Sağlam bədəndə sağlam ruh olmalı

 

İftixar Məhərrəmov: “Şahmat zehni gücləndirir”

“Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indibunu təsdiq edirəm ki, Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”. Bu gün bütün Azərbaycan gəncliyi bu qayğını öz üzərində hiss edir. Heydər Əliyev ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşmış, bu sahədə gələcək inkişaf perspektivlərini də ciddi nəzərə almışdı. O illərdə idmanın maddi- texniki bazasının yaradılması, uşaq və gənclərin fiziki inkişafı üçün çox görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Könül rahatlığı ilə deyə bilərik ki, həmin illərdə idmana göstərilən qayğı bu gün də diqqət mərkəzindədir. Bu da Prezident İlham Əliyevin qayğısı sayəsində öz inkişafını uğurla davam etdirir. Bu haqda Qafqaz Universiteti İdman şöbəsinin müdiri İftixar Məhərrəmov layihə çərçivəsində bizə məlumat verdi.

 

- İftixar müəllim, əvvəlcə Qafqaz Universitetinin İdman şöbəsini oxucularımıza təqdim edin, sonra idmanımızla bağlı geniş söhbət edək.

- Qafqaz Universitetində İdman şöbəsi 1993- ildə, elə universitet yarandığı vaxtdan fəaliyyətə başlayıb. Şöbənin əsas fəaliyyəti universitet daxilində olan tələbələrin boş vaxtlarını səmərəli istifadə etmək, onları yarışlara hazırlamaq və “sağlam bədəndə sağlam ruh olar” düşüncəsinə əsaslanaraq tələbələri idmanın müxtəlif növləri ilə tanış etməkdən ibarətdir. Təbii ki, müəllim və idarə heyətinin də boş vaxtlarında bu fəaliyyətlərlə məşğul olma imkanları var. İdman şöbəsi əsasən tələbələrdən ibarətdir. Universitetə daxil olan tələbələrin hər biri öz kurs yoldaşları ilə aralarında müxtəlif yarışlar təşkil edirlər. Bu yarışlara tenis, şahmat, dama, futbol, voleybol və digər idman oyunları daxildir. Bu, bir növ tələbələrdə dərslərə və sosial fəaliyyətə maraq oyatmaq məqsədilə təşkil edilir. Çünki tələbələrin universiteti ancaq dərs oxumaq, dinləmək və ya imtahan verməkdən ibarət olduğunu görmələrini istəmirik. Düşünürəm ki, tələbəni universitetə dərslər xaricində bağlayan mütləq başqa bir sosial məşğuliyyəti olmalıdır. İdman şöbəsinin əsas fəaliyyətlərindən biri də hər il Təhsil Nazirliyi və Tələbə İdman Cəmiyyəti tərəfindən Azərbaycanda olan universitetlər arasında keçirilən idman yarışlarnda iştirak etməkdir. Bunlar arasında ən çox futbol, mini-futbol, stolüstü tenis, şahmat, güləş, cüdos. yarışlar təşkil edilir. Tələbələrimizin də bu yarışlarda xeyli sayda uğur qazanmaları da danılmazdır.

-İdman klublarınızda məşhurlardan fəaliyyət göstərənlər varmı?

- Qafqaz Universiteti voleybol komandasının baş məşqçisi Vüqar Əliyev eyni zamanda Azərbaycan milli komandası və “Azerreylvoleybol komandasının baş məşqçisidir. Bizim onunla tanışlığımız olduğuna görə həftədə iki dəfə bizim tələbələrə dərs deyir. Həmçinin Fərhat Hüseynov basketbol komandamızın baş məşqçisidir. O, eyni zamanda İdman Akademiyasında Basketbol kafedrasının müdiri vəzifəsini icra edir. Fufbol komandamızın baş məşqçisi Emin Salmanov isə “Neftçiidman klubunda 17 yaşlı uşaqlarla işləyir. Bizim irəlidə düşündüyümüz işlərdən biri də “QarabağFulbol Klubunun baş məşqçisi Qurban Qurbanovu universitetimizə qonaq qismində dəvət etməkdir. Düşünürəm ki, bizim yüksək nəticələr almağımızın səbəbi, bizim professional məşqçilərlə işləməyimizdir.

-Qazandığınız uğurlara gəlincə...

- Aldığımız nəticələrə gəldikdə isə sadalamaq olar ki, 2012-ci ildə ali təhsil müəssisələri arasındakı şahmat yarışında universitetimiz final görüşündə sadəcə Bakı Dövlət Universitetinə məğlub olaraq ikinci yerə layiq görülüb. 2014-cü ildə isə voleybol komandamız universitetlər arası yarışda üçüncü yeri qazanıb. Basketbol komandası dördüncü, ən əsası isə futbol komandamız böyük təhsil müəssisələri arasında keçirilən turnirdə beşinci yerdə qərar tutub.

-Tələbələrə stimul vermək üçün xarici ölkələrdə çıxışlarınız olubmu? Nəticələr necə olub?

