“Maliyyə fəaliyyəti sahəsində cinayətlərə aid elmi araşdırmalar önəm kəsb edir

 

Şəlalə Həsənova: “Günümüzün inkişaf reallıqları tələb edir ki, elm inkişaf edən ictimai münasibətlərə adekvat yanaşmaya nail ola

bilsin

 

Azərbaycan hüquqşünaslıq elmində maliyyə fəaliyyəti sahəsində araşdırmaların aparılması, bu sahədə tədqiqatların və elmi nailiyyətlərin genişləndirilməsi olduqca böyük aktuallıq kəsb edir. Bu baxımdan layihə çərçivəsində qəzetimizə fikirlərini bildirən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Həsənova da qeyd etdi ki, sözügedən sahədə maliyyə fəaliyyəti sahəsində mövcud olan ictimai münasibətlər cinayət hüququnda mühafizə obyekti olan ən əhəmiyyətli ictimai münasibətlərdən biridir. Buna görə də bu sahədə elmi axtarışlar olduqca vacibdir. Bunu günümüzün inkişaf reallıqları tələb edir ki, elm inkişaf edən ictimai münasibətlərə adekvat yanaşmaya nail ola bilsin: “Maliyyə dedikdə, pul vəsaitlərinin yaranması, bölüşdürülməsi və istifadə olunması prosesindəki ictimai münasibətləri əks etdirən iqtisadi kateqoriya başa düşülür. İqtisadiyyata əsaslanan və müxtəlif tərkib elementlərindən ibarət olan maliyyə bütünlükdə konkret ictimai-iqtisadi formasiyada yaranan maliyyə münasibətlərinin məcmusunu - maliyyə sistemini təşkil edir”.

 

Hüquqşünaslız elmində maliyyə sistemi bu cür kateqoriyalaşdırılır: “Dövlət büdcəsi; müxtəlif nazirliklərin, idarələrin, təşkilatların və ölkənin təsərrüfat sahələrinə daxil olan digər qurumların maliyyəsi; vergi sistemi; sığorta sistemi; dövlət xəzinədarlığı; büdcədənkənar fondlar”.

Bu sahədə tədqiqat aparan Ş.Həsənova qeyd edir ki, aparılan elmi araşdırmalara görə, maliyyə fəaliyyətinin məzmunu maliyyənin yaranması, bölüşdürülməsi və istifadəsi istiqamətlərində inkişaf edən müxtəlif funksiyalarda əks olunur: Elmi tədqiqatlar aparılarkən diqqət yetirilməlidir ki, maliyyə fəaliyyətinin mümkün ola biləcək qəsdlərdən cinayət-hüquqi mühafizəsinin təmin edilməsi Cinayət Məcəlləsinin iqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslinin müvafiq normaları vasitəsilə həyata keçirilir. Zənnimizcə, elmi tədqiqatlarda həmin normaların elmi «Maliyyə fəaliyyəti sahəsində olan cinayətlər» adı altında qruplaşdırılması, göstərilən qrupa daxil olan normaların isə öz növbəsində «Pul və qiymətli kağızların dövriyyəsi ilə bağlı olan cinayətlər» (insayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə, qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma, qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya, saxta pulya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, saxta kreditya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama, əldə etmə və ya satma, saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satma) və «Müflisləşmə ilə bağlı olan cinayətlər» (müflisləşmə zamanı qanunsuz hərəkətlər, qəsdən müflisləşmə, saxta müflisləşmə) kimi yarımqruplarda yerləşdirilməsi məqsədəuyğundur”.

Yuxarıda qeyd olunduğu kimi, «Pul və qiymətli kağızların dövriyyəsi ilə bağlı olan cinayətlər» adlandırdığımız birinci yarımqrup Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 203, 203-1, 204, 205 və 205-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini əhatə edir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 203-cü maddəsi (qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma) qiymətli kağızların emissiya prospektinə bilə-bilə etibarlı olmayan məlumatların daxil edilməsi, həmçinin bilə-bilə etibarlı olmayan məlumatları özündə əks etdirən emissiya prospektinin təsdiq edilməsiya bilə-bilə etibarlı olmayan emissiya nəticələrinin təsdiq edilməsinin xeyli miqdarda ziyan vurulmasına görə məsuliyyəti müəyyən edir.

Bu sahədə elmi tədqiqat aparılmasında daha bir vacib məqam odur ki, cinayətin obyekti Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının normal fəaliyyət göstərməsini təmin edən ictimai münasibətlərdir. Elmi araşdırmalarda ictimai münasibətlərin bu məqamına diqqət yetirərkən, cinayətin predmetinin emissiya prospektinə daxil edilən məlumatlar nəzərə alınmalıdır: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987-ci maddəsilə müəyyən edildiyi kimi, qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir”.

