“Azərbaycanda da xüsusi tələbə kartlarının vaxtı çatıb”

 

Elçin Həsənzadə: “Universitetdə ixtisasım

üzrə ilk azərbaycanlı tələbə olduğum üçün müəllimlərim mənimlə

daha çox maraqlanırlar”

Azərbaycanlı gənclərin dünyanın dörd bir yanında ali təhsil üçün çalışdıqları barədə dəfələrlə məlumatlar və müsahibələr yayımlamışıq. Onlar arasında müxtəlif mədəniyyət və adətlərə məxsus ölkələrdə təhsil alan gənclər də çoxdur. Belə gənclərdən biri Baltikyanı ölkələrdən birində ali təhsilini davam etdirən Elçin Həsənzadədir. Bu savadlı və bacarıqlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.

 

-Özünüz barədə məlumat verərdiniz.

- Mən, Həsənzadə Elçin 1994-cü il sentyabrın 9-u Bakı şəhərində anadan olmuşam. 2000-ci ildə Bakının Sabunçu rayonu Z. Bəhmənov adına 68 saylı tam orta məktəbə daxil oldum və 2011-ci ildə buranı normal qiymətlərlə bitirdim. Ali təhsillə bağlı xaricdə təhsilimi davam etdirməyi seçdim. Beləcə, Litvanın Vilnüs Dövlət Universiteti, Kaunas Texnologiya UniversitetiVytautas Magnus Universitetinə qəbul olmaqla deyə bilərəm ki, ali təhsillə bağlı addımlarım uğurlu olub. İxtisasımın daha əlverişli olmasını nəzərə alaraq Vytautas Magnus Universitetini qəbul etdim.

- Yəqin əvvəldən-orta məktəbdən başqa bir ölkədə ali təhsil almağı planlaşdırırdınız.

- Düzü, məndə xaricdə təhsil almaq istəyi hələ 9-cu sinifdə oxuyarkən yaranmışdı. Allaha şükürlər olsun ki, ən böyük istəklərimdən birinə nail oldum. Bu işdə mənə ilk növbədə ailəm, Könül xanım, MuradCavid müəllim kömək oldular. Hər bir gəncə belə bir uğura nail olmağı arzu edirəm və düşünürəm ki, indi orta məktəbdə oxuyan şagirdlərimizin yarı qismi bu barədə düşünməlidir. Ali məktəbə öz ölkəmizdə qəbul olduqdan sonra başqa bir ölkəni seçmək də uğurlu addım sayıla bilər.

-Oxuduğunuz ali məktəb barədə söz açardınız. Təhsil, tədrisin səviyyəsi sizi qane edirdimi?

- Ümumiyyətlə, Litvada təhsil inkişaf edib, desəm yanılmaram. Təhsil aldığım universitetin təhsil sistemi çox gözəldir. Misal olaraq bütün ev tapşırıqlarını s. onlayn olaraq yaradılmışmoodlesistemində etmək olur. Bu həm asandır, həm tələbə vaxtını itirmir. Gələcəkdə isə Erasmus tələbə adını aldıqdan sonra İtaliya, Avstriya ya Almaniyada təhsilimi davam etdirməyi düşünürəm.

-Bir qədər yaşadığınız yerin insanları haqqında söz açardınız?

- Kaunas əhalisi sayca 250 min nəfərdir. Bura çox vaxtTələbə şəhəri”də deyirlər. Paytaxt şəhərdən sonra Kaunas, ikinci ən böyük şəhər sayılır. Buranın insanları çox sadədirlər. Qanunlarını da çox bəyənirəm bəzən bu şəhərin insanlarınaNemesdeyirlər. Adət ənənələrinə gəldikdə isə, yerli əhalinin özlərinə məxsus qeyri-adi adətləri var. İxtisasımdan əlavə Litva mədəniyyəti həyatı adlı fəndən qədimlərdən özlərinə məxsus olan adətləri öyrənirik.

-Diaspor sahəsində ictimai işlərdə necə, aktivsinizmi?

- İnşallah, bu ilin sonuna “European Youth Organization” birliyinə qatılmağı düşünürəm. Burada bir çox tədbirlərə azərbaycanlı tələbələrimizlə qatılıram. Ümumilikdə isə tam aktiv gənc sayılmıram. Amma qeyd etdiyim kimi, ictimai işlərdə aktivliyimi artırmağı düşünürəm.

-Azərbaycanlı tələbələr necə, aktivdirlərmi? Ümumiyyətlə, soydaşlarımızın oradakı fəaliyyəti barədə söz açardınız.

