımın coğrafiyası Cənubi Azərbaycanı, Anadolunu, Borçalını, indiki Ermənistan və indiki Azərbaycan Respublikasının ərazisini əhatə edir

 

Son zamanlar erməni terror təşkilatlarının aqressiv bəyanatları və Türkiyəyə, Azərbaycana qarşı terror hədələri yayılmaqdadır. Bu, erməni terror təşkilatlarının daha çox ifşa edilməsinin, onların dünya birliyi tərəfindən tanınmasının və bu təşkilatların gizli yuvalarının məhv edilməsinin vacibliyini bir daha ortaya qoyur. Mövzu ilə bağlı müsahibimiz millət vəkili, professor Musa Qasımlıdır.

 

- Musa müəllim, erməni terrorunun mahiyyətini və ermənilərin terrorla bağlılığını necə ifadə edərdiniz?

-Bu gün dünyanı təhdid edən terror təşkilatları içərisində ermənilərin yaratdığı terror təşklatları xüsusi yer tutur. Bir tarixə diqqət yetisək, “Qnçak”, “Daşnaksütyun” və digər erməni təşkilatları yarandıqları zaman öz fəaliyyət proqaramlarına terroru daxil etmişdilər. Hətta “Daşnaksütyunbir adam öldürənə bir dəmir jeton verirdi, iki adam öldürən isə bürünc jetonla təltif olunurdu. Bu, erməni arxiv sənədlərində də var. Qeyd etdiyim erməni terror təşkilatlarının nizamnamələri arxiv sənədlərində varbunlar çap da olunub. Onların terroru əsas vasitə kimi seçmələrini kimsə inkar edə bilməz. Ermənilər bu təşkilatlar yarandıqdan bəri qəhrəman olaraq yalnız terrorçuları, başkəsənləri, adamöldürənləri seçirdilər, ideallaşdırırdılar. Cənubi Qafqaza terroru ermənilər gətiriblər. Ermənilər ilk növbədə terror əməllərini Osmanlı ərazilərində törədiblər, sonralar – 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Cənubi Qafqazda terrorlara başlayıblar. Terrorçular 20-ci əsrin əvvəllərindən başlayaraq Cənubi Qafqazda qarışıqlıq yaradaraq yüzlərlə terror aktı törədiblər. Bununla bağlı mən Moskvada, Rusiya Federasiyası Dövlət Arxivində və Rusiya Federasiyası Tarix Arxivində, o cümlədən Gürcüstan Mərkəzi Tarix Arxivində yüzlərlə tarixi faktlar götürmüşəm. Erməni terrorçuları barəsində çoxlu cinayət işləri açılıb. Onlar milli qırğınlar törətməkdən başqa  imkanlı adamları da öldürüblər. Öldürülənlərin içərisində hətta ermənilər də olub. Bundan başqa ruslar, yəhudilər amansız erməni terrorunun qurbanları olublar. Müxtəlif millətlər erməni terrorçuları tərəfindən kütləvi şəkildə qətlə yetirilib. Terror erməni xalqının təbiətindən doğur. Sonrakı dövrdə erməni terror təşkilatları fəaliyyətlərini yenidən Osmanlı ərazilərinə köçürüblər. I  Dünya müharibəsində silahlı dəstələr hazırlayaraq dinc türk və müsəlman əhalini məhv ediblər. Erməni silahlı dəstələrinin dinc türk və müsəlman əhaliyə qarşı törətdiyi soyqırımın coğrafiyası Cənubi Azərbaycanı, Anadolunu, Borçalını, indiki Ermənistan ərazisini və indiki Azərbaycan Respublikasının ərazisini əhatə edir. Daşnakların Ermənistanda hakimiyyəti dövründə azərbaycanlılara qarşı kütləvi terror və soyqırımı siyasəti həyata keçirilib. Erməni terror təşkilatlarının fəaliyyətində xüsusi yeri  60-cı illərin sonu-70-ci illərin əvvəllərindən beynəlxalq münasibətlərdə başlayan gərginliyin zəiflədilməsi prosesinin gedişindəki hərəkətlər tutur. 60-cı illərin sonu-70-ci illərin əvvəllərində iki sistem arasında baş verən gərginliyin zəiflədilməsi prosesinin gedişində erməni terrorçuları ilk terror aktını Türkiyənin müttəfiqi olan Amerika Birləşmiş Ştatlarının ərazisində törətdilər. Diqqət yetirin, Yavukyan adlı bir terrorçu türk diplomatlarını öldürdüonu ömürlük həbs cəzasına məhkum etdilər. Sonra isə o, azadlığa çıxdı. Sonrakı dövrlərdə isə türk diplomatlarına qarşı terror aktları amansızlıqla həyata keçirilib. Vyanada, BMT-nin ofisində öldürülmüş türk diplomatının adı və şəkli divara vurulub, xatirə lövhəsi var, amma onun hansı terrorçu tərəfindən öldürülməsi yazılmayıb. Bu, ədalətsizlikdir. Mən özüm orada olmuşam, oranın arxivində, kitabxanasında işləmişəm, bunu gördüyüm üçün belə bildirirəm. Erməni terror təşkilatı Almaniyada, Fransada, Tehranda, Suriyada ABŞ-da və digər ölkələrdə terror aktlarını həyata keçirib. Erməni terror aktlarının hədəfindən Sovet İttifaqı da yayınmayıb. “Böyük Oktyabr İnqilabı”nın ildönümü ərəfəsində  - 70-ci illərin ortalarında erməni terrorçuları Moskva metrosunda stansiyaların birini partlatdılar. Erməni terror təşkilatlarının törətdiyi terror aktlarının dəhşətləri və miqyası ümumiyyətlə, bütün bu qeyd edilənlərdən də görünür ki, müqayisəyəgəlməzdir...

