Rəhim Hümbətov: “Bütün fəaliyyətimiz Ukraynada mədəniyyətimizin təbliğinə yönəlib”

 

Layihə çərçivəsində müsahibimiz Krım Azərbaycan Cəmiyyətinin sədri Rəhim Hümbətovdur.

 

-Sədri olduğunuz diaspor təşkilatının fəaliyyət istiqamətləri, həyata keçirdiyi tədbirlər barəsində danışardınız.

- Krım Azərbaycan Cəmiyyəti 1989-cu ildə yaradılıb, Ukraynada ilk azərbaycanlı qurumlarından biridir. Qeyd edim ki, Ukraynada ilk Azərbaycan mətbu orqanı bizim dərc etdiyimiz “Millət” qəzeti idi. Sadəcə, məlumat üçün deyirəm, diasporun diaspor haqqında nəşr etdirdiyi ilk kitab da, krımlı azərbaycanlı müəlliflərin yazılarının işıq üzü gördüyü ilk almanax da Krımda dünyaya gəlib. Qurumumuzun qarşısında duran vacib məsələlər mədəniyyətimizi təbliğ etmək, azərbaycanlılar və Azərbaycan haqqında yerli əhalidə pozitiv fikir yaratmaqdır. Eyni zamanda, biz Azərbaycan haqqında həqiqətləri ictimaiyyətə çatdırmağı özümüzə borcmühüm məsələlərdən hesab edirik. Qeyd edim ki, 1990-cı ilin yanvar hadisələrindən bir neçə ay sonra biz Bakıdan Krıma çox sayda bu faciə ilə, Qarabağ konflikti ilə bağlı ədəbiyyat gətirib, Yaltada daimi fəaliyyət göstərən sərgi təşkil edərək bu kitabları insanlara paylayırdıq. “Millət” qəzetinin səhifələrində bu hadisələrlə bağlı materiallar dərc olunub. İnternetin yaratdığı imkanlardan geniş istifadə edirik. Eyni zamanda yerli mətbuat səhifələrində bu mövzu ilə bağlı müxtəlif yazılar yerləşdiririk. Şübhəsiz ki, bizim bu fəaliyyətimiz rezonansa səbəb olur. Hələ 1991-ci ilin yanvarında, “Millət”in ilk nömrəsi dərc olunandan bir az sonra məni qəzetin redaktoru kimi Krım vilayət kommunist partiyasının ideoloji şöbəsinə “xalça” üzərinə çağırdılar. Aydın oldu ki, bizim qəzetin birinci nömrəsini görən ermənilər o saatobkoma” şikayətə gediblər. Buna səbəb “Millət”in ilk nömrəsindən başlayaraq, azərbaycanlılara qarşı olan yalanları ifşa etməyə başlaması idi. Zənnimcə, indiyədək bizim gördüyümüz ən mühüm işlərimizdən biri dünyada birinci dəfə olaraq erməni “soyqırımı” haqqında Xarkov vilayətində İzyum şəhər sovetinin qəbul etdiyi qərarın ləğv olunmasıdır. Bu fakt əyani surətdə sübut etdi ki, erməni diasporunun çox “qüdrətli” olması haqqında onların yaratdığı fikir bir mifdir, həqiqətə o qədər də uyğun deyil. Lakin bu o demək deyil ki, onlara lazımi səviyyədə qiymət verməmək olar. Əlavə edim ki, biz Krım parlamentinin analoji qərarını faktiki olaraq ləğv etdirmişik - prokurorluq bu qərarın qeyri-qanuni olduğunu müəyyən edibbu münasibətlə Ali Radaya müraciət göndərib. Bizim hesablamalarımıza görə, Krımda 10 minə qədər azərbaycanlı yaşayır. Burada Ukrayna vətəndaşı olan şəxslər, eyni zamanda qeyri-leqal, lakin daimi olaraq yaşayan insanlar da nəzərdə tutulur. Düzdür, statistika azərbaycanlıların sayını çox az göstərir, amma apardığımız analiz bizim rəqəmlərin həqiqətə daha uyğun olduğunu göstərir. Zənnimcə, azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyasını uğurlu hesab etmək olar. Bu gün Krımda həmvətənlərimiz, sovet vaxtının termini ilə desək, “xalq təsərrüfatının” bütün sahələrində çalışırlar. Krımda azərbaycanlıları həkim, müəllim, hüquqşünas, jurnalist, transport işçiləri, müxtəlif səviyyəli adamları və s. kimi vəzifə və yerlərində görmək olar. Həmyerlilərimiz eyni zamanda müxtəlif səviyyəli hakimiyyət orqanlarında deputat seçiliblər. Bu yaxınlarda rəhmətə getmiş akademik Şamil Topçiyev Krımda tanınmış alimlərdən biri idi. Bizim nəşr etdiyimiz kitablar, çəkdiyimiz filmlər, keçirdiyimiz müxtəlif aksiyalar Azərbaycan haqqında pozitiv rəy yaranmasına xidmət edir. Bir misal olaraq deyim ki, Krım Azərbaycan Cəmiyyəti II Dünya müharibəsi ildönümünü daha geniş işıqlandırmaq üçün jurnalistlər arasında ümumkrım müsabiqəsi elan etmişdibu tədbir Krım hökumətinin rəsmilərinin iştirakı ilə yüksək səviyyədə reallaşıb.

