İqtisadçı alimin poeziya dünyası...

Həzin, pıçıltılı “nəğmələrinlə”,

Girdin mənim ocağıma, qocalıq!

Yorğun, üzgün, zəif əməllərinlə,

Sən sığındın qucağıma, qocalıq!

(“Qocalıq”. A. İmran)

 

Tarixin qədim dövrlərindən bu günə kimi milli təfəkkürün formalaşmasında ədəbiyyatın rolu danılmaz bir faktdır. Ədəbiyyat, milli ideologiyanın formalaşmasında çox mühüm əhəmiyyət kəsb edib. Buna görə də həmişə ədəbiyyat həm xalqın formalaşmasında, həm də onun məhv edilməsində eyni funksiyanı yerinə yetirir. Ötən əsrin 30-cu illərində Azərbaycan ədəbiyyatında Hüseyn Cavid, Mikail Müşfiq və s. kimi gözəl ədəbiyyatçılar yetişib. Bu görkəmli ədəbiyyatçıların xalqın oyanışında və maarifləndirilməsində çox böyük rolları olub.

Xalqımız özünün tarixi müqəddəratını müsbət həll edikdən sonra ədəbiyyatda da canlanma baş qaldırıb və o, xalqımızın döyünən ürəyi olub. Bu elə bir ürəkdir ki, xalq buna əzəldən bağlıdır. Bu torpaq, dünya ədəbiyyatı xəzinəsinə Nizami, Füzuli, Nəsimi, Xəqani və s. kimi dahilərin əsərlərini bəedib. Ancaq bu dahiləri və inciləri yetişdirən torpaq, indinin özündə də, ələ qələm alan yeni nəsilləri də yetişdirib və yetişdirməkdədir.

Xalqımızın ulu öndəri həmişə yazıb-yaradan insanları dəstəkləyib. Bu gün onun sənət əsəri olan müstəqil Azərbaycan dövləti özünün memarının qoyub getdiyi ənənələri yaşadır. Məhəmməd (s.a.s) peyğəmbər öz hədislərində buyurur: “Elm öyrənənin əcəli çatdıqda, şəhid kimi ölər”. Başqa bir hədisdə peyğəmbərimiz buyurur: “Bir qəbilənin ölümü, alimin ölümündən daha asan və dözüləsidir”.

Poeziya sənətinə yiyələnmək və ya şair olmaq, bir məktəb oxumaq deyildir. Uca Allah həmin qabiliyyəti özü əvvəlcədən ilham şəklində kimlərəsə bəedir. Şair olmaq üçün uca Allah heç bir peşə və ya ixtisasəyyənləşdirməyib. Necə ki, bu məqaləmdə haqqında söhbət açacağım Ağasəf İmran kimi.

Ağasəf İmran ixtisasca mühəndis-iqtisadçı olmasına baxmayaraq dəyərli bir alim və həm də gözəl bir şairdir. A. İmranın bədii yaradıcılğı çoxşaxəli olması ilə fərqlənir.

Ağasəf Məmməd oğlu İmran 15 yanvar 1942-ci ildə Masallı rayonunun Əhmədli kəndində anadan olub. İxtisasca iqtisadçı alimdir. Azərbaycan Dövlət Neft Akademiyasının dosentidir. İqtisadiyyat və idarəetmə üzrə 90-dan çox elmi əsərin - məqalə, tezis, proqram, metodik vəsait, dərliklər və kitabların müəlifidir. İqtisadçı alim qəlblər, könüllər fəth edən bədii yaradıcılıqla da məşğuldur. Onun “Qönçə çələngi” adlı ilk şeirlər kitabı 2000-ci ildə “Gənclik” nəşriyyatında işıq üzü görüb. Hal-hazırda bədii kitablarının sayı ondan çoxdur.

Ağasəf müəllimin yaradıcılığında klassik şeirlər- qəzəllər, rübailər, mahnılar, sərbəst və mənsur şeirlər, satira və yumor və digərləri üstünlük təşkil edir. Şairin yaradıcılığında Vətən və xalq məhəbbəti, dövlətə və dövlətçiliyə bağlılıq motivləri daha güclüdür. Şairin müstəqilliyimizin 20 illiyinə ithaf etdiyi “Azərbaycan” poemasindan bəzi şeirləri sizlərə çatdıraq:

 

Odlar yurdu- Azərbaycan!

