Davos Forumunun Bakıda keçirilməsi region üçün yeni imkanlar yaradacaq

İqtisad elmləri üzrə fəlsəfə doktoru İlkin Soltanlı: Dünya İqtisadi Forumu regionalqlobal oyunçulara regionun gələcəyi ilə bağlı əsas çağırışları və imkanları dəyərləndirmək üçün mühüm platformadır

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan dünya iqtisadiyyatına çoxdan inteqrasiya edib: Bundan sonrakı illərdə iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, sənaye potensialımızın gücləndirilməsi, ixrac potensialının artırılması, idxaldan asılılığın azaldılması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılacaq və bu günədək aparılıb. Ölkəmizin uğurlu inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi və gözəl perspektivlər deməyə əsas verir ki, qalan problemlər, nöqsanlar, çatışmazlıqlar da aradan qaldırılacaq. Ölkə iqtisadiyyatının inkişafı və bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı fikirlərini bildirən mütəxəssislər də ölkəmizin artıq güclü iqtisadiyyata malik olduğunu təsdiq edirlər. Müsahibimiz AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru İlkin Soltanlıdır:

-Bu gün Azərbaycan iqtisadiyyatı dünyada ən dinamik inkişaf edən iqtisadiyyatlardan biri hesab olunur. Belə ki, son illər ÜDM-i üç dəfə artırmağa, iqtisadiyyatımızı şaxələndirməyə, qeyri-neft sektorunu əsaslı şəkildə inkişaf etdirməyə nail olmuşuq. Siz bu istiqamətdə əldə etdiyimiz nailiyyətlərlə bağlı nə deyə bilərsiniz?

- Doğrudan da, ölkəmizin iqtisadiyyatı çox sürətlə və dinamik inkişaf edir. Bu isə böyük müdrikliklə, düzgün şəkildə formalaşdırılan və həyata keçirilən iqtisadi siyasətin nəticəsidir. Bütövlükdə, dünya dövlətləri cərgəsində özünəməxsus yeri ilə seçilən, sürətli inkişafı ilə bir çox ölkələrə örnək olan müstəqil və qüdrətli Azərbaycan Respublikasının güclü sosial-iqtisadi tərəqqisi və dayanıqlı inkişafı sahəsində qazandığı uğurlara görə, böyük öndərimizə və onun davamçısı Prezident İlham Əliyevə borcluyuq. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev, yaranmış gərgin hərbi-siyasi situasiyanı və dünyada gedən meyilləri düzgün qiymətləndirərək, bütün sahələrdə quruculuq proseslərinə start verdi. Lakin əsas məsələ ölkə iqtisadiyyatının dirçəldilməsi və dayanıqlı inkişaf etdirilməsi oldu.İqtisadi sahədə strateji yolumuz respublikada bazar iqtisadiyyatına keçmək üçün iqtisadi islahatlar aparmaqdan və tədricən Azərbaycanda bütün sahələrdə sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı formaların tətbiq etməkdən ibarətdir deyən müdrik rəhbərin rəhbərliyi altında, zamanın sınağından çıxmış səmərəli bazar münasibətləri tətbiq olunmağa başladı. Əsrin müqaviləsi imzalanaraq, ölkə iqtisadiyyatının inkişafına güclü təkan verən böyük həcmli investisiyalar cəlb olundu. Prezident İlham Əliyev isə bu estafeti uğurla davam etdirərək, Azərbaycan Respublikasının iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə daxil olmasına şərait yaratdı. Bu mərhələnin başlıca məqsədi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olunması, ölkəmizdə uzunmüddətli dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bu baxımdan, ölkənin malik olduğu iqtisadi potensialın kompleks və səmərəli şəkildə həyata keçirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkə regionlarının malik olduğu potensialdan tam və səmərəli istifadə etməklə onların inkişafının tarazlaşdırılması, təşəbbüskarlıq meyillərinin və sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun aşağı salınması kimi vəzifələr mühüm əhəmiyyət kəsb edir. Yuxarıda göstərilən istiqamətlərdə ardıcıl, düşünülmüş və məntiqli şəkildə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan dünya miqyasında söz sahibinə çevrilib. Ölkəmizdə iqtisadisiyasi islahatlar uğurlaparalel olaraq aparılır. Həmin islahatlar isə siyasi müstəqilliyimizin daha da möhkəmlənməsinə təkan verib. Prezidentin CNN televiziya kanalına müsahibəsində qeyd olunduğu kimi, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Biz 10 ildən də az müddətdə ümumdaxili məhsulu üç dəfə, yəni 300 faizdən çox artıra bilmişik. Hazırda iqtisadiyyatımız daha da şaxələndirilib. Bu, təkcə enerji sahəsinə aid deyil. Hazırda bizim əsas məqsədimiz Azərbaycanın qeyri-enerji sektoruna, xüsusilə yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə investisiyaları cəlb etməkdir.

