Mədəniyyətə aid bütün mövzularda gənclərin maarifləndirilməsi mənəvi inkişafda aktuallıq kəsb edir

 

Son dövrlərdə Azərbaycan mədəniyyəti yüksək inkişaf dövrünü keçirir. Azərbaycan qlobal mədəniyyət müstəvisində ciddi və beynəlxalq səviyyəli uğurlara imza atır. Eyni zamanda mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı məqsədyönlü dövlət tədbirləri həyata keçirilir. Bununla bərabər, cəmiyyət daxilində mədəniyyətin inkişaf etdirilməsi ilə əlaqədar proseslərə aid maarifləndirmə işinin təşkili ilə bağlı müxtəlif tərəfləri səfərbər etmək aktuallıq kəsb edir.

Belə ki, dövlətin həyata keçirdiyi mədəniyyət siyasətinə ictimai dəstəyin verilməsi, KİV-in və QHT-lərin bu yöndə təşəbbüslərlə çıxış etməsi çox məqsədəuyğundur.

Belə ki, cəmiyyətin aktual məsələlərindən biri Azərbaycan mədəniyyəti, dəyərləri, mənəvi-kulturoloji məsələlər barəsində gəncləri ciddi, mütəmadi və əhatəli maariflənmək imkanını tam reallaşdırmamasıdır. Bu marifləndirmə gənclərin mənəvi və intellektual inkişafında çox mühüm rol oynayır. Amma KİV bu mövzuda olan məsələlərə kifayət qədər dərindən diqqət yetirmir. Mədəniyyət, sivilizasiya tarixi, müasir kulturoloji yanaşmalarsivil-etik davranış qaydaları baxımından gənc vətəndaşlarımızın yetərincə maarifləndirilməsinə ehtiyac var. Məlumdur ki, Azərbaycan qədim sivilizasiyaya, mədəniyyətə və tarixə malikdir. Həmçinin ölkənin müasir mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər, dövlətin bu sahəyə göstərdiyi mütəmadi qayğı sayəsində qazanılan qlobal mədəniyyət uğurları gənclərin ümumi mədəni-kulturoloji dünyagörüşünü, savadını artırmaq baxımından KİV tərəfindən kifayət edəcək səviyyədə ictimaiyyətə təqdim və izah edilməlidir. Ölkə KİV-ində - telekanallarda, mətbuatda on-line mediada bu yöndə olan materiallar hələ cüzi epizodikdir. Bu mövzuya aid maarifləndirici mütəmadi verilişlər, rubrikalar, nəşrlər demək olar ki, yox səviyyəsindədir. Ölkəmizin mədəniyyəti hazırda dünya səviyyəsində xeyli müsbət bir imicə malik olduğu geniş miqyasda tanındığı, təbliğ edildiyi halda, Azərbaycan cəmiyyətinin bu baxımdan daxildən maariflənməyə, ümumi kulturoloji-mədəni bilik dünyagörüşünün artırılmasına çox ciddi ehtiyac var. Xüsusilə formalaşmaqda olan gənc nəslin Azərbaycan mədəniyyəti, dəyərləri, milli kimliyi, kulturoloji biliklər baxımından ciddi maariflənməsi olduqca böyük önəm daşıyır. Bu, ilk növbədə gənc nəslin milli ruhda, böyük mədəniyyətin varisi düşüncəsilə, kulturoloji biliklərə buna uyğun davranışlara yiyələnmiş bir şəkildə böyüməsi, yad təsirlərdən, arzuolunmaz davranışlardan, mənfi tendensiya pis vərdişlərdən xali bir şəkildə formalaşması üçün çox böyük əhəmiyyətə malikdir. Sivil müasir cəmiyyət, dövlət quruculuğu prosesində kulturoloji biliklərə, yüksək etik-əxlaqi dəyər davranışlara yiyələnmə Azərbaycan vətəndaşlarının yiyələnməli olduğu əsas kriteriyalardandır. Bu keyfiyyətlərin ölkə əhalisində mükəmməl şəkildə toplanması, təcəssüm etməsi formalaşması üçün birinci növbədə KİV məqsədyönlü fəaliyyətə keçməlidir. Məsələn, nəzərə alınmalıdır ki, ölkəmiz “Eurovision - 2012” mahnı müsabiqəsini çox yüksək bir səviyyədə, bütün dünyaya örnək olacaq bir tərzdə keçirdi. Xaricilər, beynəlxalq aləmin, mədəniyyət musiqi dünyasının kütləvi sayda nümayəndələri ölkəmizdə oldular, mədəniyyətimizlə tanış oldular. Bütün bunlar ölkəmizin dünya səviyyəli mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir. Belə bir situasiyada ölkəmizin vətəndaşlarının mədəniyyət məsələləri ilə daha geniş hərtərəfli məlumatlandırılması, maarifləndirilməsi bu sahədəki nailiyyətlərdən geniş miqyasda agah olmaları çox məqsədəuyğundur.

