Eks-prezidentlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

 

Latviyanın sabiq Prezidenti Valdis Zatlers və Estoniyanın sabiq dövlət başçısı Arnold Ruutel Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub. Mərkəzin ofisi, fəaliyyəti, ilə yaxından tanış olan eks-prezidentlərə təşkilatın həyata keçirdiyi son tədbirlər, yeniliklər, eləcə də gələcək planlar, xüsusilə də 2015-ci ildə keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verilib, müzakirələr aparılıb. Xatırladaq ki, Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan hər iki sabiq prezident Valdis ZatlersArnold Ruutel Bakıda keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda səfərdə olub.

 

Nigar

Palitra.-2014.-9 oktyabr.-S.7.