Rənglərin Cəlalı

 

İncəsənətin müxtəlif növləri mövcuddur. Musiqi, rənglər dünyası, memarlıq və s. Amma bunların bir-biri ilə vəhdətini düşünənlər yanılmırlar. Fərqli xarakterə və konsepsiyaya malik olan bu sənət növləri bir çox məqamlarda qovuşur, biri o birini aydınlaşdırır, onu izah edir, açıqlayır. Bir sənət nümunəsinin işığı altında bir neçə sənət nümunəsi işıqlanır.

Bu həmişə həyatımızda da baş verən sanki bir akustik vəziyyətdir. Mədəniyyətin tarixini isə dörd sözlə ifadə etmək olar: çox bilən çox bacarar. Yaşadığımız aləm min bir rənglə doludur. Rənglərin dilini isə ən yaxşı rəssamlar bilir. Rəssamlıq şübhəsiz ki, incəsənətin ən maraqlı, ecazkar növlərindən biridir. Ömrünü bu sahəyə həsr etmişya bu sahəyə həsr etməyə qərar vermiş insanlar rənglərin dili ilə insanları ecazkar mənzərələrlə tanış edir, rənglərin sirli dünyasına səyahətə aparırlar. NDU-nun dissertantı Məmməd Babayevin haqqında danışmaq istədiyi gənc də məhz bu sahəni özünə yol seçib: «Onun adını eşitsəm də, fəaliyyəti haqqında eşitsəm də, sərgilərdə əsərlərini görsəm də özü ilə tanışlığım yox idi. Onunla tanışlığım isə tam bir təsadüf oldubu təsadüfi tanışlıq məni onun yaradıcılığı ilə yaxından tanış olmağa sövq elədi. Beləcə, gənc rəssam Cəlal Rzayevin yaradıcılıq dünyasına xoşsirli bir səfərim başladı... Höte deyirdi ki, təsviri incəsənət məhz  ona görə incəsənətdir ki, o təbiətin özü deyildir. Cəlal da öz yaradıcılığında təbiət, yaradılmışların əşrəfi olan insaninsan üçün dəyərli olan hər şeyin təsvirini verməyi bacarır. Uşaqlıq illərində hər birimiz bütün qayğılardan uzaq şəkildə, rahat yaşamağa, fəaliyyət göstərməyə öyrənirik. Getdikcə, yaş artdıqca, insanın dünyagörüşü daha da təkmilləşdikcə qayğılar az da olsa yerini dəyişməyə başlayır. Artıq hər birimiz yavaş-yavaş hiss edirik ki, cəmiyyətdə bizim üçün pisya yaxşı, amma bizim vəzifələrimizi, bizim keyfiyyətlərimizi özündə əks etdirən bir yer ayrılıb. Qarşıda duran əsas məqsəd bu yeri, bu mövqeyi tutmaq, qazanmaqdan ibarətdir. Cəlal da özünə seçdiyi rənglər dünyası ilə məhz bunu qarşısına məqsəd qoyub, bunu reallaşdırmağa çalışır». Məmməd Babayev qeyd edir ki, rəssamlıq məktəbində hər ötən gün, hər keçən il Cəlalın yaradıcılığına yeni bir rəng, yeni bir çalar, yeni bir nəfəs qatıb. Cəlal rənglər aləmini özünün həyat məktəbi olaraq seçdiyi üçün rənglərin dili ilə öz fikirlərini, düşüncələrini, həyata baxış bucağını, hadisələrə yanaşma tərzini rəsmlərinin dili ilə tamaşaçısına çatdırmağa çalışır. Müasirlik rəssamın ən böyük keyfiyyətidir. Yaradıcılığına bu aspektdən yanaşan Cəlal müasir dünyanın rənglərini, müasir dünyanın hadisələrini bəzən tamaşaçının görmək istədiyi, bəzən isə öz qəlbinin dərinliklərindən süzülüb fırçasının rəngi ilə qarışan düşüncələri kimi tamaşaçısına çatdırmağa çalışır. Və çatdırır da. Bu isə hər bir rəssam kimi bu yolda artıq inamlı addımlarını atan Cəlalın uğurlarını təmin edir. Bir-birinin ardınca iştirak etdiyi sərgilər, işlədiyi portretlər, tablolar Cəlalın fırçasını daha da