Həmçinin istisna edilmir ki, gələcəkdə bizdə bu cür qlobal mədəniyyət tədbirləri tez-tez keçiriləcək, bu isə daha kütləvi sayda əcnəbilərin ölkəmizi ziyarət etmələrini təmin edəcək. Bu cür mədəniyyət tədbirləri eyni zamanda bir sıra məqamlarla bağlı daha yüksək mədəni-kulturoloji maarifləndirmələrin aktuallığını önə çəkir. Eyni zamanda, biz şüurlu olaraq ümumiyyətlə, insanlarımızın mədəni-intellektual sivil davranış səviyyəsini daha da yüksəltmək yönündə daim aparmalıyıq. Biz - yəni KİV bu işdə bütün səylərini birləşdirməlidir.

Daha bir məqam var - unudulmamalıdır ki, mədəniyyət - hər bir ölkənin pasportu olmaqla yanaşı, indiki halda həm bizim üçün informasiya savaşında ən kəsərli silahdır. Azərbaycan həqiqətlərinin yayılmasında, dünyada qəbul edilməsində əsas işi isə vətəndaşlarımız, cəmiyyətin hər bir üzvü yerinə yetirməyə mənəvi borc daşıyır. Bunun üçün isə birinci növbədə mədəniyyətimizi, tariximizi milli-mədəni kimliyimizi dərindən bilməli, bunu digər soydaşlarımıza da mükəmməl bir şəkildə aşılamağı bacarmalıyıq. Bu baxımdan yenə əsas vəzifə KİV-in üzərinə düşmüş olur.

Bütün bunları nəzərə alaraq, Azərbaycan mədəniyyəti ilə bağlı gənclərin kulturoloji maarifləndirilməsi vacibdir. Bu mövzuda intensiv layihələr həyata keçirilməlidir. Azərbaycan mətbuatında, eləcə bütün KİV- dünya mədəniyyəti kontekstində Azərbaycan mədəniyyəti, dəyərləri dövlətçilik tarixi, milli əxlaqi keyfiyyətləri, dövlətin məıdəniyyətlə bağlı həyata keçirdiyi siyasət, müasir kulturoloji sivil-etik davranış məsələləri, gənc nəslin bu yöndə tərbiyəsi kimi vacib bir istiqamətdə əhalinin effektiv maarifləndirilməsinə, bu sahədə intensivləşməsinə, ekspert alimlərin bu sahədə müzakirə təkliflərinin geniş işıqlandırılmasına, bu sahədə xüsusi ənənə formalaşdırılmasına cəmiyyətdə mədəniyyət, kulturoloji biliklər məsələləri ilə bağlı informasiya qıtlığının aradan qaldırılmasına nail olmaq lazımdır.

Yuxarıda da qeyd edildiyi kimi, mədəniyyət və mədəni-kulturoloji maariflənmə məsələləri çox aktualvacib olduğu üçün bir daha bu mövzuya müraciət etmək qərarına gəldik. Qeyd edək ki, adıçəkilən mövzuda layihələrin həyata keçirilməsi Azərbaycan mətbuatında, eləcə də bütün KİV-də dünya mədəniyyəti kontekstində Azərbaycan mədəniyyəti, dəyərləri və tarixi, milli əxlaqi keyfiyyətləri, müasir kulturolojisivil-etik davranış məsələləri, gənc nəslin bu yöndə tərbiyəsi kimi vacib bir istiqamətdə əhalinin effektiv maarifləndirilməsinə ciddi töhfə ola bilər. Bu sahədə KİV-də müsbət ənənə formalaşacaq. Qəzetlərdə mədəniyyət və kulturoloji maariflənmə məsələləri və problemləri ilə bağlı xüsusi rubrikalar ortaya çıxa bilər. Həmçinin bu mövzuya elmi-nəzəri yanaşma ilə bağlı müxtəlif janrlı yazılar yazılması da jurnalistlərin peşəkarlıq və vərdişlərinin artmasına təkan verəcək. Mədəniyyət, dəyərlər, kulturoloji biliklər barədə cəmiyyətə dolğunintensiv informasiyaların çatdırılması, dünyada mədəniyyət, dəyərlər, sivilizasiya məsələləri və nailiyyətləri ilə bağlı baş verən proseslərin, yeniliklərin və elmi problemlərin mətbuatda geniş işıqlandırılması, Azərbaycan alimlərinin, ekspertlərin, ziyalıların mədəniyyət və kulturoloji biliklərlə bağlı fikir və təkliflərinin mətbuatda geniş şəkildə işıqlandırılması, qəzetdə mədəniyyət, dəyərlər, kulturoloji maarifləndirmə ilə bağlı müzakirə rubrikası açmaqla mətbuatda bu sahəyə aid xüsusi rubrikaların yaranması ənənəsinin formalaşmasına nail olunması, mədəniyyət, dəyərlər, kulturoloji maariflənmə ilə bağlı müxtəlif elmi istiqamətlərə aid alimlərin və ekspertlərin öz sahələrindəki problemlərlə bağlı fikir və təkliflərinin əhatəli şəkildə öyrənilməsi və işıqlandırılması məqsədəuyğun olardı.

 

İlkin AĞAYEV

Palitra.-2014.-23 avqust.-S.11.