“Həm misirli, həm də azərbaycanlıyam”

 

Şahenda Amr Şendi: “Azərbaycanı çox sevdiyim üçün burada yaşayıb, fəaliyyət göstərmək istəyirəm”

 

Adətən müsahiblər səlis danışa bilən və sərbəst düşünüb, fikrini düzgün ifadə edən insanlar olurlar. Belələri isə heç şübhəsiz ki, gənclik və yeniyetməlik yaşından başlayaraq formalaşırlar. Amma budəfəki müsahibimiz ənənəvi müsahiblərdən fərqlənir. O, uşaqdır və kifayət qədər də fikirlərini sərbəst ifadə edə bilir. Bundan əlavə müsahibimi maraqlı edən bir cəhət də var ki, o, başqa ölkədə doğulub yaşamasına və atasının əcnəbi olmasına baxmayaraq, Azərbaycana çox bağlıdır və ikinci Vətəni haqda çox şeyləri bilir. Onun adı Şahenda Amr Şendidir. Şahenda 13 yanvar 2007-ci ildə Misir Ərəb Respublikasının İsgəndəriyyə şəhərində doğulub. Atası Misir vətəndaşı olan Amr Şendidir. Amr Şendi həmçinin Misir-Azərbaycan ticarət nümayəndəliyinin prezidentidir. Şahendanın anası isə azərbaycanlı xanımdır. O, Misirdə ərəb dünyası üçün Azərbaycan haqqında ərəb dilində nəşr olunan “EgAz” jurnalının redaktorudur. Bu istedadlı və Azərbaycana bağlı olan misirli uşaqla olan müsahibəni oxuculara təqdim edirik.

-Şahenda, öncə ondan başlayaq ki, təhsilinə, dərslərinə ciddi yanaşırsanmı, ya bir çox uşaqlar kimi daha çox oynayıb, əyləncəli vaxt keçirməyə meyillisən?

-Bəli, mən dərslərimə ciddi yanaşıram və yaxşı oxuyuram.

Hazırda EGC kollecində təhsil alıram. Hətta bu il məktəbin birincilik diplomu ilə təltif olunmuşam. Müəllimlərimin deməsinə görə, çox aktivəm. Amma əyləncəli işlərə, oyunlara da vaxt ayırıram. Axı mən hələ böyüməmişəm! Ona görə həmyaşıdlarımla bir yerdə olur, əyləncəli vaxt keçirir həm oxumağa, dərslərə çox vaxt ayıra bilirəm.

- Şahenda, belə bir sadə əslində sənin əsl kimliyini üzə çıxaracaq sual verim sənə- Özünü haralı sayırsan?

- Mənə bu sualı verəndə həmişə deyirəm ki, həm misirliyəm, həm azərbaycanlı. Anam azərbaycanlıdır, atam isə misirli. Ona görə hər iki millət ölkə mənə çox doğmadır. Sizə deyim ki, hətta uşaq olmağıma baxmayaraq, böyüklərlə bərabər bir çox tədbirlərə qatılıram. Xüsusən bu tədbirlər Azərbaycanla bağlı olanda xüsusi həvəslə toplantılara, bayramlara qatılıram. Həm İsgəndəriyyə, həm Qahirədə Azərbaycanla əlaqədar təşkil olunan bütün tədbirlərdə aktiv iştirak edirəm.

Maraq üçün sizə deyim ki, hətta İsgəndəriyyədə keçirilən Novruz şənliyində “Bahar qızı” rolunu da ifa etmişəm.

- Ziyalı bir ailədə böyüyürsən. Bu, sənin həyat tərzinə necə təsir edir?

- , atam-anam ziyalıdırlar mənim təhsilim, gündəlik gördüyüm işlər barədə diqqətlə maraqlanır, mənimlə ilgilənirlər. Yəqin bu səbəbdəndir ki, hələ bu yaşımda artıq azərbaycan, ingilis, ərəb türk dillərində çox səlist danışıram. Xüsusən mənə doğma olan azərbaycan dilini çox sevirəm. Bu dildə danışan istənilən adamı görəndə sevinirəm. Düzdür, Azərbaycandan olanlar Misirdə o qədər çox deyil. Amma tədbirlərdə ya elə Azərbaycana gələndə, bu dildə danışanlarla çox ünsiyyətdə oluram bu, mənim çox xoşuma gəlir.

-Deməli, tez-tez Azərbaycanda da olursan. Azərbaycanla bağlı nələri xoşlayırsan?

-Düzünü deyim ki, yay tətilimi anamın Vətənində-Azərbaycanda keçirməyi çox xoşlayıram. Hətta Hüseyn babam mənə hər yay azərbaycan dili dərsləri verir. Hətta bu yay Azərbaycana gələndə, bir verilişdə iştirak etdim. Azərbaycanın dövlət kanalında gənclərə aid olan bir verilişə dəvət olunmuşdum. Kamera qarşısında özümü çox sərbəst hiss edirdim həmin verilişdə Azərbaycan şeirini ifa etdim jurnalistlərin, verilişdə olan qonaqların rəğbətini qazandım. Ümumiyyətlə,mən Azərbaycana çox bağlıyam burada hər şeyi xoşlayıram. Hətta təkcə mən yox, onu da qeyd edim ki, kiçik bacım da var o da belədir. Onun adı isə Nuraydır bacım da məndən nümunə almağa çalışır.