Qədim, zəngin, doğma diyar!

Müstəqilsən və azadsan!

Bayrağın, himnin, gerbin var!

 

Bayrağına baş əyirəm!

Himnin ilə coşur, bu can!

Gerbinlə fəxr eyləyirəm!

Yaşa, ucal, Azərbaycan!

 

Bu misralarda ifadə olunan Vətən sevgisi hər bir Azərbaycan vətəndaşının və hər bir azərbaycanlının inamına və andına çevrilə bilər. Dövlətçiliyimizin rəmzləri olan: bayraq, gerb və himnimiz barədə belə tutarlı sözləri başqa heç bir şairin kitabında oxumamışam. Bu, şairin dövlət rəmzlərinə olan sevgisi, müstəqilliyimiz üçün olan iftixarının ifadəsidir.

Bu poemada şair, tarixin müxtəlif dövrlərində xalqımıza qarşı olan tarixi ədalətsizliklərin acı nəticələrini qeyd edib. Uzaq və yaxın keçmişdə yaşanmış faciələrimizi, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet rejiminin xalqımıza etdiyi zülmü, Qarabağ faciəsinin acı nəticələrini qeyd etməklə yanaşı, xalqımızın ulu öndəri Heydər Əliyevin hakimiyyətə gəlişini xilaskar missiyası kimi qeyd edən şair, dövrün hadisələrini tarixi nöqteyi-nəzərdən təhlil edib.

Şairin yaradıcılığında lirik, fəlsəfi, ibrətamiz şeirlər xüsusi yer tutur. Ataya, anaya, övlada- ümumiyyətlə insana qiymətin sağlığında verilməsini qeyd edən şair, öz tövsiyələrini və nəsihətlərini oxucuya çatdırır.Başına dəysinşeirindən bir parçaya nəzər salsaq bunu aydınca görə bilərik:

 

Bir kəsi sağ ikən hörmətsiz etsən,

Ölərkən hörmətin, başına dəysin!

Cənazə başında, özündən getsən,

Həşir - qiyamətin, başına dəysin!

Övladsan , atanı gətirmə zara.

Ata deyənə, sən demə qara.

Ata bu dünyadan köçəndən sonra,

Ehsan- ziyafətin, başına dəysin!

 

Ananı daima bəslə göz üstdə,

Bu hörmət deyilsin eldə, məclisdə.

Sağ ikən, qəlbini incitmisənsə,

Məzarda rəğbətin, başına dəysin!

 

Ağasəf əllimin yaradıcılğında qəzəllər və rübailər xüsusi yer tutur. əllif qəzələri və rübailəri ilə sanki özünün müasir məktəbini yaradır və klassik şeiriyyəti bu günümüzlə uzlaşdırır. O, özünün qəzələri və 450- dən çox rübailəri ilə həyatımızın bugünkü reallıqlarını işıqlandırır və oxucuları bu reallıqlardan nəticə çıxarmağa səsləyir. Aşağıdakı qəzəl və rübai nümunələrində bunları aydın görmək olar:

 

Könlüm safdır, nə paxıllıq,

nə bir fəsad bilməmişəm!

Alnım açıq, üzüm ağdır -

özgə büsat, bilməmişəm!

 

Həyat məni çox sınayıb -

sıxılmışam, əzilmişəm,

Çətinlikdə, dar ayaqda, haray -

fəryad, bilməmişəm!

 

Üzərimə böhtan yağıb,

şeytan şərinə düşmüşəm,

Öz Tanrıma üz tutmuşam,

özgə imdad, bilməmişəm!

 

Arı kimi, qarışqatək,

zəhmət çəkib dolanmışam,

Ömrüm boyu çalışmışam,

əməyi yad, bilməmişəm!

 

İqtisadçı- mühəndisəm,

elmimlə alim olmuşam,

əlliməm, bu ad qədər şərəfli ad,

bilməmişəm!

 

Öz xalqıma xidmət üçün

lazım olur hələ peşəm,

Ağasəfəm, cəfakeşəm,

başqa nicat, bilməmişəm!