-Bu gün biz erməni terrorunun mahiyyətinin dünyada tam ifşa edilməsi və bunun bütün dünya təşkilatları, dövlətləri tərəfindən tam qəbul edilməsi və informasiya savaşında, Qarabağ münaqişəsinin həllində bu məqamdan da düzgün yararlana bilmək üçün nə etməliyik?

-Bu sahədə ölkəmizdə bir sıra işlərin görüldüyünü mütləq qeyd etməliyik. Erməni terror təşkilatlarının fəaliyyətinə dair bizm Milli Təhlükəsizlik Nazirliyinin hazırlayıb nəşr etdirdiyi, müxtəlif dillərdə olan kitabları müstəsna dərəcədə əhəmiyyətli hesab edirəm. Bu kitablarda konkret şəkillər,  rəqəmlər, faktlar verilib. Dövlətin siyasəti aydındır bu məsələdə -  biz erməni terrorunu ifşa etməliyik. Amma fikrimcə, Azərbaycan ictimaiyyətinin üzərinə mühüm vəzifələr düşür. KİV-ə diqqət yetirsək, son vaxtlar erməni terroru ilə bağlı çoxluintensiv yazılar gedir. KİV-də erməni terroru ilə bağlı gedən yazıları mən müsbət qiymətləndirirəm. İnternet saytlarımızda və ümumiyyətlə, virtual aləmdə bu barədə çoxlu işlər görmək olar.  Müxtəlif xarici dillərdə olan saytlara erməni terroru ilə bağlı faktları, yazıları və şəkilləri yerləşdirmək olar. Bundan başqa bizim QHT-lərimiz bu istiqamətdə çox ciddi işlər görə bilərlər. Çünki QHT-lərin mövcudluğu və onların proseslərə təsiri dünyada qəbul edilir. Bizim erməni terroru barədə söylədiklərimiz də fərziyyələrə əsaslanmır.  Onlar isə informasiya savaşında uydurmalar əsasında danışırlar. Bizim dediklərimiz real faktlara əsaslanır. Bu faktların videoşəkililəri, fotoları və sair var. Hər şey göz önündədir və sənədlərə əsaslanır. Ona görə hesab edirəm ki, mütləq erməni terroru ilə bağlı təkcə KİV-də deyil, eyni zamanda gənclər təşkilatları və QHT-lərin gücündən daha güclü yararlanmalıyıq. Gənclər təşkilatları və gənclər ABŞ senatorlarına, Nümayəndələr Palatasının üzvlərinə, digər ölkələrin deputatlarına, dövlət adamlarının, dünya siyasətçilərinin e-mail ünvanlarına göndərməlidirlər. Qoy oxumasınlar, amma ən azı elektron poçtlarını açanda o barədə olan məlumatı görəcəklər. Və yaxud diqqət yetirin ki, son günlərdə möhtəşəm bir hadisə baş verdi. Prezident İlham Əliyev Parisdə  - dünya demokratiyasının mərkəzlərindən və beşiklərindən biri olan bu şəhərdə və  ermənilərin ən güclü olduğu bir ölkədə Azərbaycan Mədəniyyət Evininin açılışını həyata keçirdi. Bu Mədəniyyət Evi açılan zaman  Azərbaycan və türk diasporu Ermənistan səfirliyi qarşısında aksiyalar keçirdi. Bu, çox yaxşı bir nümunə və Azərbaycan mədəniyyətinin, həqiqətlərinin dünya mərkəzlərində təbliğ olunması işində gözəl bir örnəkdir. Biz ümumiyyətlə, ermənilərə göz açmağa imkan verməməliyik. Bütün vasitələrdən, bu cür effektiv üsullardan istifadə edərək daim hücumda olmalı və erməniləri hər addımda yenməli, onları məğlub və ifşa etməliyik.

 

 

İlkin AĞAYEV  

 

(ardı var)

 

Palitra.- 2012.- 26 sentyabr.- S.5.