ustalaşdırır. Məmməd Babayev yazır: «Höte deyirdi ki, rəssam bizə ən xoşbəxt və ən bədbəxt dəqiqələrimizdə də lazımdır. Cəlalın rəsmlərinə baxanda bu fikrin nə qədər dəqiq və gerçək olduğunu bir daha anladım. Bu fikir hər nə qədər sevincliya kədərli anımızı əbədiləşdirmək üçün deyilmiş olsa da, bir körpənin üzündə, parıldayan gözündə sevginin, uğurun və xoşbəxtliyin parlaqlığını əks etdirən şəkillərdə, həyat dolu baxışlarında ən xoşbəxt anları xatırlamaq olduğu kimi, qaçqın, evindən, yurdundan, ailəsindən ayrı düşmüş bir körpənin gözlərində, məsum üzündə ən acı bir kədəri də görmək və onu yaşamaq olur. Bu isə rənglərin cəlallı dünyasında Cəlalın fırçasından çıxan rənglərin tablolarda yaratdığı ecazkar mənzərələrdir. Rəssamlıqla  məşğul olanlar sanki dünyanı unudurlaröz aləmlərini yaşamağa başlayırlar.  Cəlalın emalatxanasında bunun bir daha şahidi oldum. Rənglərin sehrli aləminə qapılandan sonra real dünyadan uzaqlaşıb usta fırçanın yaratdığı misilsiz, bəzən kədərli, bəzən isə sevinc dolu bir dünyanın qonağı olur Cəlal. Bu halı isə kənardan izləyənlər qətiyyən sezə bilməzlər. Xüsusilə də onların üzündən bunu hiss etmək olduqca çətin məsələdir. Amma onların əl  hərəkətlərinə, fırçaları ilə davranışlarına, onu hərəkət etdirməsinə və nəhayət, kətan üzərindəki fikirlərinin əksinə baxdıqda isə bunu aydın hiss etmək olar. Mikelancelo deyirdi ki, incəsənət qısqancdır. O tələb edir ki, insan özünü bütünlüklə ona həsr etsin. Cəlal da özünü rənglərin sirli dünyasına həsr edib öz gələcək həyat yolunu məhz rəssamlığa bağlayıb. İncəsənətin bu qısqanclığını nəzərə alan Cəlal da öz fırçası ilə insanı heyrətləndirən və rənglər dünyasına qısqanclıqla yanaşa biləcəyimiz əsərlər yaradır. Cəlalın kiçik emalatxanasındakı tablolarını izlədikcə qəribə hisslər və düşüncələr bürüdü məni. Düzdür, əvvəllər də başqa rəssamların emalatxanasında olmuşdum. Amma nədənsə  Cəlalın emalatxanası mənə daha səmimi və isti rənglərin əks olunduğu bir məkan təsiri bağışladı. Bir anlıq düşündüm. Düşündüm ki, görəsən dünyanın gözəlliklərini min bir rənglə əks etdirə bilən rəssam fırçasının rənglərində  dostluğun rəngi nədir, ya da, gözəlliyin rəngi nədir? Görəsən, xeyir və şər nə rəngdədir? Ya da, inam və şübhə. Görəsən, doğru hansı rəngdə görünür, yalan hansı rəngdə görünür? Ya da, zaman və məkan hansı rəngdədir? Sevincin rəngi necədir, kədərin rəngi necə? Ya da, sevginin rəngi nədir, ya da, nifrətin rəngi?..Bəlkə ağdır, bəlkə qaradır. Bəlkə  qırmızıdır, bəlkə də sarı... Bunu dəqiq deyə bilmərəm, amma ona əmin oldum ki, Cəlalın rənglərində bu hisslərin hər biri böyük sevgi ilə həkk olunub və tamaşaçının anlaya biləcəyi, dərk edə biləcəyi şəkildə əks olunub. Fransız yazıçısı Jül Renar deyirdi ki, istedadlı adam istedadından istifadə etməyi bacardığını da sübuta yetirməlidir. Rənglərin cəlalını yarada bilən gənc rəssam Cəlal da öz istedadını yaratdığı tablolarla sübut edir. Onun yaradıcılığına bələd olandan sonra həm də inandım ki, Cəlal öz istedadından istifadə etməyi də