 

Zəhmətə və elmə verilən yüksək qiyməti görmək üçün bir neçə rübaiyə diqqət yetirək:

Xoşbəxtlik varsa da həyatda hər an,

Gülməyir üzlərə, o, hər bir zaman!

Yalnız zəhmət ilə, alın təriylə,

Səadət qapısın açır hər insan!

 

***

Ey qafil! Bu dünya əbədi deyil!

Bizə Tanrı payıdır hər gün, ay, il.

Görmək üçün həyatın faniliyin,

Əqlinin güzgüsünü elm ilə sil!

 

***

Göylərin buludu- dağlarda çəndir!

Zəminin sünbülü- torpaqda dəndir!

Tanrı tək sevdiyim, səcdə etdiyim,

Bir Atam, bir Anam, bir də Vətəndir!

 

Şairin yaradıcılığında bayatılar oxucuya ibrətli ovqat bə edir. Xüsusi ilə də Vətənə həsr edilmiş bayatılar öz axıcılığı və həqiqəti əks etdirmək qabiliyyəti ilə seçilir. Oxucu bu bayatılarla tanış olduqdan sonra Vətən sevgisi daha da artır:

 

İşğalda elim yanır!

Uzanmış əlim yanır!

Qaçqınam, deyəmmirəm,

Ağzımda dilim yanır!

 

Qarabağ talan oldu.

Göz yaşım, yalan oldu.

Qaçqın, didərgin adı,

Canıma ilan oldu!

 

Sarayım, bərbad oldu.

Harayım , fəryad oldu.

İlahi, necə dözüm?

Vətən mənəyadoldu!

 

Yurdsuz qalıb da yandım,

Yardım alıb dolandım.

Taleyin hökmünə bax:

Axı mən bac alandım!

 

Qarabağda talan var,

İtkin düşən, ölən var!

Necə dönüm, elimə?

Orda şahmar ilan var!

Ağasəf əllimin 2012- ci ildə nəşr etdirdiyi kitabıQəlbimin harayıadlanır. Şairin bi kitabında son illərdə yazdığı şeirləri ilə yanaşı, müxtəlif illərdə yazdığı seçilmiş şeirləri də verilib. Bu yazımıQəlbimin harayıkitabına ön söz yazan görkəmli filosof-pedaqoq, professor İmran Cəfərzadənin dəyərli fikirləri ilə yekunlaşdırmaq istəyirəm:

“...Ağasəf İmranın bədii yaradıcılğının məhsulları toplanmış bu kitabında verilən lirik, sərbəst və mənsur şeirlər, mahnılar, satiralar, bayatılar və qoşabeytlər şeirə vurğunluq baxımından yaxşı təsir bağışladığı kimi, mövzu zənginliyi baxımından da diqqətəlayiqdir. Bütün bu şeirlərdə - vətənpərvərlik, yurdsevərlik, insanpərvərlik, gözəlliyə vurğunluq, əxlaqi saflıq, mənəvi paklıq, sədaqətlilik, ləyaqətlilik kimi fəzilətlərə rəğbətlə yanaşı, əxlaqın mənfi təzahürləri olan rəzilətlər və riyakarlıqlara nifrət, bu şeirlərin əsas leytmotivini təşkil edir...

...Ağasəf İmranın lirik şeirlərində, satiralarında, sərbəst və mənzum şeirlərində də poetik məna çalarları dəyimlidir, bu şeirlərin hər birində insanın, yəni oxucunun mənəvi dünyasına dəyən, dəyərək düşündürən fikirlər vardır..

...Bu kitabda 17 yaşlı bir gəncin və 70 yaşlı müdrik bir insanın ürək sözləri poetik bir dildə təqdim olunur. Özünün dediyi kimi, ürək çırpıntılarını, mənəvi ehtiraslarını poetik fikirlərlə ifadə edən Ağasəf İmrana arzu edək ki, poeziya mehrabına yüksələrək orada özünə ədəbi məskən salmış olsun...”

Mahmud Sadıqov

ADNA-nın III kurs

tələbəsi,

ATGTİ-nın Qarabağ Mərkəzinin sədr müavini

Palitra.-2014.-1 fevral.-S.15.