Konstitusiya Günü MTN-in Heydər Əliyev adına Akademiyasında qeyd olunub

 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, tədbirdə çıxış edən Akademiya rəisinin birinci müavini general-mayor Şahin Sultanov bildirib ki, müstəqilliyimiz tarixi reallığa çevrildikdən sonra dövlətçilik ənənələrinin bərqərar olması üçün siyasi lider amilinin müstəsna əhəmiyyət kəsb etməsi Azərbaycanın nümunəsində bir daha sübut olundu:

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gənc müstəqil Azərbaycan dövlətini siyasi iflasdanparçalanmadan xilas etdi. Ulu öndərin titanik fəaliyyəti nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, cəbhədə atəşkəsin əldə edilməsi, ölkədaxili destruktiv qüvvələrin zərərsizləşdirilməsi müstəqil dövlətçilik tariximizin inkişaf mərhələsinə qədəm qoyması üçün şərait yaratdı. Bu inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından isə ölkənin konstitusiya quruluşunun, milli prioritetlərin ali qanun səviyyəsində təsbiti tələb olunurdu. Yeni Konstitusiyanın hazırlanması ilk növbədə məhz bu tarixi zərurətin ifadəsi idi. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın ən mütərəqqi sosial-hüquqi yanaşmalarını ehtiva etməklə, dövlət quruculuğu proseslərinə, iqtisadiyyatın və ictimai-siyasi həyatın dinamik inkişafına təkan verdi”. O, qeyd edib ki, Konstitusiyamızın qəbulundan ötən müddət Azərbaycan cəmiyyətindəki mütərəqqi qüvvələrin milli dövlətçilik məfkurəsinə sadiqliyi baxımından tarixi sınaq dövrü olub və xalqımız Heydər Əliyevin ölməz ideyalarını rəhbər tutaraq bu imtahandan uğurla çıxıb. Bunun əyani təsdiqi ölkədə mövcud olan sabitlikmilli vəhdətdir. General-mayor Ş.Sultanov bildirib ki, Prezident İlham Əliyevin ölkədə qanunçuluğun möhkəmləndirilməsi və cəmiyyətdə ümumbəşəri dəyərlərin bərqərar olması əsasında sürətli modernləşdirmə istiqamətində geniş və ardıcıl fəaliyyəti gənc müstəqil respublikamızı nüfuzlu dövlətlər sırasında önəmli yerə çıxarıb. Dövlət başçısının konstitusion prinsiplərə əsaslanaraq ictimai həyatın və dövlətin idarəçiliyinin demokratikləşməsi istiqamətində apardığı ardıcıl siyasət, inzibati amillərdən daha çox mənəvi-əxlaqi saflaşma amillərinə üstünlük verməsi müstəsna əhəmiyyətə malikdir: “Məhz konstitusion prinsiplərin dönmədən həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan əsl demokratiya, ümumi rifah və azadlıq məkanına, genişmiqyaslı beynəlxalq tədbirlərin ev sahibinə, dünya birliyinin nüfuzlu və etibarlı üzvünə çevrilib”. Milli təhlükəsizliyin təmin olunması sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə danışan Ş.Sultanov Azərbaycanın milli təhlükəsizlik orqanlarının məhz Konstitusiya və qanunlarımızda əks olunmuş prinsip və müddəaları rəhbər tutaraq xarici xüsusi xidmət orqanlarının ölkəmizdə pozuculuq fəaliyyətinin, terror və təxribat cəhdlərinin qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə uğurla fəaliyyət göstərən, müstəqilliyimizin və dövlətçiliyimizin keşiyində əzmlə duran çevikgüclü dövlət təsisatı kimi formalaşdığını bildirib. Çıxış edən dinləyici leytenant S.Səmədov, kursantlar T.Nemətli və A.Mustafayev Akademiyada təhsil aldıqlarından qürur duyduqlarını qeyd ediblər. Tədbirin sonunda «Müstəqillik yollarında» sənədli filmi nümayiş etdirilib.

 

Tural

Palitra.-2014.-13 noyabr.-S.6.