Həm jurnalistika, həm də elm sahəsində ön sırada dayanan Tofiq müəllim

 

Əgər tarixin müəyyən dövrlərinə varsaq, bütün elm adamlarının buya digər dərəcədə jurnalistika ilə əlaqəli olduğunu müşahidə edərik. Lakin bu da etiraf edilməlidir ki, jurnalistikadan elm sahəsinə adlayanların sayı Azərbaycanda o qədər də çox deyil. Haqqında danışmaq istədiyimiz belə şəxslərdən olan Tofiq Əbdülhəsənli ixtisasca filoloqdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirdikdən sonra taleyini jurnalistika sahəsinə bağlayıb.

Daha çox iqtisadi mövzularda məqalələr yazan gənc Tofiqin bu sahəyə olan həvəsi bir müddət sonra onu Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə gətirib. Burada təhsilini başa vurduqdan sonra Moskva Ali Mətbuat İnstitutunun İxtisasartırma kurslarında təhsil alıb. Tofiq Əbdülhəsənli təhsil aldığı 1980-cı illərin əvvəlindən mətbuat sahəsində çalışıb. İlk əmək fəaliyyətinə Azərbaycan Respublikasının TeleviziyaRadio Verilişləri Komitəsində başlayaraq iqtisadiekoloji mövzularda verilişlər hazırlayan gənc jurnalist daha sonra yaradıcılığında tələbə həyatına dair silsilə reportajlara böyük yer verib. 1985-1990-cı illərdə “Gənclik” nəşriyyatında redaktor kimi fəaliyyətini davam etdirən gənc Tofiq bir müddət sonra Azərbaycan Ali Sovetinin orqanı olan “Həyat” qəzetinə şöbə müdiri kimi işə dəvət edilib. Onun sonrakı jurnalist fəaliyyəti də rəsmi dövlət qəzetləri ilə bağlıdır. Belə ki, bir müddət Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində çalışan Tofiq Əbdülhəsənli 2003-cü ildən fəaliyyətini “Respublika” qəzetində şöbə müdiri kimi davam etdirir.

Tofiq müəllimin qəzetdəki yaradıcılıq sferası çoxşaxəlidir. O, ölkə iqtisadiyyatının bütün sahələri üzrə, əsasən yeni neft strategiyası, iqtisadi islahatlar mövzusunda analitik məqalələr müəllifidir. Qeyd edək ki, Tofiq müəllim jurnalistika fəaliyyəti ilə yanaşı, həm də elm sahəsində çalışır. O, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiridir. Filologiya elmlər doktoru olan Tofiq Əbdülhəsənli universitet tələbələrinə yazı mədəniyyətini, dilimizin incəliklərini öyrədir. Tofiq müəllimin yerlixarici nüfuzlu mətbu orqanlarında elmi məqalələri dərc edilib. 7 beynəlxalq elmi konfransda Azərbaycanı təmsil edən Tofiq müəllimi 3 publisistik məqalələr toplusunun, 5 dərsliyin, 4 dərs vəsaitinin, 4 monoqrafiyanın, 5 tədris proqramının müəllifidir. Tofiq Əbdülhəsənli təvazökar ziyalılardandır. 30 illik pedaqojı staja malik olan filologiya elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Respublika İqtisadçılar İttifaqının üzvü Tofiq müəllim Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına, “Həsən bəy Zərdabi” mükafatına da layiq görüləndə bu təvazökarlığı qoruyub saxlayıb. Tofiq müəllim bu gün də həm jurnalistika, həm də elm sahəsində ön sıradadır. O, ulu öndərin müəyyənləşdirdiyi və bu gün də dövlət başçısı tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf siyasətinə öz qələmi və elmi-pedaqoji fəaliyyəti ilə dəstək verir. Tofiq müəllim, illər necə də tez gəlib keçir. Mərhum şairimiz Əliağa Kürçaylının sözləri ilə desək, elə bil dünən idi “birgə yorurduq kənd yolarını”. Amma təəssüflənməyə dəyməz. Bu gün sizin 60 yaşınız tamam olur. Həyatın belə tez keçməsinə o qədər də üzülməyin. Belə deyirlər ki, ən gözəl illər həyatın tez keçən illəridir. Gələcəkdə hər yeni günün əvvəlki günündən daha xoş, istəklərinə uyğunsizi xoşbəxt edəcək şəkildə olması diləyi ilə…

 

Ağasəf Babayev

Palitra.-2015.-29 dekabr.-S.11.