Kölndə «Azərbaycan gecəsi»

 Kölndə Heydər Əliyev Fondunun təşkil etdiyiAzərbaycan gecəsikeçirilib.

Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, 3 saatdan artıq davam edən tədbir Kölnün tarixi Gürsenix mədəniyyət zalında baş tutub.

 Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan gecədə çıxış edən səfir Pərviz ŞahbazovAzərbaycan gecəsi”nə gələnlərə təşəkkürünü çatdırıb. Azərbaycanın siyasi və iqtisadi göstəricilərinə görə Qafqazda lider dövlət olduğunu deyən səfir bu ölkənin zəngin mədəniyyətə sahib olduğunu vurğulayıb. O, Azərbaycanın bu mədəni və tarixi zənginliklərinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi layihələrə görə Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 Şərqlə Qərb, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycanın muğam sənəti bu gün YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Amma Azərbaycanda milli, Şərq musiqisi ilə yanaşı bu gün klassik, Avropa musiqisi də inkişaf edib və Kölndə təqdim olunan konsert proqramı bunun bariz nümunəsidirdeyən səfir Pərviz Şahbazov Azərbaycanın musiqi vətəni olan Dağlıq Qarabağın 20 ildən artıq müddətdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu və bu işğal nəticəsində 1 milyondan artıq insanın doğma yurdundan qaçqın və məcburi köçkün düşdüyünü bildirib.

 Tədbirin aparıcısı, Almaniyanın tanınmış  teleaparısıcı Co Fexner konsert proqramından öncə ölkə barəsində məlumat verərək 1918-ci ildə Şərqdə ilk parlament respublikasının məhz Azərbaycanda yaradıldığını, Avropa ölkələrindən əvvəl məhz Azərbaycanda qadınların ilk dəfə səsvermə hüququ əldə etdiyini deyib. Heydər Əliyev Fondunun digər ölkələrdə həyata keçirdiyi layihələrdən danışan Fexner, Fondun Strasburq və Parisdə tarixi kilsələrin, Roma katakombalarının, o cümlədən İkinci Dünya Müharibəsi illərində dağıdılan Berlin qəsrinin bərpasında iştirak etdiyini bildirib.

 Bu gün müasir Azərbaycanda muğam, caz, klassik musiqi ənənələrinin inkişaf etdiyi qeyd olunub, həmçinin 2012-ci ildə Bakının ilk dəfə olaraq “Eurovision” Mahnı Müsabiqəsinə uğurla ev sahibliyi etdiyi və bu müsabiqənin Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi bildirilib.

 Azərbaycan gecəsidaha sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı ilə davam edib. Dirijor Fuad İbrahimovun rəhbərliyi altında tamaşaçılara Azərbaycan musiqisinin inciləri təqdim olunub. Fikrət ƏmirovunŞənlik rəqsi”, NiyazininRastsimfonik muğamı, Üzeyir HacıbəylininArşın mal alanoperettasından Gülçöhrənin ariyası, Vasif AdığözəlovunElegiya”sı, xalq mahnısıSarı gəlinvə s. tamaşaçılarda Azərbaycanın musiqi xəzinəsi barədə dərin təəssürat yaradıb.

 Gecədə Azərbaycanın tarixi və mədəni irsinin təəssüratında olan tamaşaçıların  Almanlar Azərbaycandafoto sərgisi ilə tanışlıq imkanı da var idi. Çoxmillətli və tolerantlıq diyarı olan Azərbaycanın Göygöl rayonunda yaşayan almanların həyatını əks etdirən bu sərgi ilə yanaşı, həmçininAlmaniya gənc rəssamların gözündəsərgisi də nümayiş olunub. Bu sərgi çərçivəsində Almaniyada heç bir vaxt olmayan gənc azərbaycanlı rəssamların gözündə Almaniya həyatı təqdim edilir.

“Azərbaycan gecəsi”ndə qonaqlara, Azərbaycanın milli mətbəxindən təamlar, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan tarix, mədəniyyət, incəsənətə dair müxtəlif kitablar, Azərbaycan muğamı, cazı, klassik və estrada musiqisinə dair disklər də təqdim edilib.

 Qeyd edək ki, Heydər Əliyev Fondunun Almaniyada növbəti tədbiri dekabrın 5-də Hamburqda keçiriləcək.

Palitra.-2013.-22 noyabr.-S.4.