Azərbaycan əlifbası Azərbaycan dili günü münasibətilə sərgi açılıb

 

İyulun 31-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında1 avqust - Azərbaycan əlifbası Azərbaycan dili günüdürmövzusunda geniş kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə Milli Kitabxana direktorunun müavini Gülbəniz Səfərəliyeva Azərbaycan əlifbasının Azərbaycan dilinin tarixindən, bu günədək keçdiyi şərəfli inkişaf yolundan, əldə olunmuş nailiyyətlərdən bəhs edib, dilimizin zənginliyindən söhbət açıb.

Tədbirdə şairlər Fəridə Hacıyeva, Səyyarə Məmmədli başqaları Azərbaycan dilinə həsr etdikləri şeirlərini oxuyublar.

İki yüzədək ədəbiyyatı özündə əks etdirən “1 avqust - Azərbaycan əlifbası Azərbaycan dili günüdürmövzusunda sərgi iştirakçıların böyük marağına səbəb olub.

 

Fuad

 

Palitra.- 2015.- 1 avqust.- S. 10.