Can Azərbaycan” dediyim ölkədəyəm!”

 

Metin Yücel: “Bəli, əminliklə deyə bilərəm ki, Azərbaycan və Türkiyə tarixi haqqında bir film çəkəcəyəm”

 

Müsahibimiz bir müddət Bakıda qonağımız olan, Türkiyənin “Yüceller Film Production” şirkətinin rəhbəri, rejissor Metin Yüceldir. Metin bəy Bakıda qonağımız olduğu müddətdə şəhərimiz haqqında olan təəssüratlarını bizimlə bölüşdü. Metin YücelinPalitra” qəzetinə olan eksklüziv müsahibəsini təqdim edirik:

 

- “Yüceller Production” nə zaman və hansı layihələrlə fəaliyyətə başladı?

- Uzun illər ərzində reklam və sənədli filmlər, təqdimat filmləri Türkiyə və beynəlxalq tədbirlərdə, bir çox böyük təşkilatlarda təşkilatçılıq, “production” xidmətləri, teleseriallar və bədii filmlərə kastkastinq xidmətləri, istehsal işləri gördük. Bəzi beynəlxalq təşkilatlarda ev sahibliyi ilə bərabər münsiflər heyətinin üzvüolduq. Hal-hazırda yayımına davam edən və ən çox izlənən teleseriallara, daha öncə yayımlanan bir çox teleseriallara cast ajans olaraq, ana kastyan kast aktyorları göndərdim və göndərməyə də davam edirəm.

Bu sektorda 2003-cü ildən çalışmağa başladım. 2009-cu ildən isə Film İstehsal firması olaraq fəaliyyətimi davam etdirirəm.

- Çalışma müddətində ən çox diqqət etdiyiniz nüans nədir?

- Çəkiliş müddətindən öncə insanlarla əlaqəmi kəsib hər kəsdən uzaqlaşıram. Film çəkilişlərindən əvvəl aktyor seçimləri, məşq və səhnə proseslərinə çox böyük həssaslıqla yanaşır, bütün aktyor və çalışanlarımdan da eyni həssaslığı göstərmələrini tələb edirəm. Çəkilişlər başlayanda isə bütün dünya ilə əlaqəmi kəsirəm və diqqətimi çəkilişlərə yönəldirəm.

Bəzi rejissorlar kimi monitor arxasında oturub, çəkilişi köməkçilərim vasitəsilə idarə etmək yerinə, futbol komandasının məşqçisi kimi yerimdə durmuramdaima aktyorlarla əlaqədə oluram. Setdə çəkiliş zamanı maneə yaradan bir səs eşitməyə dözmürəm və setdə çalışdığım zaman nizam-intizama çox diqqət edirəm.

Çalışdığım zaman ssenarisini oxumayan, məşq etməyən aktyoru çəkilişə almıram. Yazdığım ssenarini isə aktyorlar üçün deyil, hadisələrə əsasən hazırlayıram. Artıq serial efirdə olduğu zaman növbəti bölümlərdə ssenarini bəzi rollara uyğun yazıram. Bu zaman filmin baş rollarını müəyyən edirəm.

Əsasən seriallar proyektində baş rol ifaçılarından başqa, yeni aktyor heyətinin də istedadından başqa xüsusi xarakterinə diqqət edirəm. Çünki yaratdığı obraz mükəmməl olmalıdır. Mən aktyorun məşhurluğuna diqqət etmirəm. Mənim üçün ən məşhur aktyorla köməkçi aktyor eyni səviyyədədir. Filmlərimdə baş rolu ifa edən aktyorlarla, köməkçi aktyorlar filmə yardım edən insanlardır və mən onlar arasında ayrı-seçkilik etmirəm. Heç bir təcrübəsi olmasa belə istedadına inandığım aktyor namizədlərinə lazım gəlsə, təhsil verib sonra filmə daxil edirəm. İşimə çox ciddi və həssaslıqla yanaşıram. İşə ciddi yanaşmayanqaydalara əməl etməyən işçilərə ya da aktyorlara dözə bilmirəm. Televiziya ekranı və kinoteatr salonları cəmiyyətin hər təbəqəsindən olan insanlara xitab etdiyi üçün komandaya daxil olan dostlardan ictimai qaydalara hörmətlə əməl etmələrini gözləyir, ayrı-ayrı insanların deyil, cəmiyyətin dünyagörüşünə önəm verirəm. Nəticə olaraq isə çalışmaq, işi sevmək, işə, yəni, əməyə hörmət etmək və nizam-intizam deyirəm.

- Çalışdığınız layihələrin mənbəyi necə yaranır?

- Çalışdığım, davam etdirdiyim və çalışacağım layihələrə təbii ki, ilk öncə öz imkanlarımla başlayıram. Amma sponsorluğun əhəmiyyəti də böyükdür. Sponsorluq edəcək firma, yaxud şəxslər əvvəlcə layihənin məzmununa, yəni, filmin mövzusuna və aktyorlarına baxaraq qərar verirlər.

