Bakıda “Kəhrəbalı Litva” sərgisi keç iriləcək

Bakıda Litvada turizmin inkişafına və perspektivlərinə həsr olunmuş tədbir keçiriləcək. Litvanın Təsərrüfat Nazirliyi yanında turizm üzrə dövlət departamenti və Litvanın Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi tədbir yanvarın 14-də baş tutacaq.

Tədbirdə Litvanın Təsərrüfat Nazirliyi yanında turizm üzrə dövlət departamentinin direktoru Raymonda Balnene adamlarını və şirkət nümayəndələrini “Kəhrəbanın ümumdünya yolçuluğu” adlı unikal beynəlxalq layihə və turizm sektorunun xəbərləri ilə tanış edəcək. Qonaqlar - Litva kurortlar Assosiasiyasının direktoru Yurgita Kazlauskene və Litvada səhiyyə turizmi klasterinin nümayəndəsi Qrajvidas Morkus isə turizm sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Tədbirdə giriş sözü ilə Litvanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Şarune Kubilüte çıxış edəcək. Tədbirdə həmçinin kəhraba məhsullarından ibarət “Kərhəbalı Litva: özünüz üçün harmoniya açın” adlı sərgi keçiriləcək. Litvanın Azərbaycandakı səfirliyinin məlumatına görə, hər il Azərbaycandan Litvaya səfər edənlərin artır. Statistikaya əsasən 2011-ci il ilə müqayisədə 2012-ci ildə Litvaya səfər edən turistlərin sayında 76% artım qeydə alınıb. 2013-cü ildə isə müvafiq göstərici 55% artıb.

Palitra.-2014.-14 yanvar.-S.15.