Beynəlxalq layihə əsasında yeni səhnə əsəri hazırlanır

Layihədə britaniyalı teatr mütəxəssisləri ilə bərabər Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, gənc rejissor və işıq dizaynerləri də iştirak edirlər

Azərbaycan teatr sənətinin qədim və zəngin bir tarixi var. İnsanların əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, dini ayinlərlə əlaqədar meydan mərasimləri, “Qaravəllitipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını əyyən edib, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Ölkədə teatrın inkişafına dövlət səviyyəsində hər zaman diqqət və qayğı göstərilir ki, 2009-cu ildə dövlət başçısı tərəfindən təsdiq edilənAzərbaycan teatrı 2009-2019-cu illərdəDövlət Proqramı da bunun bariz nümunəsidir.

Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini əyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət edir. Bu gün teatrlarımızın bir çoxu standartlara uyğun yenidən təmir olunaraq tamaşaçıların ixtiyarına verilib. Yeni-yeni repertuarlarla tamaşaçıların görüşünə gələn teatrlarımız yalnız ölkəmizdə deyil, xarici ölkələrə qastrol səfərləri ilə mədəniyyətimizin təbliğində mühüm rol oynayır. 2014-cü ildə də teatrlarımız yeni tamaşalarla teatrsevərlərin görüşünə gələcək.

Milli Dram Teatrının rəhbərliyi İrana səfər edəcək

Hər zaman yeni tamaşalarla teatrsevərlərin görüşünə gələn Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 23 yanvarda Fridrix Dürrenmattın "Yaşlı xanımın gəlişi" əsərinin tamaşasını təqdim edəcək. Quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu rəssamı Zöhrab Bəykişiyev olan tamaşanın bəstəkarı Sərdar Fərəcovdur. Teatrın mətbuat xidmətinin məlumatına görə, rollarda Sənubər İsgəndərli, Ramiz Novruz, Nurəddin Mehdixanlı, Ramiz Məlik, Hacı İsmayılov, Rafiq Əzimov, Firuz Xudaverdiyev və digər aktyorlar çıxış edəcəklər. Bundan bir gün sonra yəni, yanvarın 24-də Milli Dram Teatrında Elçinin "Teleskop" əsərinin tamaşası olacaq.

Bu tamaşanın isə quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Eduard Koçergin, geyim rəssamı Anna Koçergina, musiqi tərtibatı isə Həmid Kazımzadədir. Rollarda Füzuli Hüseynov, İlahə Həsənova, Elxan Quliyev, Ramiz Novruz, Sabir Məmmədov, Əli Nur, Əjdər Həmidov, Sevinc Əliyeva, Elşən Cəbrayılov, Məsmə Aslanqızı yer alıb.

Milli Dram Teatrında digər bir hadisə isə teatrın rəhbəri İsrafil İsrafilovun 24-26 yanvar tarixlərində İrana işgüzar səfəri ilə bağlıdır. Direktor Tehranda keçiriləcək 32-ci “FəcrBeynəlxalq Teatr Festivalına fəxri qonaq kimi dəvət olunub. İ.İsrafilovun festivalda iştirakla yanaşı, İranın teatr xadimləri ilə görüşəcək, qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri haqqında müzakirələr aparacaq.

Xatırladaq ki, İranın mədəni həyatında böyük əhəmiyyət kəsb edənFəcrfestivalı hər il Tehranda və ölkənin digər şəhərlərində keçirilir. Bu il festival 16 yanvar-1 fevral tarixlərində gerçəkləşəcək. Tədbirin proqramına İranın və xarici ölkə teatrlarının ən uğurlu tamaşaları daxil edilir. 2013-cü ildə Akademik Milli Dram Teatrı festivalda Afaq Məsudun pyesi əsasında Mehriban Ələkbərzadənin quruluş verdiyiQatarın altına atılan qadıntamaşası ilə ölkəmizi təmsil etmişdi.

Gənc Tamaşaçılar Teatrı Milli Teatr Gününə yeni əsərlərlə gəlir

Yanvarın ilk günlərində dramaturq və aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmışBir səbət tənhalıqtamaşasının premyerası ilə tamaşaçıların görüşünə gələn Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səhnə əsərində çox aktual məsələyə toxunulub ki, burada fiziki qüsurlu insanların cəmiyyətə adaptasiya olunması ilə yanaşı, mənəvi tənhalıq öz əksini tapıb. İki nəfər üçün oyun kimi hazırlanan tamaşanın səhnə tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı isə İradə Muradovadır.

