Şamaxıda Çernobıl faciəsinin 28 illiyinə həsr olunmuş tədbir keçirilib

 

Şamaxı rayon İcra Hakimiyyətində Çernobıl faciəsinin 28 illiyinə həsr olunmuş tədbir keçirilib. AZADİNFORM xəbər verir ki, tədbirdə 37 nəfər şamaxılı Çernobıl əlili, faciədə həlak olan vətəndaşların ailə üzvləri və rayonun xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

İlk öncə Çernobıl faciəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Çernobıl faciəsindən, onun fəsadlarından və faciənin aradan qaldırılmasında iştirak etmiş Azərbaycan vətəndaşlarından danışıb. O bildirib ki, dünya nüvə energetikası tarixində ən dəhşətli qəza XX əsrdə, 26 aprel 1986-cı ildə baş verib. Qəzada Çernobıl AES-nin dördüncü blokunun tam sıradan çıxması nəticəsində radioaktiv maddələrin havaya atılması səbəbindən ətraf mühitə ciddi ziyan dəymiş və nəticədə bu hal insanlar üçün böyük bir təhlükə mənbəyinə çevrilib.

Qəza bizim respublikamız və başqa xarici ölkələr üçün də zərərsiz ötüşməyib. Çernobıl AES-də qəza ilə bağlı o zaman respublikamızın torpaqlarında süni radionuklidlərin, xüsusilə, stronsium 90-ın konsentrasiyası bir neçə dəfə normadan artıq olub. Qəzadan Avropanın əsas ölkələrinin və Türkiyənin ərazisi də ciddi zərər görüb. Çernobıl qəzası cəmiyyətin radiasiya təhlükəsinə psixoloji cəhətdən hazır olmadığını, habelə mütəxəssislərin özlərinin də bu sahədə zəif bilgilərini üzə çıxarıb.

Bəşəriyyət üçün böyük bir fəlakətin qarşısının alınmasında respublikamızın əsasən gənclərdən ibarət 7000 nəfərdən çox vətəndaşı ən ağır işlərə cəlb edilibonlar bu dəhşətli faciənin qarşısının alınmasında xüsusi xidmətlər göstəriblər. Onlardan 2500 nəfərdən çoxu yüksək şüalanma nəticəsində dünyasını dəyişib, digərləri ömürlük əlildirlər. Onları hər yerdə obrazlı şəkildə “çernobılçı” adlandırırlar.

Faciənin qarşısının alınmasında xidməti olmuş Azərbaycan vətəndaşlarının ən dəhşətli faciəsi isə, onların qəzadan sonra dünyaya yeni göz açmış övladları olub. Nə qədər ağır olsa da, bu həqiqətdir ki, neçə-neçə yeni doğulan uşaqlar tələf olub, yüzlərlə “çernobılçı” övladları bu gün də atanın çəkdiyi o ağrılı-acılı yükü öz çiyinlərində çəkməyə məhkumdurlar.

Daha sonra Asif Ağayev qeyd edib ki, Çernobıl əlillərinə əsl qayğı və diqqət məhz ulu öndər Heydər Əliyev cənablarının ikinci dəfə hakimiyyətə qayıdışından sonra olmuşdur. Ulu öndərin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statususosial müdafiəsi” haqqında Qanun qəbul etmişdir. Həmin QanunaPrezident İlham Əliyev cənablarının fərman və sərəncamlarına uyğun olaraq sosial sahədə həyata keçirilən tədbirlər Çernobıl əlillərinin həyatının yaxşılaşdırılması istiqamətində mühüm rol oynayıb.

Tədbirdə çıxış edən “Çernobıl Əlilləri” Cəmiyyətinin sədri Tahir Məmmədov bu dəhşətli faciənin qurbanları haqqında, faciənin günümüzədək gəlib çıxdığı fəsadlardan və dövlətimizin Çernobıl əlillərinə göstərdiyi qayğıdan danışıb.

Sonda Çernobıl əlillərinə və həlak olanların ailə üzvlərinə rayon İcra Hakimiyyəti tərəfindən yardım göstərilib.

 

Palitra.-2014.-29 aprel.-S.13.