- Ukraynada Azərbaycan diasporunun tarixi, fəaliyyəti və bugünkü vəziyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Təəssüflə deyim ki, Ukraynada Azərbaycan diasporunun tarixi az öyrənilib. Məlumdur ki, ötən əsrin əvvələrində Kiyevdə tanınmış ictimai xadim, yazıçı Yusif Vəzir Çəmənzəminlinin yaratdığı cəmiyyət fəaliyyət göstərirdi. Hazırda Yaltada yaşayan Nuriyyə Verdiyevanın sözlərinə görə, onun babası da ötən əsrin əvvələrində Kiyevdə yaşayırmış, adamı olaraq Ukrayna dəmiryolu vaqonlarında restoranlar işlədirmiş. Nuriyyə xanım babasının Kiyevdə təhsil alan azərbaycanlı tələbələrə köməyindən danışır. Onun sözlərinə görə, hər bazar günü tələbəblər babasının evində yığışar, nahar edər və gedərkən pul yardımı da alarmışlar. Qeyd edim ki, Ukrayna kimi önəmli bir ölkədə Azərbaycan diasporu böyük potensial imkanlara malikdir. Bu ölkədə diaspor hərəkatına güclü təkan verə biləcək insanlar çoxdur, amma onlar müəyyən səbəblər üzündən, təəssüf ki, qurumlarımızın fəaliyyətindən kənardadırlar. Hazırda bizim daha keyfiyyətli təhsil alan, müxtəlif dilləri daha yaxşı bilən gənclərimizin yetişdiyini nəzərə alsaq, diasporun gələcəyi mənə daha çox ümidlər verir. Lakin bu gələcəyin yetərincə parlaq olması üçün müəyyən neqativ faktorlar nəzərə alınmalı, qüsurlar aradan götürülməli, diaspor təşkilatlarının fəaliyyəti güclənməlidir. İnanıram ki, Azərbaycan diasporunun Ukraynada fəaliyyəti daha uğurlu ola bilər.

-Diasporumuzun təşkilatlanması məsələləri ilə bağlı hansı fikirləriniz var?

