Qarabağın süjetli xalçaları

 

Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təsvirinin orijinallığına görə bənzərsizdir. Bu xalçalar üfüqi simmetriya prinsipi üzrə toxunub, mövzunun dekorativ cəhətdən mənimsənilməsi əsl xalq manerasında qurulub. Əvvəllər Qarabağ xalçalarında gözəl rəsmlərlə yanaşı, ovçuluq süjeti əsaslıq təşkil edirdisə, sonralar xalçaçılığın ovçuluq süjetinə marağın azaldığı aydın görünür.

Onlarda dinamik ov səhnələri demək olar ki, yoxdur, ovçuluğun ancaq atributları, simvolları göstərilmişdi. Sonralar həmin proses getdikcə dərinləşir və XX əsrin ilk rübündə ovçuluq bir mövzu kimi tamamilə yox olur, öz yerini bir-birilə ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir. "Şəddə" tipli xalçaların xovlu xalçalara təsiri məhz bununla izah edilir.

 

Qədim xovsuz "Şəddə" xalçaları kompozisiya cəhətdən ibtidai, üfüqi simmetriyanın prinsipi üzrə qurulur və birtipli adam və heyvan fiqurları paralel bölgüdə intəhasız təkrar edilir. Bitkin ovçuluq motivlərinə marağı itirən xovlu xalça ustaları həmin bədii prinsipdən istifadə edirlər. Məsələn: XIX əsrin axırlarında Qarabağda "Atlı-itli", "İtli-Pişikli", "Marallı-Ceyranlı" və s. xovlu xalçalar toxunub. Bu kompozisiya baxımından heyvan təsvirləri olan üfüqi zolaqlardır.

Xalq dastanının qəhrəmanı, Şərqin böyük şairi Firdovsinin "Şahnamə" poemasında baş qəhrəman Rüstəmə həsr edilmiş Qarabağ xalçaları xüsusilə gözə dəyəndir. Rüstəm və Söhrab xalçalar seriyası miniatür rəngkarlığı üçün ənənəvi kompozisiya prinsiplərinin xalq ruhunda təfsiri ilə diqqətəlayiqdir. Bunlar öz ideya, bədii xüsusiyyətlərinə görə xalq xalçaçılıq sənətinin sözün əsl mənasında tayı-bərabəri olmayan inciləridir.

Qarabağ məktəbində süjetli xalçaçılıq özünəməxsus üslubda inkişaf edib. Qərbi Avropa rəngkarlığının təsvirindən azad olan bu xalçaçılıq sənəti kökləri əsrlərin dərinliklərinə, xalqın psixologiyasına gedib çıxan dekorativ tətbiqi sənətin təşkilinin əzəli bədii prinsiplərini bərqərar edirdi. Çox fiqurlu kompozisiyalarda motivlərin nəql şəklində təfsirindən şüurlu surətdə imtina edilməsi simvolik və həyat hadisələrinin qrafik şərhinin güclənməsi-bunlar Şimali Azərbaycan, xüsusilə Qarabağ xalçalarında ən xarakterik cizgilər idi.

Qarabağ xalçalarında təsvir edilən bitki elementləri öz formalarına görə iki növə bölünür:

1. Həndəsiləşdirilmiş elementlər;

2. Əyri xətli elementlər.

Həndəsiləşdirilmiş elementlər, əsasən, xalça kompozisiyasında doldurucu elementlər kimi yaxud köməkçi, bağlayıcı rolunu oynayırlar. Bu elementlər Azərbaycanın digər bölgələrinə nisbətən, Qarabağ qrupuna daxil olan xalçalarda daha çox işlədilir.

Əyrixətlilər həndəsiləşmiş bitki elementlərinə nisbətən daha da stilləşmiş formada olur. XVXVI əsrlərdə Təbriz xalça məktəbinin nümunələrində daha çox tətbiq edilən bu formalar, nəinkiQarabağ”, hətta Yaxın Şərq Kiçik Asiya xalça məktəbinə qüvvətli təsir göstərib.

