Cavid irsini təbliğ edən muzey

Layihə çərçivəsində təqdimatımız böyük şair və dramaturq Hüseyn Cavidin ev muzeyi ilə bağlıdır. Muzeyin ekspozisiyası dörd otaqda yerləşib. Muzeyin tərtibatı elə düşünülüb ki, ekspozisiya artıq 2-ci mərtəbədən başlanır və muzeyə gələn hər bir adam artıq girişdən Cavidlər mühitinə düşüb, Cavidlər dünyasına qatılır.

Ekspozisiyada 600-dən artıq eksponat nümayiş etdirilir. Bu eksponatlarərisində məhz Cavidlər ailəsinə məxsus məət və geyim əşyaları, Hüseyn Cavidin müxtəlif illərdə çap olunmuş əsərləri, şəxsi kitabları, ailəvi fotolar, dram əsərlərinin tamaşalarından proqram, afişa və fotolar, Ərtoğrol Cavidin istifadə etdiyi kitablar, bəstələdiyi musiqi əsərlərinin notları, müxtəlif sənədlər, məktublar var. Həmçinin Turan Cavidin fəaliyyəti ilə bağlı olan materiallar nümayiş edilir. Hüseyn Cavidin yazı masası, Mişkinaz xanıma məxsus tikiş maşını, radioqəbuledici, yemək masası və bir çox eksponatlar ekspozisiyada əsas yer tutur. Ekspozisiyanın tərtibatı zamanı bir neçə görkəmli sənət xadimlərinə süjetli əsərlər sifariş olunub və bu əsərlər ekspozisiyanı daha da zənginləşdirib, onu baxımlı və maraqlı edib.

Şairin bioqrafiyasını və sənət taleyini əks etdirənCavidin ömrüotağı sırf xatirə mahiyyətlidir. Ona görə də tərtibat nöqteyi-nəzərindən tam müasir görümlü dəhlizdən fərqli olaraq buranın tərtibatında 20-30-cu illərin ovqatı bütün qabarıqlığı ilə sezilməkdədir. Bu otaqda verilən fotolar maksimal dərəcədə orijinal fotolardır və burada Cavidə, onun ailə üzvlərinə məxsus əşyalar, ev avadanlığı yer almaqdadır. Qapıdan girərkən sol divarda rəssam Oqtay Sadıqzadənin yağlı boya ilə çəkdiyi Mişkinaz Cavidin portreti asılıb. Portretin altında elə həmin divardaca Mişkinaz Cavidin gündəliklərindən onun öz xətti ilə olan parka yazılıb: “Biz 1918-ci ilin avqust ayında evləndik. Çox kiçik, xudmani toy məclisi oldu. Toydan bir-iki gün sonra Cavid mənə dedi ki, axı mən hərdənbir cızmaqara edirəm, gərək mənim ilk oxucularımdan biri də sən olasan. Mən isə onun oxucusu ola bilməzdim. Çünki savadım yox idi. Cavid mənə dərs deməyə başladı”. O, Cavidə yalnız sədaqətli, dəyanətli bir həyat yoldaşı deyil, həm də dost, sirdaş ola bildi. Cavid ona əlifba öyrətdi, savad verdi. Mişkinaz, Hüseyn Cavidin yüzlərlə tələbəsindən biri idi. Caviddən aldığı o savadla Mişkinaz çox illər sonra şairin unudulmuş əsərlərini yazıya köçürtdü, onun haqqında xatirələri qələmə aldı.

