“Newtimes.az” analitik informasiya portalının yeni kitabları çapdan çıxıb

 

“Newtimes.az” analitik informasiya portalı özünün növbəti kitablarını nəşr etdirib. Rusdilli türkdilli oxucular üçün nəzərdə tutulmuşÑîâðåìåííàÿ Ñèñòåìà Ìåæäóíàðîäíûõ Îòíîøåíèé: Ñêâîçü Ïðèçìó Newtimes.az” Günümüzün Jeosiyasi Süreçlerinin Perde Arkasıkitabları portalın məqalələri əsasında tərtib olunub. Qeyd edək ki, portalın daha əvvəl nəşr etdirdiyi biri rus dilində olmaqla, üç kitabı cəmiyyətdə kifayət qədər müsbət rəy doğurub.

Nəşrlərin layihə rəhbəri baş redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüş zamanı bir sıra olduqca mühüm məsələlərə toxunub. Birinci Avropa Oyunları ərəfəsində gedişində Azərbaycana qarşı Qərb mətbuatında aparılmış qarayaxma kampaniyası fonunda erməni lobbisinə qarşı mübarizənin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı Azərbaycan mətbuatının xarici media məkanındakı fəaliyyətinin iki əsas istiqamətini müəyyən edib: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırırlması. Bu məqsədlə xarici dillərdə elektron kütləvi informasiya vasitələrinin sayının artırılmasının fəaliyyətinin genişləndirilməsinin zərurəti Azərbaycan Prezidenti tərəfindən xüsusilə vurğulanıb.

Bu baxımdan hesab etmək olar ki, üç ildən artıqdır fəaliyyət göstərən beynəlxalq aləmdə aktual olan geosiyasi, siyasi geoiqtisadi proseslərin hadisələrin təhlili üzrə ixtisaslaşan “Newtimes.az” analitik informasiya portalı Azərbaycanın milli dövlətçilik maraqları ilə bağlı məsələləri özündə kifayət qədər dolğun şəkildə əks etdirir. Azərbaycan, rus, ingilis türk dillərində internet səhifəsi olan portalın əsas məqsədi öz əhatə dairəsini genişləndirməklə Dağlıq Qarabağ münaqişəsi Azərbaycan haqda həqiqətləri daha geniş oxucu kütləsinə çatdırmağa nail olmaqdır.

Hazırda “Newtimes.az” Türkiyə, Rusiya, ABŞ, Ukrayna, Litva, Qazaxıstan, Braziliya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri kimi 15-dən artıq ölkədə 60-dan çoxbeyin mərkəzi”, analitik-informasiya qurumu, KİV-lər ilə əməkdaşlıq edir. Portalın tərəfdaşları arasında Türkiyənin Beynəlxalq Siyasət Akademiyası (UPA), Avrasiya Araşdırmalar Mərkəzi (AVİM), ABŞ-ınİrsCeymstaunfondları, Strateji Düşüncə İnstitutu, Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəzi, Rusiyanın Strateji Qiymətləndirmə Proqnozlar Mərkəzi, Beynəlxalq Tədqiqatlar İnstitutu Hərbi-Siyasi Araşdırmalar Mərkəzi, Xəzər Əməkdaşlığı İnstitutu, Ukraynanın Qlobal Transformasiyalar İnstitutu, Litvanın Geosiyasi Tədqiqatlar Mərkəzi, Birləşmiş Ərəb Əmirliklərinin Orta Şərq Körfəz Hərbi Təhlil İnstitutu kimi araşdırma mərkəzlərini, “Foreign Policy Magazine”, “Central Asia and the Caucasus”, “Uluslararası Hukuk ve Politika”, “Akademik Perspektif”, “Forbes”, “Newsweek”, “Ìåæäóíàðîäíûå ïðîöåññûjurnallarını, İnosmi.ru, Russia.Post.su, Politobzor.net, Oilru.com, Centrasia.ru, Respublika-kz.info, Fergananews.com kimi internet saytlarını digərlərini göstərmək olar. Portalın xarici dillərə tərcümə edilmiş məqalələri həmin mərkəzlərin internet saytlarında mütəmadi qaydada yerləşdirilir. Bu məqalələrin sayı 1100-dən artıqdır. Eyni zamanda, 50 ölkədən 60 mindən artıq istifadəçi portalın sosial şəbəkələrdəki səhifəsinə üzvdür. Bütün bunlarNewtimes.az”ın gördüyü işlərin miqyasının əyani sübutudur.

