Heykəltəraş Mehdi Səmədinin Dante Aligyeri obrazı

 

İncəsənətin bütün növlərinin, o cümlədən də təsviri sənətin ayrı-ayrı sahələrinin əsas vəzifələrindən biri insanlara gözəllik hisləri aşılamaqdır.

Bu duyğulandırıcı gücə malik olan yaşantılar qalereyasında qətiyyətlə əsərlərin müxtəlif duyğulara bələnməsinin əsas yer tutduğunu söyləmək olar. Bunun müxtəlif cür izahının mövcud olmasına baxmayaraq, demək lazımdır ki, tamaşaçı yalnız onu cəlb edə biləcək, onun keçirdiyiyaxud da keçirə biləcəyi yaşantıların müxtəlif formalı ifadələrinə reaksiya verirbaşqa sözlə desək, onun həyatda bizimlə qoşa addımlamasına təkan vermiş olur. Bu xüsusiyyətləri özündə əks etdirən gənc heykəltəraşlardan biriMehdi Səmədidir.

Mehdi Qulamrza oğlu Səmədi 1984-cü il dekabr ayının 29-da Təbriz şəhərində ziyalı bir ailədə dünyaya gəlib. Bu ailənin bütün üzvləri əslən azərbaycanlıdırlar. Mehdi Səmədi ibtidai təhsilini bitirdikdən sonra Rəssam Mirək adına Rəssamlıq Kollecinin rəngkarlıq ixtisasına 1999-cu ildə daxil olur, dörd il burda sənətin sirlərini dərindən mənimsəyərək 2003-cü ildə əla qiymətlərlə bu kolleci bitirir. Mehdi Səmədi yaradıcılığında təsviri sənətin bütün sahələri öz əksini tapıb. Gənc sənətkar qərar verir ki, gərək o heykəltəraş olsunbu istəklə də Bakı şəhərinə gəlir, 2007-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinə daxil olur. Akademik Ömər Eldarovun rəhbərliyi altında emalatxanada yorulmaq bilmədən bu sənətin sirlərini dərindən mənimsəməyə səy göstərib. Ö.Eldarov hər şeydən öncə öz tələbəsinə plastik tamlıq, obrazın dərin gerçəkliyini və monumentallıq aşılamağa çalışır.

Mehdi Səmədi 2012-ci il iyun ayının 21-də Zorxana adlı diplom işini əla qiymətlə müdafiə edərək bakalavr təhsilini başa vurur. 2012-ci ildə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsinin heykəltəraşlığın tarixi və nəzəriyyəsi ixtisaslı magistraturasına qəbul olur. 2014-cü ildə magistr pilləsini bitirir. Bu illər ərzində gənc heykəltəraş həm nəzəri, həm də təcrübi yerinə yetirir. Magistr diplom işi italyan şairinə həsr edilmiş Dante Aligyeri heykəli olur. Mehdi Səmədi yaratdığı obraz haqqında tam ətraflı tədqiqat işi aparmışdır. O həm Azərbaycan, həm dünya heykəltəraşlarının işlədikləri şair heykəllərini ətraflı şəkildə öyrənmiş şair Dantenin heykəlində bunları verməyə səy göstərib. Diplom rəhbəri xalq rəssamı, professor Natiq Əliyev Mehdi Səmədiyə yaradıcılıq işində bir çox düzgün göstərişlər verib. Onun verdiyi tövsiyələrdən yetərincə bəhrələnən gənc heykəltəraş mükəmməl bir şair obrazı yaratmağa nail olub.

Dante Aligyeri , Ravenna - italyan şairi, italyan ədəbi dilinin banilərindən sayılır. Qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil almış, hüquq fəlsəfəni öyrənib. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak edib, " qvelflər partiyasına qoşulub. "Qara qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilib (1302 ). Didərgin həyat sürüb, 1315 -ci ildə ikinci dəfə ölümə məhkum olunub (həmin hökm 1966 - ildə ləğv edilib). Ömrünün son 6 ilini Ravennada yaşayıb.

Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şeirlər yaradıb ("Yeni həyat " kitabı, 1292). 1304-1307-ci illərdə Dante fəlsəfi-əxlaqi əsərlər yazıb. "Ziyafət" əsərində insan idrakının müstəqilliyi və azadlığı müdafiə olunur. "Monarxiya haqqında" (1312) siyasi risaləsində vahid ümumdünya monarxiyası ideyası insanların əmin-amanlığını, ictimai ədaləti təmin edə biləcək dövlət quruluşu kimi müdafiə edilir.

Dante yaradıcılığının zirvəsi xələfləri tərəfindən "İlahi komediya" adlandırılmış "Komediya" (ehtimala görə 1307) poemasıdır. "Röya" formasında yazılmış əsərdə dini təsəvvürlərə görə üç hissədən ("Cəhənnəm", "Əraf (təmizlik)", "Cənnət") ibarət axirət dünyasına səyahət təsvir edilir. Məcazi, rəmzi ifadə tərzi poemanın bütün cəhətlərində özünü göstərir.

Magistrant Mehdi Səmədinin yaratdığı Dante heykəlinin obrazı bir qədər sirli məcazi mənaları özündə əks etdirir. Oturmuş vəziyyətdə yaradılmış Dante bir əli ilə insan başının sümüyünü göstərir. Sanki insanların sonunun bu vəziyyəti gözləməyinə bir işarə kimi qiymətləndirmək olar bu halı. Digər əlində ilahi komediya əsərinin kitabını açıq vəziyyətdə tutub. Şair Dante heykəli özündə bütöv bir sənətkar obrazını əks etdirən obyektə çevrilib. Dante başını yuxarı qaldırmış ürəyi, qəlbi ilə olduğu, duyduğu məkanın bir başqa aləm olduğunu göstərir. Əsər ümumilikdə yüksək sənətkarlıq və orijinal planda işlənmiş, maraqlı kompozisiya ilə tamamlanıb. Heykəldə əla düşünülmüş kompozisiya, emosinal yüksəklik və mənəvi zənginlik həlli incə tərzdə açıqlanıb. Şair obrazının dərindən, hərtərəfli qavranılması heykəltəraşa əla plastik həll ilə fərqlənən yığcam, əhəmiyyətli əsər yaratmağa imkan verib. Fiqurun quruluşunda işiq kölgə keçidlərində, şairin əlinin qeyri-adi, ifadəli vəziyyətində daxili həyəcan və gərginliyin gücü, yaradıcı ruhu hiss olunur. Magistrant Mehdi Səmədi heykəllə yanaşı həm də nəzəri magistr disertasiyası yazıb. Mövzusu Heykəltəraşlıqda tarixi obraz olan magistr dissertasiya işiuğurla yerinə yetirilib.

Müdafiə şurasının üzvləri magistrant Mehdi Səmədinin yaratdığı Dante Aligyeri diplom işinə baxış keçirən zaman onun yaradıcılıq işinə yüksək qiymət veriblər.

Samir Sadıqov,

sənətşünas

Palitra.-2015.-20 mart.-S.13.