Firma, ya da məhsulların cəmiyyətin hansı təbəqəsinə xitab etdikləri və potensial müştəri kütlələri filmin mövzusuna uyğun gəlmirsə, layihəyə daxil olmaq istəmirlər. Çünki onlar üçün əsl məqsəd reklamdır.

- Bir rejissor olaraq, işlərinizdə özəlliklərinizi, yəni, hər hansı xasiyyətinizi bir aktyor rolunda göstərə və ya görə bilirsinizmi?

- Özümü alışdığımız rejissorlardan bir az uzaqda hiss edirəm. Məndə eqoistlik yoxdur və sadəliyi sevirəm. Eqoist olan insanlardan nifrət edirəm. Çox sevdiyim bir söz var: “Gəl bir bütün ol. Bütün ola bilmirsənsə, gəl bütünə parça ol”.

Bizim işimiz bir qrup işidir. Qrup rəhbəri olaraq deyə bilərəm ki, böyük bir ailəm var. Komandamda çalışan hər kəsə qarşı bəzən bir ata, bəzən də bir qardaş kimi yaxınlaşıram. Bir psixoloq kimi problemlərini dinləyib, bir çıxış yolu tapmağa çalışıram. Bu ailəni bir arada tuta bilmək üçün yeri gəldiyində çox sərt qaydalar tətbiq edirəm.

Özümü bir aktyorla bütünləşdirmək bəlkə, yanlış ola bilər. Amma özümü bir dərvişə bənzədə bilərəm. Dəbdəbədən uzaq, həmişə bir şeylər öyrənməyə çalışan və öyrəndikcə əslində nə qədər az şey bildiyimi başa düşəcək qədər də təvazökaram. Həyatımın sonuna qədər öyrənməyə və öyrəndiklərimi də öyrətməyə davam edəcəyəm.

- Rejissorluq sənətini nə üçün seçdiniz?

- Çox təcrübəli aktyorları bir kənarda tuturam. Amma xüsusilə bu sektora yeni addım atan dostlara bildiklərimi öyrətmək və onların bir yerə gəldiklərini görmək məni çox sevindirir. Nankorluq insan oğlunun təbiətində var.

Kəşf etdiyim çox aktyor var. İndi onların çoxu nəinki salam vermək, orta məktəbi bitirdiklərini söyləmək yerinə xaricdə aktyorluq oxuduqlarını deyirlər. Məktəbdə duyğu yox, nəzəri məlumatlar öyrədilir. Bu nəzəri məlumatları praktikaya çevirə bilmək üçün ilk öncə obrazduyğu lazımdır. Mənim rejissorluğu seçməyimdəki ən böyük faktor budur. Obrazı və duyğuları pozulmayan insanları tapmaqbu xüsusiyyətləri praktikaya çevirib, yaşanmış hadisələri izləyicilərə daha yaxşı göstərməkdir.

Media, dövrümüzdə ən önəmli ünsiyyət vasitəsi oldu. Allahdan başqa heç bir şeydən və kəsdən həyatım boyunca heç vaxt qorxmadım. Qorxduğum tək şey hər zaman başladığım, əmək verdiyim bir işi başa çatdırmadan ölmək oldu. İnandığım doğrulardan heç vaxt qaçmadım. Dinim İslam, əcdadım türk, cümhuriyyətimin qurucusu isə Mustafa Kamal Atatürkdür. Bir türk olmaqla hər zaman fəxr etdim. Məmləkətim və türk bayrağımla qürur duyuram. İstəyirəm ki, mən öldükdən sonra da çəkdiyim filmlər izlənilsin və sənəti öyrətdiyim insanlar mənim buraxdığım yerdən işə davam etsinlər.

Hər siyasətçi öldükdən sonra tarix səhifələrində yer almaq istəyir. Mənim də xəyalım, mən öldükdən sonra gördüyüm işlər və sektora qazandırdığım insanlarla sektor tarixində yer almaqdır.

- Sənətinizdə gördüyünüz və ən dəyərli hesab etdiyiniz nədir?

- Mənim üçünGesi Bağları” filminin yeri tamam başqadır. Bu film mənim üçün film bazarında həqiqətən dönüş nöqtəsi oldu. Film başlamadan əvvəl, çəkiliş müddətində və sonrasında çox hadisə oldu. Film çəkilişləri sırasında sürdüyüm maşında yer alan komandamın beş üzvü ilə keçirdiyim və ağır yaralar alıb, ölümdən döndüyümüz yol qəzasını unuda bilmirəm. O qəzadan sonra həyatımızın pambıq ipinə bağlı olduğunu, ölümlə hər an yan-yana yaşadığımızı başa düşdüm. İşimə daha çox bağlandım və hər bir dəqiqəmi işə ayırdım, ayırmağa da davam edirəm.Gesi Bağları” filmi mənə həm təcrübə qazandırdı, həm də həyatın mənasını öyrətdi.

