Gənc idmançılarımızın uğurları tarixi nailiyyətdir

 

Prezident: “Gənc, peşəkar idmançılar bizim fəxrimizdir. Onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər”

“İdmançılarımızın uğurları xalqımızı sevindirir. Bu uğurları müstəqillik dövründə böyümüş idmançılar əldə ediblər. Bu, bir daha onu göstərir ki, görün, müstəqilliyimizin nə qədər böyük mənası, nə qədər böyük üstünlükləri var

 

Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb. Bu inkişafnüfuz idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb.

Ölkədə idmana göstərilən diqqət və qayğı nəticəsində son illər Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə edirlər. Məhz buna görə də ölkəmizdə çoxlu sayda Avropa, dünya birincilikləri, Olimpiya təsnifat turnirləri keçirilməkdədir. Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının arxasında ölkəmizdə dövlət tərəfindən həyata keçirilən nəhəng işlər dayanır. Həmin işlərin nəticəsi olaraq Azərbaycan siyasi-iqtisadi cəhətdən güclü dövlətə çevrilib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünyanın sürətlə inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Bu inkişafa paralel olaraq idman sektorunda da qısa müddət ərzində xeyli böyükmiqyaslı layihələr reallaşdırılıb. Sadəcə, onu vurğulayaq ki, planlı şəkildə həyata keçirilən işlər nəticəsində idman sahəsində müasir idman infrastrukturu yaradılıb ki, bu fakt idmanın inkişafında həlledici rol oynayır. Dövlət başçısının bu sahədə həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq respublikamızın, demək olar ki, hər bir bölgəsi müasir idman infrastrukturu ilə əhatə olunub. Bu isə ölkədə uşaqların və gənclərin tərbiyəsində, fiziki-mənəvi inkişafında mühüm rol oynayır. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda da bu məqamlara toxunacağıq. Azərbaycanda dövlətin həyata keçirdiyi siyasət nəticəsində yeni idmançı nəsli yetişir. Yəni, bu siyasət elə qurulub ki, daimi olaraq yığma komandalar üçün ehtiyat qüvvə yetişir. Fiziki-mənəvi baxımdan sağlam yetişən yeniyetmə və gənc nəsil artıq indidən idmanımızın sabahı üçün böyük gələcək vəd edir.

Beynəlxalq yarışlarda, dünyaAvropa çempionatlarında 805 medal qazanılıb və onlardan 275-i qızıl medaldır.

Elə başa çatmaqda olan 2014-çü ilin idman yekunları da bu sahədə əldə edilən uğurların təsdiqidir. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2014-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında da qeyd edib ki, bütövlükdə, 2014-cü il ölkə iqtisadiyyatı üçün uğurlu il olub: “Eyni zamanda, bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Bütün çətinliklərə, dünyada və bölgədə yaşanan böhranlı vəziyyətə baxmayaraq, Azərbaycan inamla inkişaf edir. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilmişdirbiz 2014-cü ili yaxşı nəticələrlə başa vururuq. O cümlədən bu ilidman sahəsində gözəl nəticələr olmuşdur. Bizim idmançılar ildən-ilə daha da çox medal qazanırlar. Bu ilistisna il olmamışdır. Beynəlxalq yarışlarda, dünyaAvropa çempionatlarında 805 medal qazanılmışdır və onlardan 275-i qızıl medaldır. Keçən ilə nisbətən yenə də medalların sayı artıb. Bu, həm onu göstərir ki, idmançılarımız daha da gözəl nəticələr qazanırlar, eyni zamanda, daha geniş mənada beynəlxalq yarışlarda iştirak edirlər. Medalların sayı, əlbəttə ki, bizi sevindirir. Çünki bu, idmanın inkişafının əsas göstəricisidir.

İl ərzində Azərbaycanda bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Onlardan ikisi Avropa çempionatıdır - bədii gimnastikataekvondo üzrə. Hər il Azərbaycanda beynəlxalq yarışlar keçirilir. Beləliklə, Azərbaycan bu sahədə də öz imkanlarını ortaya qoyur. Hər bir beynəlxalq yarışın keçirilməsi həm böyük məsuliyyətdir, eyni zamanda, gözəl imkandır ki, qonaqlar, idmançılar ölkəmizlə tanış olsunlar, Azərbaycan reallıqlarını görsünlər və bilsinlər ki, dünyada güclü, qüdrətli, müasir Azərbaycan dövləti vardır”.