- Hesab edirəm ki, dünya miqyasında Azərbaycan diasporunun böyuk potensialı var. Lakin bundadır ki, Azərbaycan dövlətinin strateji maraqları üçün çox vacib olan bu potensial tam gücü ilə istifadə olunmur. Dünya azərbaycanlılarının qurultayları bu qüvvəni formalaşdırmaqda mühüm rol oynayır, lakin bu proses, təəssüflər olsun ki, hələ ki sürətlənmə mərhələsinə daxil olmayıb. Elə bir təəssürat yaranır ki, sanki, kimsə bu prosesə müqavimət göstərir. Təkrar edirəm, düzgün taktikistrateji istiqamət götürülərsə diasporumuz böyük potensiala malikdir. Yeri gəlmişkən diaspor təşkilatlarının mövcud olmasının vacibliyi haqqında bir misal gətirim. Bir il öncə Ukrayna parlamentinin Fyodor Neqoy adlı deputatı mətbuat konfransı zamanı azərbaycanlıların ünvanına təhqiredici sözlər işlətmişdi. Biz, Krım Azərbaycan Cəmiyyəti olaraq F.Neqoyun bu hərəkətini pislədik, ona qarşı etiraz səsimizi ucaltdıq. İndi Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri seçilmiş Rövşən Tağıyevlə birgə biz, apardığımız nəticəsində Ukrayna Ali Radasının deputatı F.Neqoyu azərbaycanlılardan üzr istəyməyə məcbur etdik. Belə bir hadisə, yanılmasam, Azərbaycan diasporu tarixində birinci dəfə baş verib. Həmçinin, demək istədiyim budur ki, diaspor təşkilatının nüfuzlu, işbilən, qanunlardan baş çıxaran, öz hüquqlarını bilən və onları qorumağı bacaran qurum kimi formalaşması ilk növbədə diaspor üzvlərinin mənafeyinə cavab verir. Yeri gəlmişkən, bunu qəriblikdə yaşayan azərbaycanlılar başa düşməli və diaspor təşkilatlarının işində daha fəal iştirak etməlidirlər.

- Azərbaycan mədəniyyətinin təbliği istiqamətində diasporumuz hansı işləri görür?

- Apardığımız bütün fəaliyyət mədəniyyətimizin təbliğinə yönəlib.

-Azərbaycan həqiqətlərinin təbliğində hansı fəaliyyətlər həyata keçirilir?

- Öncə qeyd edim ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə müdafiə edən dövlətlərdən biridir. Bu sualınızla bağlı bir misal gətirim. Biz Krım Azərbaycan cəmiyyəti olaraq Ukrayna xarici işlər nazirinə belə bir xahişlə müracət etmişdik ki, XİN Qarabağa getmək fikri olan ölkə vətəndaşlarına bu səfəri Azərbaycan hakimiyyət dairələri ilə razılaşdırdıqdan sonra etmək xəbərdarlığı ilə çıxış etsin. Bizim Ukrayna XİN-dən aldığımız cavabda xarici işlər nazirinin müavini bir daha qeyd edir ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin dinc yolla həll olunmasını istəyir. Bu diaspor təşkilatının Azərbaycan maraqları yolunda atdığı mühüm addımlardandır.

Tam mənada, təəssüf ki, heç bir şeyi heç kimə heç zaman çatdırmaq mümkün deyil.

-Bu sahələrdə diasporun fəaliyyətində rast gəlinən hansı çətinliklər var?

- Ukrayna kimi Avropanın ən böyük ölkəsində informasiya agentliyi, radio stansiyası, telekanal yaradılmasına bizim çox ehtiyacımız var. Bu strateji nöqteyi-nəzərdən vacib addımlardan biridir. Kütləvi informasiya vasitələrinin indiki zamanda mühüm qlobal əhəmiyyətə malik olduğunu, yəqin ki, hamı başa düşür.

-Erməni diasporu Ukraynada nə dərəcədə aktivdir?

- Hesab edirəm ki, erməni diasporu Ukraynada çox aktiv fəaliyyət göstərir.

-Ukrayna cəmiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılmasında kütləvi informasiya vasitələrinə çıxış imkanlarını necə dəyərləndirirsiniz?

- Normal. Vaxtaşırı lazımi məlumatları yerləşdiririk.

-Azərbaycan diasporunun nəzarətində olan saytlar və qəzetlər barədə danışmağa dəyərmi?

- Bu suala cavabı yuxarıda verdim. Əlavə edim ki, bizim kütləvi informasiya vasitələrimiz Ukraynada zəifdir.

İlkin AĞAYEV

Palitra.-2014.-13 mart.-S.11.