Üzeyir Hacıbəyli və Bülbülə

göndərilən məktublar

Cavidin faciəsiadlanan üçüncü otaq Hüseyn Cavidin və onun ailəsinin sovet rejimi tərəfindən məruz qaldıqları müsibətlərə həsr edilib. Açıq qapıdan qarşı divardakı rəsm əsəri görünür. Rəssam Oqtay Sadıqzadənin çəkdiyi «Qara yazı» adlı bu əsərdə 1937-ci il repressiya qurbanlarından bir neçəsi təsvir edilib - Cavid və onunla dostluq etmiş, yaxın olmuş daha yeddi Azərbaycan ziyalısı. Otaqda Cavidin cib saatı və Sibirdəki məzarından götürülmüş torpaq nümayiş etdirilir. Bu guşədə Ərtoğrolun çəkdiyi A.M.Şərifzadənin İblis obrazında təsviri və Ərtoğrolun ailəsinə, əllimləri Üzeyir Hacıbəyliyə, Bülbülə göndərdiyi məktublardan parçalar nümayiş olunur. Həmçinin burada «İblis» pyesindən misralar yazılıb.

Ev muzeyindəki ən böyük otaq ekspozisiya olaraq Hüseyn Cavidin və onun bəstəkar, şair, rəssam oğlu Ərtoğrolun ədəbiyyat və sənətdə qazandıqları sayğı və zəfərləri nümayiş etdirməyi nəzərdə tutur. Cavid ev muzeyinin elmi fondundan əlavə öz videotekası və fonotekası var. Cavid haqqında və onun həyat-yaradıcılığı ilə əlaqədar çəkilmiş bütün sənədli, bədii filmlər, süjetlər, Cavid əsərlərinin ayrı-ayrı tamaşalarının lent yazıları müvafiq münasibətlərdə bu tamaşaçılara göstərilir. Tamaşaçılar bu otağa daxil olarkən səsləndirmə mərkəzindən Ərtoğrol Cavidin Tahir Rasizadənin sözlərinə bəslədiyi və Rauf Adıgözəlovun ifasında lentə alınmışSəninlə olaydımmahnısı eşidilir. Girəcəkdə sağ tərəfdə qədimi piano qoyulub. Vaxtilə bu pianoda həm Ərtoğrol Cavid, həm onun əllimi Üzeyir Hacıbəyli, həm də Müslüm Maqomayev ifa ediblər.

Ərtoğrol Cavidin ona konservatoriyada dərs demiş sevimli əllimi Üzeyir Hacıbəyova həsr etdiyiDoqquz variasiyaəsərinin not yazısının avtoqrafı açıq halda pianonun üstündədir. Əsərin ilk səhifəsində bu əsərin məhz Üzeyir bəyə həsr edilməsi Ərtoğrolun öz xətti ilə qeyd edilib. Pianodan üstdə divardan Ərtoğrol Cavidin gənc rəssam Kamilla Eldarova tərəfindən çəkilmiş portreti asılıb. Ərtoğrol çoxcəhətli istedad sahibi idi. Ərtoğrol yaxşı şahmatçı idi. Onun uşaqlıq dostu Ətaulla Qasımovla oynadığı şahmat partiyalarının müfəssəl təsvirini əks etdirən dəftərlər də qalıb. 24 illik qısa ömür yaşamış Ərtoğrol Cavid Pedaqoji İnstitutun ədəbiyyat fakültəsiniəlaqiymətlərlə bitirdikdən sonra konservatoriyaya daxil olmuşdu. Eyni vaxtda o, Bülbülün təşkil etdiyi Xalq Musiqisinin Tədqiqi kabinəsində çalışır, araşdırmalar aparırdı. Üzeyir Hacıbəyovun tələbəsi olan Ərtoğrol Cavid soyadına görə çap olunmaq imkanından məhrum idi. Bununla belə usanmadan işləyirdi. Romanslar, mahnılar, simfonik parçalar bəstələmiş, “Məhsətioperasını yazmağa başlamışdı. Qərbi Avropa və rus bəstəkarlarının bir çoxlarının məşhur əsərlərini Azərbaycan dilinə ekvoritmik tərcümə etmişdi. 24 il son dərəcə qısa bir ömür yaşamış, bu ömrün də son iki ilini çarpayı dustağı olmuş Ərtoğrol bütün sıxıntılara baxmayaraq ruhdan düşməmiş, böyük bir kollektivin yerinə yetirə biləcəyi qədər zəngin, çoxcəhətli və faydalı işlər görmüşdü. O, Nizami Gəncəvinin sözlərinə romanslar yazan ilk Azərbaycan bəstəkarlarından idi. Nigar RəfibəylininMəhsətipoeması əsasında opera yazmağa və atasınınŞeyx Sənanfaciəsini də operalaşdırmağa hazırlaşırmış. Bir çox xalq mahnılarımızın nadir ifalarda fonovaliklərə yazılaraq bugünə çatdırılması Ərtoğrolun mədəniyyətimizə misilsiz xidmətlərindəndir. Onun şeirləri, ssenariləri, elmi məqalələri bişkin bir qələm sahibi olduğunu təsdiqləyir. Cavidin əsərləri III beynəlxalq