Qazandığım bütün təcrübə və məlumatları indi burada azərbaycanlı qardaşlarımla bölüşmək, burada gözəl layihələrə imza atmaq üçün istifadə etməyə başladım. İnşallah, burada başladığım iki teleserialbir bədii filmin Azərbaycan xalqı tərəfindən çox seviləcəyinə inanıram.

- Azərbaycan və Türkiyə tarixi haqqında bir film çəkmək istəyirsinizmi?

- Azərbaycan və Türkiyə - “Bir millət, iki dövlət” dediyimiz və kökləri Oğuz türklərindən gələn iki dövlətdir. Buraya, yəni Azərbaycana gələndə bir hədəfim var idi - Xocalı qətliamı və Qarabağın işğalı ilə bağlı bir film çəkmək və Azərbaycanla Türkiyə xalqlarının tarix boyunca olan qardaşlığını və əməkdaşlığı izah etmək.

Bir rejissor olaraq ən böyük hədəflərimdən biri hər hansı bir dövrə aid film çəkməkdir. Tarixi yüz il əvvələ söykənən və Oğuz türklərinin Orta Asiyadan yola çıxıb, öncə Azərbaycan və Qafqazı, sonra da Anadolunu fəth etmə dövründən bəhs edən tarixi bir film çəkmək ən böyük arzumdur.

Buraya gəldikdən sonra bir neçə araşdırma etdim. Qurtuluş Müharibəsinin aparıldığı dövrlərdə Mustafa Kamal Atatürk borc olaraq bir miqdar qızıl və bəzi vəsaitlər üçün Azərbaycanın dəyərli dövlət xadimlərindən biri olan Nəriman Nərimanova xəbər göndərib. Nəriman Nərimanov Atatürkə “Qardaş qardaşa borc verməz” - deyibAtatürkün istədiklərini qatbaqat artıq ödəyib və bu yardımları müharibə bitənə qədər davam etdirib.

Bəli, Azərbaycan və Türkiyə həqiqətən bir millət, iki dövlətdir. Biz eyni soydan gəlirik, qardaşıq və hamımız Oğuz türkləriyik. Azərbaycan və Türkiyə tarixi haqqında bir film çəkmək ən böyük arzularımdan biridirinşallah, bu arzumu da gerçəkləşdirəcəyəm. Xüsusilə, Xocalı qətliamı ilə bağlı bir film hazırlamaq və bütün dünyanın diqqətini bu mövzuya cəlb etmək istəyirəm.

Azərbaycan Respublikasının qurucusuböyük dövlət xadimi Heydər Əliyevin söylədiyi və duyduğumda bütün türk milliyətçiliyimin qabardığı bir söz var ki, unutmadığım kəlmələrdir: “Mən həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam”. Bəli, əminliklə deyə bilərəm ki, Azərbaycan və Türkiyə tarixi haqqında bir film çəkəcəyəm.

- Bakı haqqında düşüncələriniz.

- Orta məktəbdə oxuyanda ən çox sevdiyim dərs tarix dərsi idi. Azərbaycanı və Xəzər dənizini ilk dəfə eşidəndə 12-13 yaşlarında idim. O gündən bu yana, Xəzər dənizi sahilində ola bilmək və atalarımızın Anadoluya gəlmədən əvvəl at çapdıqları torpaqlarda nəfəs almaq ən böyük xəyallarımdan biri idi. Allaha şükür ki, bu xəyalım gerçəkləşdi. Can Azərbaycan” dediyim ölkədəyəm və sizlərlə bir aradayam. İşğal altındakı Qarabağın Azərbaycan torpaqlarına yenidən daxil edildiyi günü görmək və o torpaqları ziyarət edib, Azərbaycan-Ermənistan müharibəsində şəhid olan bütün qardaşlarımızın ruhuna Fatihə oxumaq istəyirəm. Bakıya gələndə ilk ziyarət etdiyim yer Şəhidlər xiyabanı oldu.

Azərbaycana gəlmədən əvvəl mənim bir ölkəm və bu ölkəmin də bir paytaxtı var idi - Ankara. Artıq iki ölkəm və iki paytaxtım var. Artıq mən də özümü azərbaycanlı sayıram və Bakıya paytaxtım deyirəm. Azərbaycanı və Bakını çox sevirəm. Azərbaycana olan sevgimi, ölkələrimiz arasındakı əməkdaşlığı və qardaşlığı çəkəcəyim filmdə daha yaxşı göstərəcəyəm.

Bəzən sözlər yetərsiz olur. Türkçülük sevgim də belədir. Belə bir sevgini heç bir söz izah edə bilməz.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2014.-7 avqust.-S.13.