İzmirdə “Dünya Xocalını tanıdır” layihəsi

Türkiyənin İzmir şəhərində yerləşən Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi və azərbaycanlı tələbələrin təşkilatçılığı ilə “Dünya Xocalını tanıdır” adlı layihəyə start verilib. İzmirdən qəzetimizə verilən məlumata görə, “Dünya Xocalını tanıdır, sən də tanıt” devizi ilə baş tutan layihənin məqsədi qətliamın 22-ci ildönümündə ermənilər tərəfindən 613 Azərbaycan vətəndaşının amansızcasına qətl edildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir alındığı, insanlığa yaraşmayan faciə haqqında fərqli mədəniyyətlərdən olan əcnəbi tələbələrin daha yaxından bilgiləndirilməsidir. “Dünya Xocalını tanıdır” layihəsi araşdırma və öyrənmə tərzində reallaşdırılan bir bilik müsabiqə olaraq keçirilir. Layihə çərçivəsində əcnəbi tələbələrin Xocalıdan bəhs edən layihələri qəbul ediləcək. Belə ki, göndərilən layihələrdən 10 ən yaxşısı seçiləcək. Seçilən layihəəlliflərinin hər birinə planşet təqdim ediləcək. Layihədə iştirak etmək istəyən əcnəbi tələbələr “dunyahocaliyianlatiyor.com/az” saytın ın“layihə yüklə” bölməsindən istifadə edərək layihələrini göndərə bilərlər. Layihələrin seçim turu fevralın 23-də İzmirin Bayraqlı, Anadolu prospekti, 40 ünvanında Təpəqülə Konqres və Mədəniyyət Mərkəzində keçiriləcək. Göndərilən layihələrdən ən yaxşı 10 layihəəllifi mükafatlandırılacaq. Lahiyənin tanıtımı üçün sosial şəbəkələrdə “facebook.com/dunyahocaliyianlatiyor” , “twitter.com/HocaliyiAnlat” və “dunyahocaliyianlatiyor.com/az” səhifəsi açılıb. Burada Xocalı haqqında görüntülər, məqalələr, videolar paylaşılaraq geniş bir şəkildə əks olunub.

Günəş

Palitra.-2014.-15 fevral.-S.7.