Azərbaycan təkcə musiqidə yox, idmanda, iqtisadiyyatda da böyük inkişafa nail olub

 

Müsahibimiz gənc musiqiçiyeni yaradılan Nur estrada ansamblının rəhbəri Aqil Rzayevdir:

 

- Yaradılan Bakı gecələri estrada ansamblının məqsədi nədir?

- İlk olaraq qeyd etmək istəyirəm ki, həmişə arzum olub ki, mənim öz ansamblım, musiqiçilərim olsun. Bu istək tələbəlik illərimdən arzumdur. Düzdür, bu o qədər də asan deyil. Çünki musiqiçiləri bir arada saxlamaq çətindir. Amma, nəhayət, bu istəyə nail oldumçox istedadlı və təhsilli musiqiçilərdən ibarət Bakı gecələri estrada ansamblını yaratdım. Bu gün bu musiqiçilərlə mütəmadi olaraq məşqlər edirik.

Bir şeyi vurğulayım ki, uşaq vaxtlarımda televiziya ekranlarında SSRİ Xalq artisti, gözəl sənətkarımız Zeynəb Xanlarovanın ansamblı həmişə diqqətimi cəlb edib. O, öz gözəl musiqiləri, gözəl geyimləri ilə hər zaman mənim diqqətimi cəlb edib. Bu gün də Zeynəb xanımın ansamblı tam heyəti ilə öz yerindədir. Bir çox ansambllar yaradılır və qısa bir müddətdə dağılırlar. Amma nümunə olaraq, Zeynəb Xanlarovanın ansamblı bu günöz fəaliyyətini davam etdirir. Mən də gələcəkdə Bakı gecələri ansamblımıza belə davamlı olmasını arzu edirəm.

-Ansamblın heyəti haqqında nə deyə bilərsiniz?

- Ansamblın fəaliyyətində uğurlar qazanmaq üçün istedadlı musiqiçiləri topladım. Ansamblın konsermeysteri Məmmədəli İbrahimov olmaqla, Seymur Yaqubov, Heydər Qurbanov, Cavid Musayev, Nicat Tağıyev, Babək Osmanov, Oqtay Mürşüdov, Anar Əliyev, Zaur Əliyev, Pərvin Mikayılov, Minəvvər Məlikova, Nəriman Kərimov, Arif Əkbərov, Nərminə Qədirova, Xəyyam Quliyev, Elnur Fəttəxov kimi bacarıqlı və istedadlı musiqiçilər ansamblımızın heyətinə daxildir.

-Ansamblın repertuarını hansı janr üzərində qurmusunuz?

- Ümumiyyətlə, bizim ansambl estrada ansamblı sayılır. Biz repertuarımızda müasir estrada, pop janrı, klassik retro mahnıları üzərində çalışırıq. Gələcəkdə xalq mahnılarını da öz repertuarımıza salmaq istəyirik.

-Ansamblın fəaliyyətində, gələcək işlərində nələr planlaşdırırsınız?

- Hazırda intensiv məşq edirik. Yaxın günlərdə albomumuz işıq üzü görəcək. Bizim məqsədimiz gələcəkdə böyük səhnələrdə solo konsertlərlə çıxış etməkdir. Bunun üçün ansamblın heyəti uğurlu addımlara yüksək əhvali-ruhiyyə ilə hazırlaşır. Biz çalışırıq ki, məşqlərə çox yer verək. Çünki bizi dinləyən hər bir nəslin nümayəndələrinin gözəl savadlı musiqidən zövq almalarını istəyirik. Biz məşqlərimizlə bunun uğrunda çalışırıq.

- Özünə güvənən istedadlı musiqiçilərə solo ifa şansını yaradacaqsınızmı?

- Sizə onu da bildirim ki, bu gün istedadlı musiqiçilərimiz çoxdur. Gərək heç vaxt musiqiyə qısqanclıqla yanaşmayaq. Çünki biz musiqiçilər bir şeyi unutmamalıyıq ki, dünyanın hansı bir yerində olsaq belə, Azərbaycan musiqisini təbliğ edirik. Özünə güvənən istedadlı musiqiçilərə bizim anlambl vasitəsilə köməklik göstərməyə hazıram.

- Musiqi dünyasına atdığınız ilk addımlarınızı necə xatırlayırsınız?

