Excelsior Hotel BakudaYay mövsümünün açılışı mərasimi” keçirildi

 

Excelsior Hotel Bakuhotelinin açıq hovuzda yerləşən “Pool Bar” restoranında “Yay mövsümünün açılış” tədbiri keçirilib. Tədbirin proqramına canlı musiqi proqramı, hədiyyə lotoreyası, gecəyə qədər DJ musiqisi və rəqs daxil edilmişdi.

Tədbirdə paytaxtın qonaqları və sakinləri, işgüzar dairələrin nümayəndələri iştirak etdilər. Açılış mərasimində çıxış edən “Excelsior Hotel Bakuotelinin baş meneceri Turhan Poyraz qonaqlara yay hovuzunun yanında şəraitə və göstərilən xidmətlərə dair geniş informasiya verib. O, qeyd edib ki, bundan sonra paytaxtımızın qonaqları və sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala biləcəklər. Sərinləşdirici içkilər, ləzzətli təamlar və canlı musiqi hovuz ətrafında gözəl ab-hava yaratdı. Estrada müğənniləri Səbinə Babayeva və Diananın ifalarında populyar millixarici şlyagerlər hamının ürəyincə olub. Tədbirdə keçirilən lotoreyada qonaqlarAtaBank”, “AtaSığorta” və digər şirkətlərdən hədiyyələr uddular. Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” - deluks, 9 “Duke” - standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi s.-dən ibarətdir.

 

İlkin

Palitra.-2014.-18 iyun.-S.15.