Əminliklə demək olar ki, “Newtimes.az” analitik informasiya portalı Azərbaycanın milli strateji maraqlarının müdafiəsində dayanan, Azərbaycan dövlətini beynəlxalq media məkanında təbliğ edən, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət kursunun mahiyyətini izah edən media resursuna çevrilib.

Rus türk dillərində nəşr olunmuş növbəti məqalə topluları da məhz bu tendensiyanın təzahürüdür. Portalla əməkdaşlıq edən azərbaycanlı xarici mütəxəssislərin məqalələrindən ibarət toplularda Azərbaycanın milli maraqları baxımından əhəmiyyət kəsb edən qlobal regional geosiyasi proseslərə, müasir beynəlxalq münasibətlər sistemi üçün aktual olan tendensiyalara xüsusi diqqət yetirilir.

Cənubi Qafqaz regionunda mövcud olan vəziyyət hər iki kitabda ayrıca fəsildə təqdim olunur. Burada Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ətrafında mövcud olan vəziyyət təhlil edilir, münaqişəyə münasibətdə tətbiq edilən ikili standartlar faktlarla göstərilir. Ermənistanın işğalçılıq siyasətinin mahiyyəti göstərilməklə yanaşı, Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq modelləri nəzərdən keçirilir.

Beynəlxalq münasibətlərdə ədalət prinsipinin pozulması ikili standartlar “Newtimes.az” portalında yayılan məqalələrdə ən çox vurğulanan məqamlardan biridir. Bu ideya artıq daha geniş çərçivədə müzakirə olunmaqda tərəfdar qazanmaqdadır. Rusdilli türkdilli oxucuların mühakiməsinə təqdim edilən hazırkı kitablarda da beynəlxalq aləmdə mövcud olan problemlərin əsas səbəbi kimi bu amillər önə sürülür. Soyuq müharibənin başa çatmasından sonra yeganə qütb kimi qalmış Qərbin geosiyasi maraqlarını təmin etmək cəhdi onun ayrı-ayrı regionlarda həyata keçirdiyi siyasətdə, digər böyük dövlətlərlə rəqabətində özünü açıq şəkildə büruzə verir. Sivilizasiyalar arasında mövcud olan gərginliklərin, multikulturalizm ideyalarının iflasının, iqtisadi problemlərin, Qərbin öz daxilində üzləşdiyi çətinliklərin əsasında bu amillər dayanır. Toplulardakı məqalələrdə qeyd olunan aspektlər obyektiv şəkildə təhlil olunur.

Bir məsələni xüsusilə qeyd etmək lazımdır. Ədalət prinsipinin pozulmasının ikili standartların təsirini ən çox hiss edən ölkələrdən biri Azərbaycandır. Ölkə daxilində müəyyən dövr ərzində bir çoxlarının heç bir əsası olmadan Qərb strukturlarına inteqrasiya, üzvlük, qeyri-mütənasib güzəştlər kimi məsələlərdən məsuliyyətsiz şəkildə danışdığı zaman “Newtimes.az” Azərbaycanın milli maraqlarını önə sürərək qəti şəkildə bunun əksini sübut etməyə çalışırdı. Şübhəsiz ki, yarandığı gündən indiyədək portal Azərbaycanın Qərblə əməkdaşlığının mahiyyətini, mövcud problemləri, müəyyən dairələrin məkrli siyasətini ilk qabardan göstərən kütləvi informasiya vasitələrindən biri olub. Bu baxımdan, “Newtimes.az”ın əksər proqnozlarının özünü doğrultduğunu demək mümkündür.

Son dövrlərdə beynəlxalq aləmdə, xüsusilə Yaxın Şərq regionunda böyük narahatlıq doğuran özünüİraq Şam İslam Dövlətiadlandıran terrorçu qruplaşmanın fəaliyyəti, onun mahiyyəti, ərəb inqilabları onlardan sonra yaranmış vəziyyətin görünməyən tərəfləri toplularda ətraflı şəkildə araşdırılır.

Qeyd etmək lazımdır ki, “Ñîâðåìåííàÿ Ñèñòåìà Ìåæäóíàðîäíûõ Îòíîøåíèé: Ñêâîçü Ïðèçìó Newtimes.az” Günümüzün Jeosiyasi Süreçlerinin Perde Arkasıməqalə topluları “Elm təhsilnəşriyyatı tərəfindən nəfis poliqrafik tərtibatla çap edilib.

Tural

 

Palitra.- 2015.- 28 iyul.- S. 6.