bacarır. Amma həmişə “sərhədlərin zorlanması” deyilən bir anlayış olur. Yəni bacarığının sərhədində olduğunu düşünsən də, əslində bu sərhədin bir addım o tərəfində başqa bir istedadının da olduğunu və hazırda bacardığından daha artığını bacara bildiyini kəşf edirsən. Cəlal da bu sərhədi keçməyi bacarıb artıq. Öz sərhədlərindən o taya addımlayıb və bacardığından, ondan gözləniləndən daha artığını ortaya qoya biləcəyini sübut edib». NDU-nun dissertantı yazır ki, rəssam həqiqəti gözəlliklə uyğunlaşdırmalıdır. Cəlalın həqiqətlə utopiyanın sərhədində yarada bildiyi bir-birindən maraqlı rəsm əsərləri onun daxili dünyasını və həyata baxışını da gözlər önünə sərir: «Emalatxanasında saxladığı bir neçə dəftərində rəng yaradıcılığındakı qabiliyyəti ilə yanaşı söz qabiliyyətini də əks etdirən qeydləri var Cəlalın. Uzun qış və ya isti yay gecələrində aramsız olaraq işlədiyi emalatxanın divarları arasında öz dünyasını quraraq yaşadığı hissləri və rənglərin aləmindən duyduğu bəzən kədər, bəzən sevinc hisslərini sözlərə çevirərək dəftərində qeyd edir: “Gecə saat 4-dür. Emalatxananın divarları arasında rənglərin aləmində və çiyinlərimə çökmüş gecənin yorğunluğu altında düşüncələrimi yazıram. Bəlkə də qəribə görünə bilər, amma öz qurduğum aləmdə özümü çox rahat və xoşbəxt hiss edirəm... Sevgi iyi verən rənglər və o rənglərdən yoğrulmuş tabloların əhatəsinə...”. Cəlalı diqqətlə izlədikdən sonra bir düşüncə doğdu içimdə: rəssamlar işlədikləri zaman onların sakit bir aləmdə sanki üzdüklərini hiss edirsən. Qətiyyən səs salmırlar. Yalnız Tanrının onlar üçün bəxş etdiyi bu sənətin incəliklərinə baş vurduqca daha da həzz alır və oradan ayrılmırlar. Bu zaman onları bu xəyaldan ayırmaq sanki böyük bir günahdır. Çünki onlar bu anı hər dəqiqə  yaxalaya bilmirlər və bu anı tutduqda isə onları buradan ayırmaq o qədər də asan deyil.  Bu dediklərimi onunla əlaqələndirmək istəyirəm ki, əgər hər hansı bir rəssamı bu xəyalda ayırsaq, onda o rəsm əsərini tamamlaya bilməyəcək, və ya tamamlasa belə onda bir yetginsizlik, kompozisiya  çatışmazlığı mütləq hiss olunacaq. Ona görə də rəssam əsərindəki yetginliyə nail olmaq üçün ən azı sakit bir bölgəni özünə məskən seçməlidir. Rəssamlıq insanın mənəvi aləmindəki duyğuları cəmiyyətlə bölüşməyin ən maraqlı, ən gözəl yoludur. Rənglərin cəlalını yarada bilən hər bir istedadlı rəssam öz duyğularını tamaşaçısına, onun əsərini izləyən insana rahatlıqla çatdıra bilir. Cəlal Rzayevseçdiyi yolda inamla və müvəffəqiyyətlə addımlayaraq sirli rənglərin ecazkar çalarları ilə misilsiz, tamaşaçısını heyran edən əsərlər yarada bilib. Cəlal hələ gəncdir. Amma yaratdığı əsərlər onun zamanın irəliləyən axarında daha böyük əsərlər yaradıcığını deməyə əsas verir. Onun əsərləri gənc, ancaq həssas bir qəlbin, sanki uzun illər yaşayıb yaratmaq istədiyi, amma yarada bilmədiyi rənglər silsiləsini əks etdirir. Cəlala gələcək yaradıcılıq yolunda sonsuz uğurlar və müvəffəqiyyətlər arzu edirik...».

 

 

Hazırladı A.Miriyev

 

Palitra.- 2013.- 26 yanvar.- S.11.