Qarabağ xalçalarında müxtəlif heyvan təsvirlərinə - ev heyvanlarına, vəhşi heyvanlara, o cümlədən quş həşərat təsvirlərinə rast gəlmək olur.

Qarabağ xalçalarında tez-tez rast gəlinən maral bütün türklərin eyni rəmzi mənası olan ümumi totem idi. Türkdilli xalqların təsəvvüründə maral yüksəliş rəmzi böyük güc nişanəsi idi. Maralın dövri olaraq təzələnən ağacabənzər buynuzları cavanlaşdırma, daima təzələnmə zamanın gedişini genişləndirmə rəmzi kimi yozulur.

Azərbaycanın bir çox bölgələrində toxunan xalçalarda təsvir edilən at fiqurlarına Qarabağ bölgəsinin xalçalarında da tez-tez təsadüf edilir. At köçəri oğuz qəbilələrində əsas totemlərdən biri olunub.

Şumerlər (Altay türklərinin Mesopotamiyada məskunlaşmış nəsilləri hesab olunur) arabanı kəşf etdikdən sonra ilk dəfə olaraq ona at qoşmuşlar. At toteminə sitayiş Günəş ilə əlaqədar idi. Oğuz türklərinin məskunlaşmış olduğu yerlərdə ata böyük ehtiram olub onların ata sitayiş etməsi haqda çoxlu faktlar vardır. Altay ailəsi qəbilələrinin buğa, şir, at, pələng, qartal, əjdaha, maral, qurd kimi totemləri dini rəmzləri məlumdur.

Su mənşəli sayılan buğa (öküz) qüvvət qüdrəti təcəssüm etdirən totemdir. Buğanın qədim təsvirləri Şumerdə, Qafqaz Albaniyasında Mərkəzi Asiyada tapılıb. Ay səcdəgahı sayılan buğa (öküz) surəti XV əsr Şirvanşahlar dövlətinin gerbinin mərkəzini bəzəyir. Buğa surətinin ay mənşəli olmasına bir işarə olaraq onun buynuzları bilərəkdən aypara şəklində verilib. Qarabağ xalçalarında təsvir edilən pələng türk xalqlarının anlayışında qüvvə təcəssümü, insana xas olan bütün hisslərin daşıyıcısı idi. Qədim Azərbaycanda, Mərkəzi Asiyada, Altayda, Yeniseydə pələng qəbilələrin genealogiyasının təşəkkülündə böyük rol oynayıb əsas totemlərdən biri idi. Pələng fiquru da qədim Altay astronomik təqvimində yer alıb.

Qarabağ xalçalarında rast gəlinən qartal (tərlan) Günəş, işıq mənbəyi totemidir. Türk xalqlarının incəsənətində qartal Günəş, od, ildırım şimşək hökmdarı sayılır. Qarabağ xalçalarında tez-tez rast gəlinən əjdaha totemi Azərbaycanda, Türkmənistanda, habelə Sibir ərazilərində xalqların məişətində incəsənətində geniş yayılmış mifik heyvandır. Əjdaha totemi insanın həyatının uğurlu keçməsi üçün ona yardımçı olan heyvan ruhudur. Əjdaha güclülük, çeviklik, müdriklik, uzaqgörənlik təcəssümüdür. Şaman mərasimlərində əjdahaların həmişə irəlidə gedib yola işıq saldıqları təsəvvür edilirdi. Qədim insanlar əjdahanın mövcudluğuna inanırdılar.

Qarabağ xalçalarında şir təsvirlərinə təsadüf edilir. Şir Şərqdə ta qədimlərdən Günəş, od, aydınlıq qüdrət təcəssümü kimi qəbul olunub. Şumerlərin müharibə Allahı qanadlı şir şəklində təsvir edilirdi.