- Aprel ayında Bakıda Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) keçiriləcək. Forumun ölkəmizdə keçirilməsi, artıq Azərbaycanın dünya səviyyəli iqtisadi mərkəzə çevrildiyini göstərir. Bu forumun ölkəmizdə keçirilməsini və onun əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın iqtisadi diversifikasiyaya və dayanıqlı inkişafa əsaslanan mövcud inkişaf modeli, xüsusən də iqtisadi sahədə əldə edilən böyük uğurlar bütün dünyanın diqqət mərkəzindədir. Bu baxımdan, aprel ayında Dünya İqtisadi Forumunun (Davos Forumunun) Bakıda keçirilməsi təsadüfi sayıla bilməz. Fikrimizcə, Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq mövzusunda Forum gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi baxımından region üçün çox gözəl imkan yaradacaq. Forumda əsasən sənaye, təbii sərvətlər, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, dağ-mədən, maliyyə, telekommunikasiya sahələri ilə bağlı məsələlər müzakirə olunacaq. Bununla yanaşı, həmin mühüm tədbirdə Azərbaycanın getdikcə artan iqtisadi imkanları, Avropanın enerji təhlükəsizliyinin təminində rolu, ölkədə yaradılmış əlverişli investisiya mühiti, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoruna, xüsusilə də innovativ texnologiyalara qoyulan investisiyalars. məsələlər müzakirə mövzusu olacaq. Bu Forum regionalqlobal oyunçulara regionun gələcəyi ilə bağlı əsas çağırışları və imkanları dəyərləndirmək üçün mühüm platforma kimi, həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionunda əməkdaşlığın və inteqrasiyanın daha dərin inkişafına öz layiqli töhfəsini vergcək və region üçün çox gözəl imkanlar, əlverişli şərait yaradacaq.

-Beynəlxalq Valyuta Fondunun məsləhətçisi Raca Almarzuqi bildirib ki, 2013-cü ildə Azərbaycanda qeyri-neft sektorunda ÜDM-in artımı 9% səviyyəsində proqnozlaşdırılır. Fikrinizcə, ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində hansı addımlar atıla bilər?

- Azərbaycan iqtisadiyyatının son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrildiyini qeyd edən Beynəlxalq Valyuta Fondunun məsləhətçisi Raca Almarzuqi, ölkəmizdə neft istehsalının nisbi məhdud müddətinin 2020-ci ilədək iqtisadiyyatın özəl sektorunun qabaqcıl roluna söykənən, həmçinin davamlı və hərtərəfli artım ilə səciyyələnən iqtisadiyyata çevrilməsini tələb etdiyini göstərərək, qeyri-neft sektorunun artımının əsasən, dövlət xərcləri hesabına təmin ediləcəyini və ümumilikdə ÜDM-in 4,5 faiz artmasına səbəb olacağını göstərib. 2003-cü ildən bəri Azərbaycanın ümumidaxili məhsulu üç dəfə, qeyri-neft ümumidaxili məhsulu isə 2,4 dəfə artıb. Marja xəbər verir ki, bunu fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində Cənubi Qafqaz iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür. İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalıb. Qlobal Rəqabətlilik Hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir.

Hazırda aqrar sektorun inkişafı diqqət mərkəzindədir. 2003-2012-ci illərdə aqrar sektor 1,4 dəfə, heyvandarlıq məhsullarının istehsalı isə 3,4 dəfə artıb. Sahibkarlara Kömək Milli Fondunun xətti ilə 2003-cü ildən bəri 15 mindən çox sahibkara güzəştli kredit ayrılıb. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 104 mindən çox yeni yerinin açılmasına imkan yaradıb. Beləliklə, bütün reallıqlar onu deməyə əsas verir ki, ölkə başçısının bildirdiyi kimi, bu inkişaf bundan sonra da uğurlu və dayanıqlı olacaq.

 

Nigar ABDULLAYEVA

Palitra.-2013.-3 aprel.-S.10.