УSarvanУ Türkiyədə rəqs festivalında iştirak edib

 

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sarvan" folklor ansambılı Türkiyənin Dənizli şəhərində keçirilən rəqs festivallarına qatılaraq Gürcüstanı təmsil edib. Mərkəzin Mətbuat xidmətinin rəhbəri Nərgiz Əliyeva bildirib ki, ansambıl festivallarda gürcü Azərbaycan xalq rəqsləri mədəniyyət nümunələri nümayiş etdirib. Denizli şəhər Bələdiyyəsi tərəfindən təşkil olunan festivala 11 ölkədən 380-ə yaxın iştirakçı qatılıb. Onlardan Bosniya Hersogovina, Moldova, Makedoniya, Gürcüstan, Kosta-Rika, Kosova digərləri təmsil olunub. Ansambılın çıxışları böyük izdihamla qarşılanaraq izləyiciləri heyrətə gətiribdir. Ansambılın bədii rəhbəri Cəmilə Məmmədovanın sözlərinə görə gürcü Azərbaycan xalq rəqsləri, aşıq mahnıları yerli əhali xarici təmsilçilər tərəfindən müsbət qarşılanaraq böyük maraq yaradıbdır. 7 gün davam edən festivalın qala gecəsində Gürcüstanı təmsil edən "Sarvan" folklor ansambılına mükafatlar təqdim olunubdur. Festivalın sonunda təşkilat komitəsi ən yaxşı iştirakçıları seçərək ənənəvi Zeybək rəqsini ifa etmək üçün səhnəyə dəvət etdi, iştirakçıların içində Gürcüstan təmsilçiləri yer aldı. Qeyd edək ki, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sarvan" folklor ansambılı 9 ilə yaxındır ki, dəstək almadan fəaliyyət göstərir, qrupun nəzdində aşıqlar qrupu, gürcü Azərbaycan rəqslərindən ibarət gənclər yeniyətmələrdən ibarət qrup, mahnı musiqi bölümü fəaliyyət göstərir. Ansambıl bir çox beynəlxalq ölkədaxili müsabiqələrə festivallara qatılaraq nailiyyətlər əldə edib.

 

Fuad

Palita.-2015.-18 iyun.-S.16.