Qarabağ xalçalarında ümumi kompozisiyada əsas yer tutan ən çox gözə çarpan elementlər bütün xalça kompozisiyalarında olduğu kimi beş qrupa bölünür:

a)Butalar. Azərbaycan ornamentlərində çox geniş istifadə olunan buta Qarabağın həm xovsuz, həm xovlu xalçalarında təsvir edilir. Azərbaycanın müxtəlif bölgələrində xalça kompozisiyasında kök salmış buta Qarabağ xalçalarında da müxtəlif formalarda işlənib. QarabağınŞabalıd butaadlanan kompozisiyası öz bədii tərtibatına görə digər bölgələrinbutatəsvirli xalçalarından seçilir.

b)Kətəbələr. Xalça kompozisiyasında kətəbə doldurucu rolunu oynayır. Adətən uzunsov kətəbələrin üzərində toxucular müxtəlif yazılar, süjetli kompozisiyalar yaxud müstəqil quruluşlu ornametlər yerləşdirirlər.

c) Anagüllər. Xalça kompozisiyası üçün xarakterik olan bu elementlərin xalçaların adlarının müəyyənləşdirilməsində əsas əhəmiyyətli rolu vardır. QarabağınQocaadlı xalçasındaanagüllərçox təkrar olunur.

ç) Göl ya kiçik xonçalar. Qarabağ xalçalarında tez-tez rast gəlinəngöl”, “xonça”, “padnosistilahları medalyon mənasını daşıyır. Azərbaycanın bütün bölgələrində toxunan xalçalarda təsadüf edilən göllər öz formalarına görə müxtəlif olduğu kimi, Qarabağda toxunan xalçalarda da müxtəlif formalarda təsvir edilirlər.

d) Qubbalar. Qubbalar əsas elementlər qrupuna daxildir adətən xalça kompozisiyasında böyük göllərin başında (qurtaracağında) yerləşdirilir. Toxucular bu elementləribaşlıq yaxudheykəlbaşıadlandırırlar.

Haşiyə bəzəyinin elementləri iki növə bölünür:

1) Haşiyənin qarışlarını təşkil edən elementlər;

2) Haşiyə qurşağını təşkil edən zolaqlar.

Haşiyə qarışlarını təşkil edən elementlər haşiyələrin kompozisiyasını təşkil edir qarışları əmələ gətirir. Bu elementlər qarışyanı, bağlayıcı ya qarışortası vəzifəsini daşıyır. Haşiyə qurşağını təşkil edən elementlərəsu”lar, “siçandişilər”, “mədaxillər”, “zəncirələr”, “bala haşiyələr”, “ara haşiyələr”, “cağ”lar aiddir.

Qarabağ xalçalarının rəng palitrası çox zəngindir. Bu xalçaların rəngləri şux parlaq olur. Bu rənglər Qarabağın təbii coğrafi şəraiti, gözəl mənzərələri, bağları, meşələri yaşıl çəmənlikləri ilə əlaqədar olaraq meydana gəlmişdir. Bu bölgədə qırmızı çəhrayı rənglər boyaq (“marena”) bitkisindən qırmızı rəng bəzənqırmızadlanan qurddan, sarı sarımtıl rənglər sarıçöp, sarıgüldən, noxudu ya şəkəri rənglər soğan alma qabığından, palıd rəngi qoz qabığından, sürməyi göy rənglər təbii indiqodan alınırdı.

Qarabağda təbii rənglərin boyama qabiliyyətini artırmaq məqsədilə toxucular arasında çox tətbiq edilən zəy, duz, mal sidiyindən başqa bərkidici maddələrdən istifadə edirdilər. XIX əsrin axırlarından başlayaraq Azərbaycanın bir çox bölgələrində olduğu kimi Qarabağda, xüsusilə Şuşada bəzən saxta boya (sabit olmayan) ilə boyanan xalçalara da təsadüf edilirdi. Əlbəttə, Azərbaycan xalçalarına xas olmayan bu boyaq üsulu xalçaların bədii xüsusiyyətini azaldırdı.

Qarabağ xalça sənətinin rəng xüsusiyyətlərindən biri budur ki, xalq ustaları tonların isti-soyuqluğunu, kontrastlılığını, rəng ahəngdarlığını, qanunauyğunluğunu yaxından hiss ediblər nəticədə göz oxşayan, xoşagəlimli rəng palitrası yaradıblar.

 

Günay Qasımxanlı

Palitra.-2014.-16 oktyabr-S.13.