- Musiqiyə gəlişim uşaqlıq illərimdən başlayıb. 8-9 yaşlarında olarkən, həmişə stolun üstündə əlimlə ritm tutub, oxuyurdum. Hər dəfə Bakıdan rayonumuz Cəlilabada maşınla gedəndə, yol boyu Cəlilabad mahnısını oxuyurdum. Bu istəyimi, fərqli xüsusiyyətimi valideyinlərim görüb, məni 20 nömrəli musiqi məktəbinə apardılar. Mən tar sinfinə qəbul olundum. Orada oxuyarkən, bir neçə müsabiqənin qalibi oldum. Hacı Xanməmmədova həsr olunmuş müsabiqədə birinci yerə layiq görüldüm. Bu addımlarla mən, 1995-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum. Kolleci bitirdikdən sonra, 2001-ci ildə Bakı Musiqi Akademiyasına qəbul oldum. Bu sənətdə mənə ruh verən gözəl xanəndəmiz İslam Rzayevin məsləhətləri olub. Bir çox gözəl xanəndələrimizdən dərs aldım. Sabir Mirzəyev, Qəzənfər Abbasovvokaldan Məryəm xanım mənə öz vokal dərslərini verib. Mənim üçün tələbəlik illərindən qazandığım dostum, sonradan mənə vokaldan köməklik göstərən və müəllimlik edən əsrimizin ən gənc Koroğlusu Ramil Qasımov oldu. 2005-ci ildə Konservatoriyanı bitirdikdən sonra hərbi xidmətə getdim. Hərbi xidməti uğurla başa çatdırdıqdan sonra musiqi fəaliyyətimi davam etdirdim. Ulduzla duet, Arazın starı, Azərbaycanın səsi adlı müsabiqələrin qalibi oldum.

Hal-hazırda çox görkəmli bəstəkarımız Ramiz Mirişlinin yeni mahnıları üzərində çalışıram və lentə alıram. Ramiz Mirişlinin ümummilli lider Heydər Əliyevə həsr etdiyi Adın şöhrət, şan yerimiz adlı böyük əsərini yaxın günlərdə lentə aldım. Ramiz Mirişlinin bir neçə əsərini - Məhəbbətdən usanma, Səadət mahnılarını da gənc istedadlı müğənni Aynur İsgəndərli ilə lentə aldıq.

- Bu gün incəsənət sahəsindəki inkişafın əsas səbəbini nədə görürsünüz?

- Azərbaycanın musiqi mədəniyyəti son illərdə çox inkişaf edib. Bəli, mən bunu əminliklə deyə bilirəm ki, ümummilli liderimiz Heydər Əliyevin böyüklüyü onda idi ki, o, hər bir konsert proqlamından sonra musiqiçilərlə xüsusi olaraq görüşüb, öz təbrik və fikirlərini bildirirdi. Bu günböyük düha Heydər Əliyevin davamçısı cənab Prezidentimiz İlham Əliyev musiqimizin, mədəniyyətimizin inkişafında böyük və əvəzsiz işlər görür.

Bu gün Azərbaycan musiqisi dünyanın hər bir yerində tanınır. Avroviziyada 1-ci yer tutmağımız bizim musiqidə ən böyük nailiyyətlərimizdən biri idi. Bu gün də muğamımızın inkişafında böyük təkan var. Mehriban xanım Əliyevanın muğamımızın inkişafına əvəzolunmaz dəstəyi var. Ucqar rayonlarımızda yaşayan istedadlı gənclərimiz muğamımız sayəsində inkişaf etdilər və tanındılar. Bir sözlə, qeyd edmək istəyirəm ki, günü-gündən inkişaf edən Azərbaycanımızda nəinki musiqimiz, hətta, bütün sahələrdə böyük inkişaf var.

- Azərbaycan gənci olaraq, dövlətimizin gələcəyini necə görürsünüz?

- Onu da qeyd edim ki, keçmiş illərlə müqayisədə Azərbaycanımız, hətta dünya ilə müqayisədə ən inkişaf etmiş gözəl ölkələrdən birinə çevrilib. Bunda Prezident İlham Əliyevin böyük və əvəzsiz əməyi var.

Biz gənclər fəxr edirik ki, bu gün belə bir inkişaf etmiş dövlətdə yaşayırıq. Bəli, fəxrlə deyirəm ki, bu illər Azərbaycanımız nəinki musiqidə, mədəniyyətdə, idmanda, hətta iqtisadiyyatda da böyük inkişafa nail olub.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2015.-12 mart.-S.13.