Naxçıvan Muxtar Respublikasıelektron portalı yeni variantda

 

Prezidentin İşlər İdarəsinin Prezident KitabxanasındaNaxçıvan Muxtar Respublikasıelektron portalının yenilənmiş variantının onun ingilis dilində yaradılmış versiyasının təqdimat mərasimi keçirilib. Tədbirin iştirakçıları əvvəlcə kitabxananın internet resursları zalında Naxçıvanın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına aid 50-yə yaxın Azərbaycan, türk, ingilis rus dillərində elektron kitabların CD-ləri ilə tanış olmuşlar. Naxçıvan tarixinin müxtəlif dövrlərini özündə əks etdirən 40-a yaxın arxiv sənədinin surəti, muxtar respublika ilə bağlı 100-dən artıq dissertasiyanın avtoreferatları müxtəlif dillərdə çap olunmuş 200-dək kitab da qonaqların marağına səbəb olub.

Daha sonra tədbir konfrans zalında davam etdirilib. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar həyata keçirilən tədbirlər planı çərçivəsində hazırlanan internet portalının ərsəyə gəlməsində muxtar respublikanın Bakı şəhərindəki daimi nümayəndəliyinin verdiyi informasiya dəstəyi xüsusi rol oynayıb. O qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasıelektron portalı hələ beş il bundan öncə hazırlanıb. Bu gün Prezident Kitabxanasının əməkdaşları həm portalın Azərbaycan dilində olan versiyasını materiallarla zənginləşdirib, həm onun ingilis dilində yeni versiyasını hazırlayıblar.Ümumi məlumat”, “Tarix”, “Təhsil səhiyyə”, “Mədəniyyət”, “İqtisadiyyat”, “Resurslaradlı 6 bölmə 38 alt bölmədən ibarət olan bu resurs internet istifadəçilərinə muxtar respublika haqqında dolğun məlumat vermək məqsədi daşıyır.

Mayıl Əhmədov deyib ki, elektron portalınÜmumi məlumatbölməsində istifadəçilər Naxçıvan Muxtar Respublikası haqqında ətraflı məlumat əldə edə, onun Konstitusiyası ilə tanış ola biləcəklər. Bu bölmədə muxtar respublikanın inzibati-ərazi vahidləri, əhalisi, təbiəti təbii sərvətləri haqqında məlumatlar da yer alıb. Prezident Kitabxanasının direktoru onu da əlavə etmişdir ki, elektron portalda Naxçıvanın qədim dövrlərdən azərbaycanlıların Vətəni olduğunu təsdiq edən tarixi faktlara xüsusi yer verilib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli elektron portalın hazırlanmasında böyük əmək sərf edən, ciddi elmi araşdırmalar aparan həmin araşdırmaları ümumiləşdirərək istifadəçilərə təqdim edən Prezident Kitabxanasının əməkdaşlarını təbrik edərək bildirib ki, mənfur qonşularımızla informasiya savaşının davam etdiyi bir dövrdəNaxçıvan Muxtar Respublikasıelektron portalının yenilənməsi onun ingilis dilində versiyasının hazırlanması xüsusi əhəmiyyətə malikdir. Portalın zənginləşdirilməsi üçün akademik səviyyədə görülüb, elmi dəyəri olan 200-dən çox kitaba istinad edilib.

Naxçıvan tarixinin mühüm hadisələrini özündə əks etdirənXronologiyabölməsinə diqqət çəkən akademik deyib ki, bu bölmədə həm ümummilli liderimiz Heydər Əliyevin, həm Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərləri xronoloji ardıcıllıqla öz əksini tapıb. Naxçıvanda keçirilən müxtəlif görüşlərdə tədbirlərdəki çıxışlarının tam mətnlərininHeydər Əliyev Naxçıvanda”, “İlham Əliyev Naxçıvandaadlı yarımbölmələrdə istifadəçilərə təqdim edilməsi, qədim diyarın müstəqillik dövrünü araşdırmaq istəyənlər üçün əsaslı mənbədir. Alim əlavə edib ki, Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun çıxışlarının tam mətnləri ayrıca yarımbölmədə istifadəçilərə təqdim olunub.

Naxçıvan Muxtar Respublikasıelektron portalının ingilis dilində yaradılmış versiyasının əhəmiyyətindən ətraflı söhbət açan AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib ki, portalın daim yenilənməsi, zənginləşdirilməsi günümüzün ən vacib tələblərindən biridir. Qədim diyarın dəyərli tarixi abidələri barədə geniş məlumatların ingilis dilində dünya ictimaiyyətinə təqdim olunmasını yüksək qiymətləndirən G.Baxşəliyeva onu da deyib ki, tarixdə iz qoymuş görkəmli naxçıvanlılar, dövlət, elm, ədəbiyyat incəsənət xadimləri haqqında qısa biblioqrafik məlumatların öz əksini tapması alqışa layiqdir.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ermənilərin ölkəmizə ərazi iddialarından əl çəkmədiyi bir vaxtda Azərbaycanın mühüm geostrateji məkanı olan Naxçıvana xüsusi diqqət göstərilməsinin muxtar respublikanın tarixi barədə məlumatların yayılmasının önəmindən danışaraq deyib ki, bu istiqamətdə atılan hər bir addım respublikamızın xarici siyasətinə dəstək xarakteri daşıyır. Bu mənada Naxçıvanın şanlı tarixinin bugünkü inkişafının beynəlxalq ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Milli Məclisin Təhlükəsizlik müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə Azərbaycanın 20 faiz torpaqlarını zəbt edən təcavüzkar Ermənistanın blokadada saxladığı Naxçıvan Muxtar Respublikasının yüksəliş dövrünü yaşadığını bildirərək vurğulayıb ki, həm bu, həm dahilər yurdunun zəngin tarixi barədə məlumatların internet resursları vasitəsilə dünyaya çatdırılması beynəlxalq aləmdə ölkəmizin müsbət imicini möhkəmləndirir.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov da Ermənistanda Naxçıvanla bağlı müxtəlif iddiaların ortaya atıldığı bir vaxtda muxtar respublika barədə ingilis dilində internet portalının yaradılmasını yüksək qiymətləndirib.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvləri Vəli Hüseynov, Vəli Əliyev, Milli Məclisin deputatları Musa Qasımlı Qüdrət Həsənquliyev çıxış edərəkNaxçıvan Muxtar Respublikasıelektron portalının ingilis dilində yaradılmış versiyasının əhəmiyyətindən danışıblar.

 

Anar Miriyev

Palitra.-2014.-25 aprel.-S.4.