Alim qeyd etdi ki, ümumiyyətlə, ictimaiyyət bu sahədə aparılan elmi araşdırmalardan və onların nəticələrindən kütləvi şəkildə maariflənməlidir: “Çünki bu məsələlər sosial həyatda rast gəldiyimiz və hüquqi sferaya aid vacib ictimai münasibətləri təşkil edir. Ümumiyyətlə, qeyd edim ki, qiymətli kağızlarla təsdiqlənən hüquqların növləri, qiymətli kağızların məcburi rekvizitləri, qiymətli kağızın formasına aid tələblər və digər zəruri tələblər qiymətli kağızlar haqqında qanunlarlaya onların müəyyənləşdirdiyi qaydada təyin edilir. Qiymətli kağızın məcburi rekvizitlərinin olmaması və ya qiymətli kağızın onun üçün müəyyənləşdirilmiş formaya uyğun gəlməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Bu sahədə elmi-kütləvi bilgilərin çox olması olduqca məqsədəuyğundur. Həmçinin, elmi araşdırmalarda ona da diqqət yetirilməlidir ki, qiymətli kağızlar bazarı qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, sahibliyi, saxlanılması, onlarla əqdlərin bağlanması, digər əməliyyatların aparılması üzrə subyektlər arasında olan hüquqiiqtisadi münasibətlərin məcmusudur (MM-in 992-1.1-ci maddəsi)”.

Alimin fikrincə, elmi araşdırmalarda əsas məqamlardan biri cinayətin obyektiv cəhətinin müəyyənləşdirilməsidir ki, bu da Cinayət Məcəlləsinin 203-cü maddəsində nəzərdə tutulmuş hərəkətlərin edilməsilə səciyyələnir: Bunun üçün tədqiqatçı bilməlidir ki, qiymətli kağızların emissiya prospektinə bilə-bilə etibarlı olmayan məlumatların daxil edildiyi, həmçinin bilə-bilə etibarlı olmayan məlumatları özündə əks etdirən emissiya prospektinin təsdiq olunduğuya bilə-bilə etibarlı olmayan emissiya nəticələrinin təsdiq edildiyi anından cinayət başa çatmış olur. Qiymətli kağızların emissiyası dedikdə, ticarət-sənaye şirkətləri, kredit təşkilatları və dövlət tərəfindən aksiyaların, istiqrazların və digər borc öhdəliklərinin dövriyyəyə buraxılması başa düşülür. Cinayətin obyektiv cəhəti aşağıdakı alternativ hərəkətlərdən ibarətdir: qiymətli kağızların emissiya prospektinə bilə-bilə etibarlı olmayan məlumatların daxil edilməsi; bilə-bilə etibarlı olmayan məlumatları özündə əks etdirən emissiya prospektinin təsdiq edilməsi və ya bilə-bilə etibarlı olmayan emissiya nəticələrinin təsdiq edilməsi”.

Alimin fikrincə, cinayətin subyektiv cəhəti isə ancaq birbaşa qəsdlə səciyyələnir: “Elmi tədiqatlarda o da nəzərə alınmalıdır ki, cinayətin subyekti - aşağıda göstərilən xüsusi subyektdir: Qiymətli kağızların emissiya prospektinə bilə-bilə etibarlı olmayan məlumatların daxil edilməsi zamanı - emitentin təşkilatında idarəetmə funksiyalarını icra edən şəxs, yerli özünüidarə orqanlarının qiymətli kağızların emissiyasını həyata keçirən vəzifəli şəxsləri; bilə-bilə etibarlı olmayan məlumatları özündə əks etdirən emissiya prospektinin təsdiq edilməsi və ya bilə-bilə etibarlı olmayan emissiya nəticələrinin təsdiq edilməsi zamanı - dövlət qeydiyyat orqanlarının vəzifəli şəxsləri”.

Cinayətin predmeti olan saxta pul, dövlət qiymətli kağızları, xarici valyuta, xarici valyutada ifadə olunan digər qiymətli kağızlarla bağlı araşdırmalar da önəm daşıyır. Bu barədə fikirlərini bildirən alimə görə, aparılan tədqiqatlar göstərir ki, cinayətin predmeti istər dövlət, istərsə də iqtisadi fəaliyyətin digər iştirakçıları (kommersiyaqeyri-kommersiya təşkilatları və s.) tərəfindən buraxılan qiymətli kağızlar ola bilər. Həmçinin aparılan tədqiqatlara görə, cinayətin obyekti pul vəsaitlərinin, dövlət qiymətli kağızlarının, xarici valyutanın, xarici valyutada ifadə olunan digər qiymətli kağızların qanuni dövriyyəsini təmin edən ictimai münasibətlərdir.

 

İlkin AĞAYEV

Palitra.-2015.-26 iyun.-S.11.