Gənc sosioloqların stimullaşdırılmasına ehtiyac var

 

Layihə çərçivəsində sosiologiya sahəsində mövcud olan vəziyyət, empirik sosial tədqiqatların aparılmasının səviyyəsi və bu sahədə kadr potensialının formalaşması problemlərinə toxunduq. İnsan kapitalının formalaşması baxımından sözügedən sahədə biliklərinin zəngin olması lazımdır ki, ictimai şüur səviyyəsi də yüksək olsun.

Bu baxımdan insanlarımız sosioloji məsələlər, sorğular, digər empirik sosioloji tədqiqatlar barədə lazım olan səviyyədə bilgilərə malik olmalıdırlar. Bu, ümumi ictimai inkişaf səviyyəsinin artmasına xidmət etməlidir. Bunun üçün isə birinci növbədə həmin sahədə ciddi, bacarıqlı və hazırlıqlı kadrların yetişdirilməsinə ciddi ehtiyac var.

Bu sahə üzrə akademiyada doktorantura təhsili ilə tanış olduğumuzdan qeyd edə blərik ki, bu sahə ilə bağlı birinci növbədə empirik sosial tədqiqatların keçirilməsində ciddi nöqsanlar özünü büruzə verir. Hazırda Azərbaycanda yerlixarici təşkilatların dəstəyi ilə müxtəlif mövzularda sosioloji sorğular, həmçinin digər empirik tədqiqatlar keçirilir. Vaxtaşırı həmin tədqiqatların nəticələri mediada da işıqlandırılır. Hətta buna istinad edərək bəzi media orqanlarında tok-şoular da təşkil olunur və həmin tədqiqatın nəticələri ictimai rəy kimi təqdim olunur. İctimaiyyət isə empirik sosial tədqiqatlar barədə kifayət qədər və təfərrüatı ilə informasiyaya malik olmadığı üçünictimai rəy” kimi təqdim edilən nəsnələrlə təhlil aparmadan razılaşmalı olur, yaxud da belə “sorğu nəticələri” ilə barışmalı olur.

Azərbaycan müstəqillik qazanandan sonra aparıldığı bu cür tədqiqatlar bir çox hallarda mahiyyətcə səthi və formal xarakter daşıyıb və sosial reallığı əks etdirməyib, nəticədə media da empirik sosial tədqiqatlar və onların nəticələrini təhrif olunmuş formada cəmiyyətə təqdim edib. Əhalinin bu cür tədqiqatlara cəlb edilməsi də arzuedilən səviyyədə deyil. Çünki insanlar əksər hallarda belə tədqiqatlarda, o cümlədən sosioloji sorğularda iştirak etməkdən ehtiyatlanırlar. Bu isə birinci növbədə onların bu sahədə məlumatsızlığından irəli gəlir.

Onu da qeyd etmək lazımdır ki, sosial institutların formalaşması və inkişafı baxımından cəmiyyətin qeyd edilən məsələlərlə bağlı ətraflı məlumatlanması və maariflənməsi olduqca aktualdır. Problemi aktuallaşdıran məsələlərdən biri isə odur ki, sosial-siyasi sferada indiyə qədər fundamental, empirik tədqiqatlar bir çox hallarda demək olar ki, lazımi səviyyədə aparılmayıb. Sözügedən sahədə problem təkcə bununla bitmir. Empirik sosial tədqiqat aparan yerli QHT-lər də bu sahədə təcrübəsizlik nümayiş etdirirlər. Eyni zamanda onlar metodoloji qeyri-dəqiqliklərə, yanlışlıqlara yol verirlər. Məsələn, siyasiqrup maraqlarının təsiri sosioloji sorğuların nəticələrinə, şübhəsiz ki, təsir edir. Bütün bunların nəticəsində, əksər sorğuların etibarlılıq dərəcəsi aşağı düşür.

Xüsusilə bildirmək yerinə düşər ki, belə məsələlərdə metodoloji problemlər qabarıq formada özünü büruzə verir. Belə ki, empirik sosioloji tədqiqat hesab olunan sosioloji sorğunun sosial faktların və informasiyanın sadə toplanması prosesi olmadığı əksər hallarda nəzərdən qaçırılır. Bu, özündə informasiya toplanması üçün xüsusi elmi prosedura malik, xüsusi sosioloji texnologiyaların istifadə olunduğu bir tədqiqat növüdür. Beləliklə, xüsusi sosioloji təhsili olmayanyaxud ən azı sosioloji təfəkkürə malik olmayan, eyni zamanda sosioloji sorğuların hazırlanması və tətbiqi sahəsində xüsusi elmi hazırlığı, təcrübəsi olmayan şəxslər və təşkilatlar tərəfindən aparılan sorğuların nəticələri qeyri-elmi prinsiplərə söykəndiyi üçün etibarlılıq dərəcəsi aşağı olur. Eyni zamanda əldə olunan statistik nəticələrin düzgün təhlili də informasiyanın toplanması qədər əhəmiyyətlidir. Burada artıq konkret olaraq sosioloji bilik və təfəkkür tələb olunur. Bu keyfiyyətlərə sahib olmayanlar, sosioloji sorğu bütün tələb olunan şərtlərə əməl olunaraq keçirilmiş olsa belə, sorğunun nəticələrini düzgün qiymətləndirə bilməməkdədirlər.