kitab sərgi-yarmarkasında nümayiş etdirilib

Muzey Cavid irsinin təbliği istiqamətində müxtəlif tədbirlər keçirir. Məsələn, Cavidin əsərləri III beynəlxalq kitab sərgi-yarmarkasında nümayiş etdirilib. Sərgi çərçivəsində muzeyinin direktoru Gülbəniz Babaxanlının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası ilk dəfə olaraq geniş oxucu kütləsinə təqdim olunub. Sərgidə muzeyin nəşrə hazırladığı bir sıra kitablar öz yerini tutub və sərgi iştirakşılarının marağına səbəb olub. Muzeyə ayrılmış guşədə “Cavidşünaslıq” elmi araşdırmalar toplusu 10 cilddə, Hüseyn Cavidin külliyatı 5 cilddə, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavidçoxcildliyi, H.CavidinŞeydaəsəri 10 dildə, “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası, “Cavid hikməti” seçmə aforizmləri, Ərtoğrol Cavidin bəstələrindən ibarət CD və DVD disklər və digər kitablar nümayiş olunub. Bundan başqa Cavidlər ailəsinin müxtəlif fotolarından ibarət elektron foto sərgi nümayiş olunub. Yerli və xarici qonaqlar Hüseyn Cavidin həyat və yaradıcılığı ilə bağlı kitablara yaxından maraq göstərirlər. Xarici qonaqlarla aparılan söhbət zamanı onlar dahi dramaturqu dünya romatizminin nümayəndələri sırasında tanıdıqlarını, yaradıcılığı ilə yaxından maraqandıqlarını bildirirdilər. Onu da xatıqladaq ki, bu il sentyabrın 11-də Monteneqronun paytaxtı Podqoritsa şəhərinin tarixiKral parkı”nda Azərbaycan xalqının görkəmli şair və dramaturqu Hüseyn Cavidin büstünün və şəhərin mərkəz hissəsində “Bakı” küçəsinin təntənəli açılış mərasimi keçirilib. III Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları da Hüseyn Cavidin ev muzeyini ziyarət ediblər.

Hazırda Hüseyn Cavidin ev muzeyi AMEA-nın elmi idarələrindən biridir. Artıq neçə ildir ki, burada elmi əməkdaşların fəaliyyətini koordinasiya edən Elmi Şura fəaliyyət göstərir. Muzey böyük təbliğat və təşviqat işləri aparır, muzeydə çoxsaylı qonaqlarla müxtəlif dillərdə izahatlar aparılır, məktəblərdə, liseylərdə, digər təhsil ocaqlarında, qaçqın yataqxanalarında tədbirlər keçirilir, Cavidlərə həsr olunmuş mühazirələr oxunur, səyyar sərgilər nümayiş etdirilir. Hüseyn Cavidin ev muzeyi Naxçıvanda yerləşən Hüseyn Cavidin ev muzeyi ilə mütəmadi yaradıcılıq əlaqələri saxlayır, ona lazımi metodiki yardım göstərir.

Anar Miriyev

Palitra.-2013.-16 noyabr.-S.11.