- Bəli. Bir çox dövlət universitet tədbirlərinə qatılırıq. Tələbələrimizin fəallığını qənaətbəxş saymaq olar. Bayramlarda, Azərbaycanla bağlı müəyyən matəm digər tədbirlərdə bir yerə toplaşırıq, təbliğatlar aparır, müzakirələr, əcnəbi gənclərlə ünsiyyətlər quraraq Vətənə xeyirli işlər görməyə çalışırıq.

- Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?

- Təəssüf hissi ilə deyə bilərəm ki, ürəkaçan deyil. Bu sözü hamıya da şamil etmirəm. Demək olmaz ki, ümumilikdə gəncliyimiz inkişaf etmir. Sadəcə, gənclərin bir qismi biz istədiyimiz istiqamətə tam yön ala bilməyib. Ümid edirəm ki, hökumətin yürütdüyü siyasət nəticəsində gəncliyimiz ən ideal səviyyəyə qalxacaq. Ümumilikdə isə öncəki illərlə müqayisədə vəziyyət yaxşıdır.

-Son illərdə ali təhsil ocaqlarında oxuyan tələbələrimizin xarici ölkələrdə təhsillərini davam etdirməsi halları çoxalıb. Bununla bağlı dövlət proqramları da həyata keçirilir. Bunu necə dəyərləndirərdiniz?

- Çox gözəl dəyərləndirirəm. Yuxarıda da qeyd etdim ki, dövlət gənclərimizlə bağlı təqdirəlayiq addımlar atır. Əslində dövlət proqramına bir neçə əlavələr də olsa, bu, tələbələr üçün çox yaxşı olar. Misal üçün, AvropadaErasmus Student Networkvar ki, 1 və ya 2 (istəyinə görə) semestr istədiyin Avropa ölkəsini seçib oxumaq hüququn var. Qəbul olduğun müddətdə hər ay təqribi 1000 avro tələbəyə pul verilir ki, bu da çox yaxşıdır. Əgər bizdə də belə tələbə mübadiləsi olsa, inanıram ki, təhsilimizin səviyyəsi daha yaxşı olar.

- Bəs, ümumilikdə ölkədə tələbələr üçün yaradılan şərait sizi qane edirmi?

- Avropada qane edir. Azərbaycana gəldikdə isə o qədər də yox. Yeni təhsil siyasəti həyata keçirilməyə başlanılıb. Ümid edirik ki, bu, özünü tələbələrlə bağlı işlərdə də göstərəcək. Tələbələr üçün müəyyən addımların atılmasını istərdim. Xüsusi tələbə kartları olması daha yaxşı olardı. Bununla da fikrini yalnız təhsilə yönəldən və maliyyə gəlirləri olmayan gənclərimiz tələbə olaraq lazım olan endirimlərdən faydalana bilərdi. Burada tələbə üçün gediş haqqı 50-80 % endirimlədir. Geyim, tədbir və s. ilə bağlı güzəştlər isə təqribi olaraq 10-40 % arası dəyişir. Bu da xaricdən gələn tələbələri daha çox qane edir. Azərbaycanda da belə addımların atılacağına ümid edirəm.

-Azərbaycanda ixtisasınız üzrə hazırkı durum sizi qane edirmi?

-İxtisasım Kompüter mühəndisliyi IT-dir (İnternet Texnologiyaları). Qane edir, amma hər şey təhsildən başlayır. Bu ixtisas üzrə yüksək təhsil olsa əla olar. Burada təhsil səviyyəsi bizim təhsildən daha üstündür, desəm yanılmaram. Misal olaraq, oxuduğum ixtisasda mən ən yeni proqramlaşdırmanı öyrənirəm. Azərbaycanda isə bir neçə il əvvəl olan proqramlaşdırmadır. Bir qədər dərinliyə getsəm, sırf ixtisasım üzrə bizdə hələ öyrəniləsi çox məqamlar var.

-Gələcək planlarınız barədə söz açardınız.

- Oxuduğum universitetdə öz ixtisasım üzrə ilk azərbaycanlı tələbə olduğum üçün müəllimlərim mənimlə daha çox maraqlanırlar. Dərslərdən əlavə onlayn kitabxanada müəllimlərimlə əlavə proqramlaşdırma öyrənirəm ki, bu da mənə çox kömək olur. Hazırda “Microsoft” “Dream Spark”da qeydiyyatdan keçmişəm dərslərimdə daha çox uğur əldə etsəm, inşallah, gələn ilMicrosoft”da müəyyən vaxtlıq təcrübə etmək imkanım olacaq. Universiteti bitirdikdən sonra Azərbaycana dönüb ixtisasıma uyğun dövlət ya özəl şirkətlərdən birində çalışmağı düşünürəm. Əgər “Microsoft” tərəfindən qəbul edilsəm, təbii ki, “Microsoft”da işləməyi düşünürəm.

 

Tural Tağıyev

Palitra.-2014.-16 oktyabr.-S.5.