əllif hüquqlarının qorunması sahəsində xüsusi sistem yaradılıb

əllif Hüquqları Agentliyinin 2013-cü ilin yekunlarına dair açıqladığı hesabatda bildirilir ki, yaxın zamanlarda Müəllif Hüquqları Agentliyində muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub saxlanılan mədəni irs və digər əqli mülkiyyət nümunələri haqqında məlumatların mərkəzləşdirilmiş qaydada rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi qorunması və beynəlxalq mübadiləsinin təşkili məqsədilə xüsusi sistem işə başlayacaq.

Hesabatda bildirilir ki, agentlik 2009-cu ildən başlayaraq ardıcıl və sistemli şəkildə erməni plagiatının ifşasına həsr olunan beynəlxalq və milli seminarlar, simpoziumlar, elmi-praktik konfranslar keçirir. 2013-cü ildə Azərbaycan folklor nümunələri vəəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması faktları barədə beynəlxalq təşkilatlara məlumatlar və etiraz məktubları göndərilib. Müxtəlif KİV-lər vasitəsilə ermənilər tərəfindən zaman-zaman erməni nümunələri kimi qələmə verilən Azərbaycan xalq mahnıları, xalq rəqsləri, dastanlar, o cümlədən “Dədə Qorqud” qəhrəmanlıq dastanı, milli musiqi alətləri və milli mətbəx nümunələrinin etimologiyası, yaranma tarixi, milli xüsusiyyətləri barədə şərhlər, bəyanatlar və etirazlar bildirilib.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraqQeyri-maddi mədəni irsin tərkib hissələrinin qorunub saxlanılması, bu sahədə qanunsuz mənimsənilmələrin və əsassız itkilərin qarşısının alınması, folklor nümunələrinin və ənənəvi biliklərin UNESCO-nun xüsusi qorunma siyahısına daxil edilməsi üçün əlavə tədbirlər həyata keçiriləcək, milli qanunvericiliyin kompleks şəkildə təkmilləşdirilməsi, müəlliflik hüququnun və əlaqəli hüquqların qorunması, beynəlxalq normativ hüquqi bazanın tətbiqi və inkişafında iştirak təmin ediləcək. Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi qorunması və beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsi təmin olunacaq.

Erməni piratçılığına qarşı tədbirlər

Xalqımızın ənənəvi mədəni nümunələrinin (folklor nümunələrinin) və ənənəvi biliklərinin sistemli şəkildə öyrənilərək hüquqi qorunması, erməni plagiatçılığının ifşa edilməsi istiqamətlərindəəllif Hüquqları Agentliyi tərəfindən 2013-cü ildə "Erməniəlliflərinin kitablarındakı uydurmalara "müəlliflik hüququ" mövzusunda konfrans Azərbaycan, ingilis və rus dillərində 43 sayt vasitəsilə on-line rejimdə birbaşa internetdə yayımlanıb. Həmçinin folklor nümunələrimizin vəəllif əsərlərimizin ermənilər tərəfindən oğurlanması faktları barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), YUNESKO və digər beynəlxalq təşkilatlara məlumatlar və etiraz məktubları göndərilib. Erməni saxtakarlıqlarını ifşa edən "Erməni yadelli nağılları" (müəllif Kamran İmanov) kitabı 2013-cü ildə Azərbaycan dilində nəşr edilib, rus və ingilis dillərində yenidən nəşr edilib və Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə yayılıb, elektron versiyası müxtəlif informasiya agentliklərinin saytlarında yerləşdirilib.

İnformasiya agentlikləri, yayım kanalları və digər KİV-lər vasitəsi ilə çoxsaylı materiallar yayılıb, erməni uydurmalarının ifşasına həsr edilmiş "Erməni tarixi uydurmalarının tarixinə giriş" adlı daha bir kitab (müəllif Kamran İmanov) çapa hazırlanıb.

1996-2013-cü illərdə

9133 əsər qeydiyyatdan keçib

1996-cı ildən indiyədək Azərbaycan Müəllif Hüquqları Agentliyində 9 mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib. Agentliyin məlumatına görə, 2013-cü ildə 195 müəllifin 578 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 365 şəhadətnamə verilib. 13 müəllifin 21 əsəri elektron qaydada qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 21 şəhadətnamə verilib. Beləliklə, 1996-2013-cü illərdə qeydiyyatdan keçirilmiş əsərlərin ümumi sayı 9133 olub. Bundan əlavə, 2013-cü ildə istifadəçi təşkilatlar tərəfindən 92 min manatdan artıq müəllif qonorarı hesablanıb, 303 nəfər müəllifə köçürmə yolu ilə 50279 manat qonorar ödənilib. Qeyd edək ki, əsərlərin könüllü qeydiyyat sistemi Azərbaycanda 1996-cı ildən tətbiq olunmağa başlayıb.

Kitab nəşri sahəsindəki piratçılıq 2 dəfəyədək aşağı düşüb

Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. Müəllif Hüquqları Agentliyinin məlumatına görə, ölkədə piratçılığın səviyyəsinin azaldılması istiqamətində görülən tədbirlər müsbət nəticələr verir. Kitab nəşri sahəsində piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 2013-cü ildə 61%-dən 30%-ə, audio-video məhsul bazarında 90%-dən 67%-ə, proqram təminatında 96%-dən 87%-ə düşüb. Agentlikdəəlliflərin, digər hüquq sahiblərinin, ictimai birliklərin vəəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin sorğularını operativ şəkildə cavablandırmaq və agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməkliyin göstərilməsi məqsədilə 960 nömrəli “Qaynar xətt” fəaliyyət göstərir. 2013-cü il ərzində hesabat dövründəQaynar xətt”ə 700-ə yaxın müraciət daxil olub. Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”na isə 2013-cü ildə 500-dən çox vətəndaş müraciət edib.

2013-cü ildəəlliflər və hüquq sahiblərinin müraciətləri üzrə bir iddia ərizəsi tərtib edilib, dövlət və məhkəmə orqanlarının sorğuları əsasında 9 ekspert rəyi hazırlanıb. Əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasının vacibliyini nəzərə alaraq, 10 konfrans, seminar və dəyirmi masa keçirilmiş, kütləvi informasiya vasitələrində 80-dən çox məqalə və müsahibə dərc olunub, TV və radio kanallarında çoxsaylı verilişlər hazırlanıb və süjetlər göstərilib, 10-dan çox prezentasiya keçirilib.

Nigar Abdullayeva

Palitra.-2014.-17 yanvarş-S.5.