- Bəli olub. Bizim bir tələbəmiz var, Rəşad Zeynallı. Həmin tələbəmiz demək olar ki, qrossmeyster səviyyəsində bir şahmatçıdır. Bu yaxınlarda Azərbaycanda “Baku Open - 2014” yüksək səviyyəli şahmat yarışı keçirildi. Dünyanın 40 ölkəsindən iştirak edən 120 nəfər şahmatçı arasında bizim şahmatçımız 8-ci yeri qazanıb. Qeyd edim ki, İqtisadiyyat fakültəsinin II kursunda təhsil alan R.Zeynallı boş vaxtlarında universitetdə digər öyrənmək istəyən tələbələrə şahmat dərsləri keçir. Yeri gəlmişkən, qeyd edim ki, heç bir idman növü, zehni şahmat qədər gücləndirmir.

-Tələbələrin təşkilatçılığa meyilləri nə dərəcədədir? Bu kimi görüşlərin təşkilində iştirakçı olurlarmı, yoxsa ancaq sizin hazırladığınız proqramlarla kifayətlənirlər?

- Bizdə idman yarışlarının keçirilməsində İdman Dərnəyinin rolu çox böyükdür. Təşkilatçılıq nöqteyi- nəzərdən bu dərnəyin üzvü olan tələbələr bizə çox köməklik göstərirlər. Onu da qeyd edim ki, tələbələr bu işə könülsüz yanaşmırlar, əksinə yeni layihələr, çıxışlar hazırlamağa çox həvəslidirlər. Qeyd edim ki, tələbələrimizin öz istəklərilə biz universitetimizə tanınmış boksçu Əli İsmayılovu, məşhur taekvondoçu Füzuli Musayevi, vaxtilə Qalatasaray futbol klubunda oyunçu olan Bülənt Korkmazı dəvət edərək onlarla görüşlər keçirmişik.

-İftixar müəllim, bir idman müəllimi olaraqdüşünürsünüz, Azərbaycanda idmanın inkişaf səviyyəsi hansı dərəcədədir?

- Çox gözəl sualdır. Ancaq bunun çox gözəl bir cavabı da var ki, Azərbaycanda idman yüksək templə inkişaf edir. Beynəlxalq yarışların ölkəmizdə keçirilməsi bunu deməyə əsas verir. Ancaq bir şey var ki, biz millət olaraq fərdi idman növlərinə daha çox üstünlük veririkbu növ oyunlarda daha çox uğurlar əldə edirik. Komanda idman növlərində isə bu nisbətən aşağı səviyyədədir. Ancaq fərdi idman növlərinə gəldikdə isə onu deyə bilərik ki, bizim güləş, boks,cüdo, qılıncoynatma, gimnastika və digərlərində dünya çempionlarımız, olimpiya çempionlarımız, Avropa çempionlarımız var. Əvvəllər valideynlər uşaq yaşlarından övladlarını demək olar ki, ancaq fərdi idman sahələrində məşqlərə göndərirdilər. Çünkibiz” lə yox, “mən”lə yola çıxmaq istəyirdilər. Amma indi vəziyyət dəyişir. Xüsusən futbola maraq artır ki, buna da səbəb dövlətin uşaq futboluna olan qayğısıdır.

-Azərbaycanda idman niyə sürətlə irəli gedir?

- Çünki cənab Prezident İlham Əliyevin göstərişi ilə idmanın istənilən sahəsində qazanılan uğura görə, həmin idmançı dövlət tərəfindən xüsusi olaraq qiymətləndirilir və hər cür şəraitlə təmin olunur. Ən əsası, maddi texniki bazalar yaradılır. Demək olar ki, bütün rayonlarımızda Olimiya mərkəzləri tikilib, istifadəyə verilib. Ölkəmizdə idmana olan dövlət qayğısına görə də idmançılarımız bütün diqqətini idmana yönəldir. Bütün bunlar da idman sahəsində uğur qazanmaq üçün kifayətdir.

-Bəs sağlamlığını düşünərək idman edənlər idmançı siyahısının hansı hissəsində yer alırlar?

- Bəli, az öncə qeyd etdiyim kimi, çox təəssüf ki, biz övladlarımızı idmana qoyarkən, məşqlərə göndərərkən ilk düşündüyümüz , onun məşhur idmançı olması yox, gələcəkdə maddi gəlir əldə etməsidir. Fikrimcə, belə olmamalıdır. Avropa ölkələrində insanlar səhər işə getmədən öncə ailəli şəkildə idman edirlər. Ancaq, bizdə bu işə bir növ peşə kimi yanaşırlar. Mən həftə sonları dənizkənarı bulvarda idman etdiyim zaman əvvəllər idman edənlərə heç rast gəlmirdim, ancaq sevindirici haldır ki, artıq müəyyən qədər insanların bu kimi məşğuliyyətləri tez- tez gözə dəyir.

İlkin AĞAYEV

Palitra.-2014.-27 noyabr.-S.11.