Gələcəkdə “Xudafərin” gömrük-keçid məntəqəsi açıla bilər

 

Azərbaycan İran ilə sərhəddə yeni gömrük-keçid məntəqələri açmağı planlaşdırır.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Əsgər Abdullayev deyib.

“Xüsusilə Biləsuvar rayonu ərazisində gömrük-keçid məntəqəsinin açılmasında zərurət var. Bu istiqamətdə danışıqlar aparılır və demək olar ki, razılıq əldə olunub. Bundan başqa, İran tərəfi Biləsuvar gömrük-keçid məntəqəsinin 24 saatlıq rejimində işləməsi üçün razılıq verib. Bilirsiniz ki, orada intensivlik müşahidə olunur. Həmin məntəqənin 24 saatlıq rejiminə keçməsi Naxçıvana aparılan yüklərin sutka ərzində muxtar respublika ərazisinə çatması baxımından vacibdir”, - deyə Ə. Abdullayev bildirib.

Komitə sədrinin müavini bildirib ki, Azərbaycan tərəfi gələcəkdə “Xudafərin” gömrük-keçid məntəqəsinin açılmasında da maraqlıdır.

 

Tural

Palitra.-2014.-13 dekabr.-S.10.