Onu da qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yanvarın ilk günlərindən beynəlxalq layihə əsasında yeni səhnə əsərinin məşqləri başlanıb. İngilis dramaturqu, ssenaristi və kinorejissoru, “Oskar” mükafatçısı Martin Mak DonaxınLinenin trilogiyasıəsəri əsasındaKonnemarada bir kəllə”, “Gözəllik ilahəsi”, “Yalqız Qərbtamaşalarının hazırlanmasına start verilib. Britaniyalı quruluşçu rejissor (Yan Vilyem Van Den Boh), tərtibatçı rəssam (Liza Kuk) və işıq üzrə rəssamın (Maykl Manyon) hazırladığı tamaşalar teatrsevərlərə yeni hədiyyə olacaq. Mədəniyyət və Turizm Nazirliyi, “British Council” və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsiTeatr əməkdaşlığı”na dair müqavilə əsasında reallaşır. Layihədə britaniyalı teatr mütəxəssisləri ilə bərabər Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, gənc rejissor və işıq dizaynerləri də iştirak edirlər. Tamaşaların martın əvvəlində - Milli Teatr Günü ərəfəsində nümayiş etdirilməsi nəzərdə tutulur. Teatrın mətbuat xidmətindən verilən digər məlumata görə, bu il sənət ocağının repertuar planına uşaqlar üçünQırmızıpapaq” (Yevgeni Şvarts), “Qoğalın nağılı”, digər yaş kateqoriyasından olan tamaşaçılar üçünLinenin trilogiyasıilə yanaşı, Uilyam Şekspirin “III Riçard”, Jorj FeydonunQadın dərzisitamaşaları daxil edilib. Bundan əlavə, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi ilə əlaqədar teatrda əllifinSarıköynəklə Valehin nağılıəsəri əsasında yeni tamaşa hazırlanacaq.

Opera və Balet teatrının səhnəsində ilk dəfəİl Tabarro

Hər zaman olduğu kimi tamaşaçılarına gözəl səhnə əsərləri təqdim edən Opera və Balet Teatrı 2014-cü ildə də tamaşaçılarını yeni əsərlərlə sevindirəcək. Belə ki, Teatrda premyera gözlənilir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cakomo Puççininin ən maraqlı əsərlərindən olanİl Tabarro” (“Plaş”) operasının premyerası olacaq. Bu əsərin ilk tamaşası 1918-ci ildə Nyu-Yorkda Metropoliten-Operanın səhnəsində baş tutub və böyük uğur qazanıb. Həmin vaxtdanİl Tabarrodünyanın qabaqcıl opera teatrlarının repertuarında yer tutur. Əsər gözəl musiqisi və kəskin dramatik süjet xətti ilə seçilir. Puççininin bu operası Azərbaycanda ilk dəfə tamaşaya qoyulur. Opera və Balet Teatrının rəhbərliyi əsəri səhnələşdirmək üçün Almaniyanın tanınmış opera sənəti ustalarını - quruluşçu rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrofku dəvət edib. L.Bauman uzun illər Münhen Opera və Balet Teatrında aparıcı solist, sonra quruluşçu rejissor kimi çalışıb. Hazırda o, Bavariya opera sənəti festivalının baş direktoru, xanım Korneliya fon Kerssenbrofk isə festivalın musiqi rəhbəri və dirijorudur. K.Kerssenbrofk bir neçə ildir ki, Azərbaycan Opera və Balet Teatrı ilə fəal əməkdaşlıq edir.İl Tabarrooperasında teatrın aparıcı solistlərindən əməkdar artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova, gənc vokalçılar Afaq Abbasova, Fərid Əliyev, Anton Ferştandt, Əliəhməd İbrahimov, Tural Ağasıyev və Tələt Hüseynov çıxış edəcəklər. Tamaşanın konsertmeysteri Vəfa Əzizovadır.

Yanvarın 29-da isə Opera və Balet Teatrının səhnəsində Xalq artisti Şəfiqə AxundovanınGəlin qayasıoperası nümayiş etdiriləcək. Operanın təqdimatı əllifin 90 illiyinə həsr ediləcək. Şərqin qadın bəstəkarları arasında ilk dəfə olaraq məhz Şəfiqə Axundova opera janrına müraciət edib və 1972-ci ildə Xalq yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında bəstələdiyiGəlin qayasıoperası ilə yaradıcılığında ən yüksək zirvəyə qalxıb. əllif bu opera ilə dahi bəstəkar Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olduğunu, onun ideyalarına, tövsiyələrinə sadiq qaldığını bir daha təsdiq edib. Gəlin qayasıoperasında qəhrəmanların ariyalarla yanaşı, muğam parçaları ifa etməsi bəstəkarın xalq musiqisini çox mükəmməl bilməsindən və ondan düzgün istifadə etməsindən irəli gəlir.

Nigar Abdullayeva

Palitra.-2014.-23 yanvar.-S.13.