Gənc azərbaycanlı pianoçunun adı ABŞ-da ən yaxşıların siyahısında

 

Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ABŞ-ın Boston şəhərindəki Berkli adına Ali Musiqi Kollecində təhsil alan Əməkdar artisti, pianoçu Emil Əfrasiyab, eyni zamanda, əlavə təhsil almaq üçün sənədlərini Global Jazz Music Məktəbinə də təqdim edib.

E.Əfrasiyab bildirib ki, müraciəti qəbul olunubona bu məktəbdə təhsil almaq imkanı yaradılıb. Gənc azərbaycanlı musiqiçi burada dünya şöhrətli pianoçu, bəstəkar və ictimai xadim, zəmanəmizin ən böyük cazmenlərindən biri, UNİCEF-in xoşməramlı səfiri, UNESCO-nunSülh Artistititulu ilə təltif edilmiş, Berkli Musiqi Kollecinin ixtisas üzrə direktoru, Panama Jazz Festivalının təsisçisidirektoru və nəhayət “Qremmi” mükafatçısı Danilo Peresdən dərs alır.

Əməkdar artist onu da qeyd etmişdir ki, kollecin rəhbərliyi tərəfindən ona ünvanlanan məktubda bu təhsil ocağının ən yaxşı tələbələri siyahısına düşdüyü bildirilib.

 

Palitra.-2014.-15 aprel.-S.13.