Bu, bir daha onu göstərir ki, Azərbaycanda çox gözəl gənc nəsil yetişir

Prezident çıxışında yeniyetmə idmançıların uğurunu xüsusi qeyd edib: “Uğurlarımızın davamı, əlbəttə ki, təmin ediləcək. Buna əyani sübut olaraq, bu il Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarını misal göstərmək olar. Bu Oyunlar bizim üçün tarixi oyunlardır. Çünki bizim idmançılarımız bu Oyunlarda ən böyük və deyə bilərəm ki, tarixi qələbə qazanmışlar. Bu Oyunlarda 204 ölkə iştirak edirdi və Azərbaycan yeniyetmələri komanda hesabında 10-cu yerə layiq görülmüşlər. Bu, böyük tarixi nailiyyətdir. Dünya miqyasında 10-cu yerə nail olmaq böyük uğurdur. Bu uğuru gələcəkdə təkrarlamaq çətin olacaq. Ancaq biz buna çalışmalıyıq. Bu, bir daha onu göstərir ki, Azərbaycanda çox gözəl gənc nəsil yetişir. Bizim əsas uğurlarımızın mahiyyəti ondan ibarətdir ki, ardıcıllıq təmin edilir. Peşəkar idmançılar bizi sevindirirlər, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında idman şöhrətimizi yüksəklərə qaldırırlar və gənc nəsil də yetişir”. Xatırladaq ki, Çinin Nancinq şəhərində keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları möhtəşəm nəticə əldə ediblər. 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edib. Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvando, boks, sərbəst güləş, yunan-Roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cu yeri tutub. Qazanılmış medalların sayına görə (12 medal) Azərbaycan 14-cüdür. Avropa ölkələri arasında 6-cı, MDB-də RusiyaUkraynadan sonra 3-cü, İslamQafqaz ölkələri arasında 1-ci yerdədir. 21 idmançıdan 12 idmançı Vətənə medalla qayıdıb. İdmançılarımızdan Səid Quliyev (73 kq) taekvando, İslambek Dadov (69 kq) yunan-Roma, Rüfət Hüseynov (49 kq) boks, Teymur Məmmədov (63 kq) sərbəst güləş, İqbal Hacızadə (100 kq) sərbəst güləş qızıl medala sahib olublar. Olimpiya Oyunlarında Leyla Əliyeva (44 kq) cüdo, Natiq Qurbanlı (55 kq) cüdo, Ceren Ozbek (44 kq) taekvando, Baris Yotov avarçəkmə (1 nəfərlik qayıq), Cabbar Nəcəfov (50 kq) yunan-Roma güləşi, Leyla Qurbanova (52 kq) qadın güləşi gümüş medalNazim Babayev atletika (3 təkanla tullanma) bürünc medal qazanıblar. Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına nəzər salsaq bu oyunlarda da Azərbaycan idmançılarının uğurlu nəticə etdiyinin şahidi oluruq. Ölkəmiz turnirdə 5 idman növündə (ağır atletika, güləş, boks, cüdo, avarçəkmə) 12 nəfərdən ibarət komanda ilə iştirak edib. Nəticədə 3 idman növündə (ağır atletika, güləş, boks) 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-cü yeri tutub. Eyni zamanda Azərbaycan iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən 2-ci ölkə olmuş, ümumi hesabda İslam dövlətləri arasında 1-ci, Avropada 6-cı, MDB ölkələri arasında 3-cü yeri qazanıb. Nancinq-2014-ün nəticələrini təhlil edərkən daha maraqlı bir məqam ortaya çıxır. İlk onluqdakı Çin, Rusiya, ABŞ, Fransa, Ukrayna, İtaliya, Yaponiya, Macarıstan, Braziliya və Azərbaycan idmançılarının qazandıqları medalları ölkələrin əhalisinin sayına nisbətinə hesabladıqda idmanın Azərbaycanda daha populyar olduğu təsdiqlənir. Ümumilikdə 65 medalla birinci olan Çində əhalinin təxminən hər 20 milyon, Rusiyada 2,5 milyon, ABŞ 14 milyon, Fransada 3,3 milyon, Ukraynada 1,9 milyon, İtaliyada 2,9 milyon, Yaponiyada 6,3 milyon, Braziliyada isə hər 15 milyon nəfərinə biri medal düşür. Azərbaycanda isə bu göstərici 790 min nəfərə bir medaldır. Ölkəmiz bu göstəriciyə görə ilk onluqdakı ölkələrdən yalnız Macarıstandan geri qalır. Beləliklə, demək olar ki, Azərbaycanda idman Çin, Rusiya, ABŞ, Fransainkişaf etmiş digər ölkələrdən daha da populyardır. Dövlət başçısı qeyd edib ki, bu uğurları müstəqillik dövründə böyümüş idmançılar əldə ediblər: “İdmançılarımızın uğurları xalqımızı sevindirir. Bu uğurları müstəqillik dövründə böyümüş idmançılar əldə ediblər. Bu, bir daha onu göstərir ki, görün, müstəqilliyimizin nə qədər böyük mənası, nə qədər böyük üstünlükləri var. Azərbaycan idmançıları tarixdə heç vaxt bu qədər qələbələr qazanmamışlar. Ancaq müstəqillik dövründə, Azərbaycan xalqının öz taleyini öz əlində saxladığı dövrdə biz buna nail ola bilmişik. Əminəm ki, biz bundan sonra da ardıcıllıqla bu uğurlara imza atacağıq. Gənc idmançılarımızın uğurları tarixi nailiyyətdir. Əminəm ki, onlar böyüdükcə bu uğurları təkrarlayacaqlar. Gənc, peşəkar idmançılar bizim fəxrimizdir. Onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil edirlər. Azərbaycan idman dövləti kimi artıq özünü təsdiq edib. Bunu beynəlxalq idman qurumları da qeyd edirlər”.

 

Anar Miriyev

Palitra.-2014.-24 dekabr.-S.11.