“ Aşıq sənəti Azərbaycan dövlətinin milli mədəniyyət siyasətinin tərkib hissəsidir“

 

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi "Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq" adlı layihəyə start verdi

 

Azərbaycan xalqının milli musiqi aləti olan saz və balabanın ermənilər tərəfindən mənimsənilməsi cəhdlərinə qarşı mübarizə aparmaq və onların Azərbaycan xalqına mənsub musiqi alətləri olduğunu isbatlayan tədbirlər həyata keçirmək məqsədi ilə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi " Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq" adlı layihənin icrasına başlayıb. Layihənin təqdimat mərasimində Birliyin üzvləri, aşıqlar, balabançılar, jurnalistlər və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açdı və qeyd etdi ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bu, artıq bizim dördüncü layihəmizdir ki, maliyyələşdirilir: "Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası mədəniyyətimizin, musiqimizin, milli mənəvi dəyərlərimizin, folklormaddi mədəniyyət nümunələrimizin qorunması, öyrənilməsi və təbliği istiqamətində layihələrə üstünlük veribonlara dəstək verib. Məhz " Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq" adlı layihənin də aktuallığını nəzərə alaraq bu layihəni də maliyyələşdirir.

Əsrlər boyu ermənilər xalqımıza qarşı soyqırımı siyasəti həyata keçiriblər. Həmçinin xalqımızın mədəniyyətini zaman-zaman öz adlarına çıxıblar. Bu gün də ermənilər xalqımızın qədim musiqi aləti olan sazbalabanda gözləri var. Bu layihə ermənilərə tutarlı cavab olacaq. Aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlayıb. Azərbaycan sazı və onu müşayiət edən balaban aləti musiqi mədəniyyətimizin biçimlənməsi və zənginləşməsində əvəzsiz rol oynayıblar. Məhz buna görə ulu öndərimiz Heydər Əliyev ozan-aşıq mədəniyyətindən söz açaraq onu «milli varlığımızın mötəbər qaynağı» kimi dəyərləndirib. Prezident İlham Əliyev 2013-cü ilin sentyabrında Gədəbəydə aşıq məktəbinin açılışında saz-söz sənətimizə yüksək qiymət verərək demişdir: «Aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır... Gənclər bilikli, Vətənə bağlı olmalıdır, vətənpərvər və milli ruhda böyüməlidirlər. Milli ruh da aşıq sənətidir». Bu dəyərləndirmələr Azərbaycan dövlətçilik düşüncəsinin mövqeyidir.

Aşıq sənəti –xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür. Bu, kiçik bir tamaşadır, burada musiqi, saz və müəllif-aşıq vəhdət təşkil edir. Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. Aşıq sənəti sintetikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir, həm də oxuyaraq sazda çalır və rəqs edir. Aşığı çox vaxt balaban və nəfəsli alətlər ansamblı da müşayiət edir. Lakin aşığın əsas musiqi aləti sazdır. Saz qədim Azərbaycan dartımlı simli musiqi alətidir. Aşıq yaradıcılığının ən geniş yayılmış janrı epik janrdır-yəni dastanlardır, xüsusilə də qəhrəmanlıq dastanları". Dastanlarda vokal-instrumental hissələrin şeirlə danışıq parçalarını əvəz etdiyini vurğulayan Həbib Misirov çıxışını bitirib, sözü iştirakçılara verdi.

Təşkilatın İdarə Heyətinin üzvü, Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlı da layihənin əhəmiyyətindən və dövlətin bu istiqamətində olan dəstəyindən danışdı: "Aşıq sənəti Azərbaycan dövlətinin milli mədəniyyət siyasətinin tərkib hissəsidir. Ulu öndər Heydər Əliyevin humanitar mədəniyyət strategiyası bu gün onun layiqli davamçısı İlham Əliyevin sayəsində uğurla davam etdirilir. Ölkənin birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sayəsində aşıq sənəti UNESÑO-nun siyahısına daxil olub". M. Qasımlının sözlərinə görə, Gəncə, Bakı, Şamaxı və digər bölgələrdə də aşıq sənəti gənclərin böyük marağına səbəb olub: "Çox sevindirici haldır ki, digər bölgələrdə də aşıq sənəti inkişaf edir. Zaqatala-Balakən aşıqların fəallığı xüsusilə seçilir. Aşıq sənəti Azərbaycan xalqının milli pasportu olan sənət sahələrindən biridir. Bunlar bizim dədə-babalarımızın şedevrləridir. Milli dövlətçiliyimizin mənəvi dayağıdır. Ermənilər daima bizi təqlid etməyə çalışıblar. Lakin buna nail ola bilməyəcəklər, çünki onlardabizim sazımızın, nə də balabanımızın ruhu var".

Bundan sonra çıxış edən aşıq Əhliman Allahverdiyev bu sənət sahəsinin azərbaycanlılar üçün nə qədər əhəmiyyətli olmasından danışdı: "Aşıq sənəti hər bir azərbaycanlının damarında axan qandır. Sazı balabansız, balabanı da sazsız təsəvvür etmək olmaz".

Tanınmış balaban ustası İbadət Allahverdiyev isə daha çox təbliğata ehtiyac olduğunu vurğuladı və ermənilərin bütün cəhdlərinin uğursuz olacağını söylədi.

Bundan sonra aşıq və balabançılardan İbadət Allahverdiyev, Elbrus Hüseynov, Şöhrət Kərimov, Taleh Abdullayev və Məzahir Allahverdiyev bir-birindən maraqlı kompozisiyalarla çıxış etdilər.

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirdilər.

Məlumat üçün bildirək ki, layihə ilə bağlı Bakı, Gəncə və Şamaxıda saz və balabanın Azərbaycan xalqına məxsus musiqi alətləri olmasını əsaslandıran elmi seminar və müzakirələr təşkil ediləcək. Sazbalaban sənətinin gənclərə aşılanması üçün Azərbaycan saz və balabanının ifarepertuar özünəməxsusluğunu əks etdirən ustad dərsləri təşkil olunacaq. Ermənilərin bu musiqi alətləri barədəki iddialarını ifşa edən əks-materiallar hazırlanıb bir neçə dildə internet səhifələrində yerləşdiriləcək. Saz və balabanın Azərbaycan xalqına məxsusluğunu əks etdirən elmi qaynaqlar və bukletlər diaspor təşkilatlarına və beynəlxalq qurumlara göndəriləcək.

 

Palitra.-2014.-17 aprel.-S.15.