-Yəqin sənin uşaq dünyanda Misirdə son 3 ildə baş verən hadisələrə yer yoxdur.

-Əlbəttə. Uşaq olsam da hər şeyi öz gözümlə görürəm axı. Artıq dərk edirəm ki, ətrafımda pis şeylər baş verir. Bu suala öz uşaq dünyamla cavab verirəm münasibət bildirirəm ki, pislər artıq gedib, əvəzinə yaxşılar gəlib. Allaha şükürlər olsun ki, daha telekanallarda Misir küçələrində tökülən qanları deyil, yaxşı şeyləri göstərirlər hətta daha çox uşaq aləminə aid verilişlərə baxa bilirik.

- Azərbaycana gəlməmiş bu ölkə haqda maraqlanmışdınmı? Gördüyünlə eşitdiyin arasında fərq oldumu?

-, maraqlanmışdım. Anam qarabağlıdır. Yəqin onun belə bir yerdən olması da mənə çox təsir edib. Çünki həmişə istəyirəm ki, Azərbaycanda da hər şey yaxşı olsun eşitdiyim müharibə haqsızlıqlarla bağlı hər şey yoluna düşsün. Anama da deyirəm ki, gün gələcək Azərbaycan torpaqları erməni işğalçılarından azad olacaq. Hətta yarıciddi-yarızarafat deyirəm ki, “görəcəksən, hətta mən sənin Vətəninin - Qarabağın rəhbəri olacağam”. Azərbaycana gələndə isə hər dəfə gözəlləşmiş şəhərlər görürəm. Bəzi yerlərdə isə uşaqlar üçün yaradılmış şəraitdən çox sevinirəm. Rayonlarda olmuşam oraları çox bəyənirəm. Sanki nağıllar aləminə düşürsən. Bu ölkədə valideynlər övladlarını çox sevirlər. Mənim anam da belədir. Çox sevinirəm “ yaxşı ki, anam azərbaycanlıdır” deyirəm. Azərbaycan torpağına elə bir məhəbbətim var ki, bütün şəhərləri, rayonları kəndləri qarış-qarış gəzib görmək istəyirəm. Böyüdükcə hər şeylə daha çox maraqlanıram Azərbaycan da hər şeyi ilə zəngin olduğu üçün, bura mənim xoşuma gəlir. Qədim tariximizi, irsimizi, mədəniyyətimizi, adətlərimizi öyrənmək istəyirəm. Hər bir rayona gedəndə həmin rayonun adət- ənənələri ilə maraqlanıram, daha çox şey öyrənirəm. Ana Vətənin təbiətinin, sözün əsl mənasında vurğunu olmuşam. Hər dəfə anam, “Azərbayacana səfər edirik” -deyəndə çox sevinirəm. Misirə qayıdanda isə darıxıram. Amma Misirdəki dostlarıma, buradakı qohumlarıma Azərbaycanın necə gözəl olduğunu maraqla danışıram. Azərbaycanın bayramlarından ən çox sevdiyim isə qədim zamanlardan bizə qalan Novruz bayramıdır. Hər il Misirdə keçirilən Novruz şənliyinə çox böyük həvəslə hazırlaşıram. Misirlilər bu bayramı geniş qeyd edirlər. Amma heç yerdə Azərbaycandakı qədər bayramı gözəl keçirmirlər. Tonqal qalanır, papaq atılır, yumurta döyüşdürülür, küsülülər barışır s.

-Adətən uşaqlardan “hansı şeiri bilirsən” deyə soruşurlar. Mənsə “hansı Azərbaycan şairinin şeirini bilirsən” desəm, cavab olacaq?

-Məşhur Azərbaycan dramaturqu, şairi nasiri Cəfər Cabbarlının “Azərbaycan bayrağı” şeirini əzbər bilirəm. Yəqin bu sizi çox təəccübləndirər, amma heyf ki, sizə canlı olaraq bu şeiri demək imkanı yoxdur, yoxsa lap təəccüblənərdiniz. Valideynlərim, nənə babalarım da mənimlə bütün bunlara görə fəxr edirlər.

-Böyüyəndə Azərbaycanda yaşamaq istərdin, yoxsa Misirdə?

- Düzünü deyim ki, dəqiq bilmirəm. Heç anam da bilməzdi ki, vaxtsa Misirdə yaşayacaq. Amma Azərbaycanı çox sevdiyim üçün, çox istərdim burada yaşayıb, fəaliyyət göstərəm.

 

Tural Tağıyev

Palitra.-2014.-20 avqust.-S.7.