Azərbaycan və Rusiya ali məktəblərinin əməkdaşlığında yeni mərhələ

 

Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki UniversitetiSamara Dövlət Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

Azərbaycan Respublikasında əcnəbi vətəndaşların təhsili Nazirlər Kabinetinin 56 nömrəli, 06.03.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamə” ilə tənzimlənir.

Layihə çərçivəsində bu məsələlərə toxunacağıq. Həmin əsasnaməyə əsasən, Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq üçün gələn xarici vətəndaşlar tədris dilini bilmədikləri halda, müvafiq dil hazırlığı keçdikdən sonra əsas təhsilə başlayırlar. Məhz bu məqsədlə Azərbaycan ali təhsil müəssisələrində əcnəbi vətəndaşların müvafiq dil hazırlığını həyata keçirmək məqsədilə 17 ali məktəbdə hazırlıq fakültələri, şöbələri və mərkəzləri fəaliyyət göstərməkdədir. Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər dil biliklərinin yüksəldilməsi məqsədilə hazırlıq kurslarına qəbul edilirlər. Hazırlıq müddətinin sonunda dinləyicilər buraxılış imtahanları veririmtahanlardan müvəffəqiyyətlə keçmiş əcnəbilərə təhsil haqqında vahid formada dövlət sənədi olan şəhadətnamələr təqdim edilir. Bu şəhadətnamələrə sahib olduqdan sonra əcnəbilər ali təhsil müəssisələrində əsas təhsil səviyyələri üzrə təhsil ala bilərlər. Ali təhsil müəssisələrinin ikinci (magistr) pilləsinə mövcud qaydaların tələbləri gözlənilməklə təhsil səviyyəsi ali təhsilin bakalavr səviyyəsinə uyğun gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul edilirlər. Azərbaycandan kənardakı ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin məzunu olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dil hazırlığını keçdikdən sonra, yaxud təlim dilini əvvəlcədən bildiyi halda eksternat yolu ilə dil hazırlığı üzrə imtahan verərək magistr səviyyəsinə qəbul oluna bilərlər. Magistratura səviyyəsinə qəbul olunmaq istəyən əcnəbi vətəndaş xarici ölkədə aldığı bakalavriat üzrə diplomunu mövcud qanunvericiliyinə əsasən, nostrifikasiya etdirməlidirlər. Əcnəbilərin yalnız bir qismi müvafiq hökumətlərarası razılaşma əsasında dövlət hesabına, əksəriyyəti isə ali təhsil müəssisələrilə bağladıqları müqavilə əsasında ödənişli əsaslarla təhsil alırlar. Əcnəbi tələbələr arasında Azərbaycana qonşu olan region ölkələrin vətəndaşları ilə yanaşı, Avropa ölkələrinin, ABŞ, Yaponiya, Çin, Hindistan, Argentinabir çox ərəb ölkələrinin vətəndaşları da vardır. Azərbaycanda təhsil alan əcnəbi vətəndaşlar əsasən daha çox tibb, iqtisadiyyat, humanitartexniki ixtisaslara üstünlük verirlər. Əminliklə demək olar ki, “ADA” Universitetində keçirilən Azərbaycan-Rusiya Universitetlərarası Forumu ölkəmizdə təhsil alan rusiyalı tələbələrin sayının artmasında iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayacaq. İki ölkənin aparıcı universitetlərinin rektorlarının və tanınmış elm xadimlərinin iştirak etdiyi Forum Azərbaycan Respublikası Təhsil NazirliyininRusiya Federasiyası Təhsil və Elm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilib. “ADA” Universitetinin rektoru Hafiz Paşayev forumun keçirilməsinə göstərilən köməyə görə Rusiya nümayəndə heyətinə minnətdarlığını bildirib. O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan və Rusiya təhsil nazirliklərinin təşəbbüsü ilə Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının yaradılması haqqında memorandum imzalanacaq. Rektor bu sənədin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, həmin Memorandum iki ölkənin aparıcı universitetlərinin əməkdaşlığı tarixində yeni səhifə açacaq. Hafiz Paşayev “ADA” Universitetinin yaradılması tarixi və fəaliyyəti barədə də məlumat verib. Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov forumun işini yüksək qiymətləndirərək vurğulaylıb ki, bu cür tədbirlər Azərbaycan və Rusiya ali məktəblərinin rektorluqları arasında qarşılıqlı münasibətlərin və dostluq əlaqələrinin möhkəmlənməsində böyük rol oynayır, çünki bu forumda bir sıra mühüm məsələlər müzakirə edilir, təcrübə mübadiləsi, müxtəlif mövzularda diskussiyalar aparılır. Ufa Dövlət Neft-Texniki Universitetinin rektoru Ramil Baxtizin diqqətə çatdırıb ki, Azərbaycan həmişə təhsil ocağı olub, Azərbaycan universitetlərinin məzunlarına bütün dünyada tələbat var. O, Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının işinin uğurlu olacağına əminliyini bildirib. Sonra Azərbaycan və Rusiya Universitetlərinin rektorları təhsil, elmtexnologiyalar sahəsində Rusiya-Azərbaycan əlaqələrinin inkişafı mövzusunda məruzələrlə çıxış ediblər. Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar bildirib ki, Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının yaradılması haqqında Memorandumun imzalanması hər iki ölkənin universitetləri arasında əməkdaşlığın möhkəmlənməsi və təcrübə mübadiləsi yolunda çox mühüm addımdır: “Şübhəsiz ki, bu təşkilat böyük uğurla fəaliyyət göstərəcək. Qeyd etmək istəyirəm ki, Azərbaycan-Rusiya Universitetlərarası Forumu yüksək səviyyədə keçir, burada mühüm məsələlər müzakirə olunur və qarşıya vəzifələr qoyulur”. O bildirib ki, Bakı regionun təhsil mərkəzlərindən biridir, müxtəlif sahələrdə ən yaxşı mütəxəssislər məhz burada yetişdirilir.