Empirik sosial tədqiqatlarla bağlı qeyd edilən ikinci məqam göstərir ki, bu sahədə kadr problemimövcuddur. Özünü sosioloq adlandıranlar arasında müxtəlif peşə sahiblərinə və elmin digər sahələrinə aid insanlara rast gəlmək olar. Bu səbəbdən də sözügedən sahədə mövcud metodoloji yanaşma prinsiplərində pərakəndəlik müşahidə olunurbu da nəticədə mediada empirik sosial tədqiqatlar, o cümlədən sosioloji sorğuların məzmun və forma etibarilə elə onu keçirənlər tərəfindən çox vaxt təhrif olunmasına gətirib çıxarır. Bütün qeyd edilənlər Azərbaycan ictimaiyyətinin empirik sosial tədqiqatlarla bağlı ciddiprofessional şəkildə maarifləndirilməsinə, eləcə də bu sahədə ixtisaslaşmış QHT-lərin metodoloji məlumatlandırılması və maarifləndirilməsinə ehtiyacı olduğunu nümayiş etdirir və təqdim olunan layihəni aktuallaşdırır. Bu sırada gənc kadrların hazırlanması məsələlərinə xüsusilə ciddi diqqət yetirmək lazımdır. Bunun üçün isə həmin sahə üzrə ixtisaslaşan gənclərin stimullaşdırılmasına ehtiyac var. Mən xüsusilə qeyd etmək istəyirəm ki, gənc alimlərin sosial sahəsində problemləri var. Bu gün elmlə məşğul olan gənclərin sayı da azdır. Amma onların aldıqları maaş ən elementar problemlərini qarşılamağa imkan vermir. Orta əməkhaqqı akademiyada 160 manat civarındadır. Hər hansı bir gənc alimin başqa yerdən dolanışığı yoxdursa, onun maaşla özünü dolandıracağı da inandırıcı görünmür. Bu baxımdan gənclər məcbur olub digər işlərlə məşğul olurlar, bu isə onları elm sahəsindən yayındırır.

Başqa bir məsələ isə gənc tədqiqatçıların stimullaşdırılmasında lazım gələn məsələlərdən biri kimi mənzil problemidir. Xüsusilə aktual olan problemlərdən biri gənc alimlərin mənzil problemidir. Regionlardan gəlmiş gənc alimlərin adi yataqxana ilə təmin olunma imkanları yoxdur. Buna görə də gənc alimlərin bir çoxu bəzən təhsillərini yarımçıq qoyurlar, yaxud digər işlərdə çalışmalı olurlar ki, bu da onların vaxtında müdafiə etmələrinə mane olur. Mənzil məsələsinin bütün alimlər üçün həllini tapması çox yaxşı olardı. Gənc tədqiqatçıların sosial problemləri ilə bağlı bir sıra məsələlərə diqqət yetirməyə dəyər. Bəllidir ki, gənc alimlərin mənzillə təmin olunması ilə bağlı dövlət tərəfindən olduqca vacib tədbirlər həyata keçirilib. Bu isə onu deməyə imkan verir ki, yaxın gələcəkdə gənc alimlərin əsas problemlərindən biri və vbəlkə də birincisi öz həllini tapacaq. Bununla belə, hazırda akademiyada əməkhaqqının azlığı səbəbindən gənc alimlər ipoteka güzəştlərindən istifadə edə bilmirlər. Digər tərəfdən institutların maddi-texniki bazasının zəif olması da gənc alimlərin formalaşmasında maneədir. Çox arzu edərdik ki, bu problemlər qarşıdakı illərdə həllini tapsın. Gənclərlə bağlı çoxlu sayda qanunlar, proqramlar qəbul olunub, hüquqi baza formalaşıb. Eyni zamanda, gənc alimləri əhatə edəcək proqramlar hazırlansa və bu proqramların icra mexanizmi təmin edilsə, təbii ki, bu problemlər aradan qaldırılacaq və o cümlədən sosiologiya sahəsində də kifayət sayda yaxşı mütəxəssislər yetişəcək. Azərbaycanda gənclərin elmə axınının aşağı səviyyədən yüksəlməsi də bu məsələlər həllini tapandan sonra təmin ediləcək. Halbuki hazırda Azərbaycan üçün çox prioritet sayılan sahələrə belə gənclərimiz gələ bilmirlər. Təbii ki, bütün bu məsələlər hamısı alimlərin maddi vəziyyətlərinin, sosial şəraitinin çətin olmasından irəli gəlir.

Onu da qeyd edək ki, sosial elmlər, eləcə də digər elm sahələri ilə bağlı strateji yanaşma tələb olunur, ona görə də bu sahənin inkişaf etdirilməsi cəmiyyətimizin rəqabətli dünyada sürətli inkişafının ayrılmaz və zəruri hissəsi kimi götürülməlidir. Həmçinin bu sahə ilə bağlı gənc kadrların işlə təmin olunmalarının, karyera seçimlərinin elmi-sosioloji baxımdan araşdırılması, bu sahədə rast gəlinən aktual məqamları üzə çıxarmaq və müvafiq qurumlara bu səpkili problemlərlə bağlı mesajlar, təkliflər vermək də bu gün qarşıda duran vacib məsələlərdəndir. Elə bu məsələyə də elmi-sosioloji mövqedən yanaşmaq lazımdır. Çünki bu cür elmi-sosioloji təhlillər gənc kadrların meyilləndikləri, karyera qurmaq istədikləri sahələrin üzə çıxarılmasına və ölkənin kadr potensialının formalaşma mənzərəsinin təsvir edilməsinə, bu sahədə problemlərin üzə çıxarılmasına və onların həllinə yardım edilməsinə hesablanıb.

 

İlkin AĞAYEV

Palitra.-2015.-25 iyun.-S.11.