 

Azərbaycanın və Rusiyanın təhsil nazirləri 23 nömrəli məktəbdə olublar

Qeyd edək ki, dünən Azərbaycanın təhsil naziri Mikayıl CabbarovRusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov Bakıdakı T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə olublar. Görüşdə M.Cabbarov Azərbaycan-Rusiya təhsil əlaqələri, təhsil müəssisələrimizdə rus dilinin tədrisi barədə danışıb. Eyni zamanda, 23 nömrəli məktəbin fəaliyyəti, qazanılan uğurlar diqqətə çatdırılıb. D.Livanov Rusiya təhsil sistemi, bu sahədə reallaşdırılan proqramlar haqqında məlumat verib. Təhsilin inkişafı ilə bağlı fikirlərini bölüşən rusiyalı nazir bu sahəyə daim diqqət göstərilməsinin əhəmiyyətini qeyd edib. D.Livanov təhsil sahəsində müsbət təcrübələrdən səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb. Sonra Azərbaycan-Rusiya təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak ediblər.

 

Universitetlərarası forumun iştirakçıları Sumqayıtda

Azərbaycan-Rusiya Universitetlərarası Forumunda iştirak edən Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin, Samara Dövlət Texniki Universitetinin rektoru Dmitriy Bıkov və layihənin rəhbəri, professor Mariya Dülyasovanın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Dövlət Universitetində (SDU) olublar. Qonaqları SDU-nun rektoru Elxan Hüseynov qarşılayıb və ali məktəbin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə məlumat verib. Qeyd edilib ki, yüksək səviyyəli peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır. Sumqayıt Dövlət Universiteti də tədrisin stimullaşdırılması, tələbələrin bilik səviyyəsini artırmaq, dünya əmək bazarına çıxa biləcək kadr hazırlamaq məqsədi ilə mühüm addımlar atır, Azərbaycanın təhsil sisteminin təkmilləşdirilməsinə və inkişafına öz töhfəsini verir. Universitetin Heydər Əliyev Mərkəzində ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illəri əks etdirən eksponatlar qonaqların böyük marağına səbəb olub. Sonra dəyirmi masa formatında keçən görüşdə elmin, təhsilin inkişafına dair birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin Azərbaycanda, xüsusilə də SDU-da qonaq olduğundan məmnunluğunu bildirib, rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verdi. SDU-nun Azərbaycanda elm və texnikanın inkişafındakı rolunu yüksək qiymətləndirərək, gələcəkdə hər iki təhsil ocağı arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Samara Dövlət Texniki Universitetinin rektoru Dmitriy Bıkov və layihənin rəhbəri, professor Mariya Dülyasova belə görüşlərin keçirilməsinin hər iki xalq arasında dostluq, qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyini vurğulayıblar. Onlar universitetlər arasında tələbə-müəllim mübadiləsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd ediblər. Həmçinin forumun təşkilini yüksək qiymətləndirən qonaqlar vurğulayıblar ki, bu cür tədbirlər Azərbaycan və Rusiya ali məktəblərinin rektorluqları arasında qarşılıqlı münasibətlərin və dostluq əlaqələrinin möhkəmlənməsində böyük rol oynayır. Sonra Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki UniversitetiSamara Dövlət Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, dünən Azərbaycan-Rusiya Universitetlərarası Forumu çərçivəsində Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının yaradılması haqqında Memorandum imzalanıb. İclasda təhsil naziri Mikayıl CabbarovRusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov çıxış ediblər. Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının yaradılması haqqında Memorandumu Sumqayıt Dövlət Universitetinin rektoru Elxan HüseynovUfa Dövlət Neft Universitetinin rektoru Ramil Baxtizin imzalayıblar.

 

Anar Miriyev

Palitra.-2015.-21 noyabr.-S.11.