Şüurlu peşə seçimi hazırlığına 1-4 siniflərdə başlamaq lazımdır”

 

Vəfa Məmmədova: “Peşə dünyası haqında olduqca rəngarəng düşüncələr palitrası yaratmaq vacibdir ki, gələcəkdə bu materiallar əsasında şagird peşə aləmini analiz edə bilsin”

 

Hal-hazırda məktəbin yuxarı siniflərində peşə seçimi işinin müxtəlif forma və metodlarının istifadəsinin kifayət qədər böyük təcrübəsi toplanıb. Ancaq son illərdə təsərrüfat sahələrinin inkişafı, yeni əmək texnologiyalarının meydana gəlməsi, cəmiyyətdə iqtisadiyyatın sosial situasiyanın dəyişməsi dövründə məktəbi bitirən məzun bu dəyişiklikləri nəzərə alaraq gələcək peşəsinin şüurlu seçimini etməlidir. Belə situasiyada bütün məktəb təhsili boyunca məqsədyönlü, sistematik ixtisasseçimi işinin təşkili lazımdır. Layihə çərçivəsində təqdim etdiyimiz müsahibədə Bakı şəhəri, Sabunçu rayonu, C.Məmmədyarov adına 155 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vəfa Məmmədova da bu məsələlərə toxunub:

- Şüurlu peşə seçimi hazırlığına 1-4 siniflərdə başlamaq lazımdır. İbtidai sinif müəllimlərinin təcrübəsində peşəseçimi işi bir qayda olaraq epizodik xarakter daşıyır. Əgər yuxarı sinif şagirdləri üçün peşə seçiminin metod və üsullarından istifadə olunmuş çoxlu sayda metodiki araşdırmaları vardırsa, ibtidai siniflər üçün belə araşdırmalar çox azdır. Hazırkı metodiki vəsaitlər aşağı siniflərdə dərs zamanı və eləcə də sinifdənxaric işdə peşə seçimi işinin təşkilində və həyata keçirilməsində kömək etmək üçündür. Bu metodik vəsaitlərdə ibtidai siniflərdə şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq peşə seçimi dərslərinin və ekskursiyalarının nümunələri var. Bu dərslər və ekskursiyalar şagirdlərin peşə və əmək dünyası ilə tanışlıq prosesində aktiv subyektə çevrilməsinə imkan yaradır. Ümumtəhsil müəssisələrində peşəyönümlülük elmi əsaslanmış tədbirlər sistemidir ki, öz bilik və bacarığını həm özünün, həm də cəmiyyətin xeyrinə istifadə etməyi bacaran gələcək mütəxəssislərin formalaşmasına kömək edir. Əsaslı olaraq peşə seçimi məsələsi yeniyetməni maraqlandırır. Ancaq ixtisas seçiminə yönəlmiş baza hələ yeniyetməliyə qədər ki, dövrdə yaranmalıdır. Təhsil məktəblinin müxtəlif fənlərə qarşı seçimli münasibətini ortaya çıxarır. Bəzi uşaqlarda müəyyən fəaliyyət növlərinə-təsviri, musiqi, quraşdırma və s. maraq daha tez meydana çıxır. Ona görə də uşaqlarda erkən peşəyönümlülük, onlarda maraq aləminin yaranması və bu aləmin yeni peşələr haqqında biliklərlə zənginləşdirilməsini tələb edir. Bu tələb maraqlar üzrə əlavə məşğələlərin keçirilməsinə yönəlmişdir.

-Peşə seçimi işinin nəyə görə məhz ibtidai siniflərdən keçirilməsi zəruri hesab olunur?

-Bu suala cavab vermək üçün peşə anlayışının başa düşülməsi mərhələsini açıqlamaq lazımdır. Peşələr dünyası haqqında konkret əyani təsəvvürlər 2-3 yaşlardan başlayır və yeniyetməliyə qədərki dövrə qədər davam edir (10-12 yaş). İnkişaf prosesində uşaq öz şüurunu peşələr dünyası haqqında müxtəlif təsəvvürlərlə zənginləşdirir. O, böyükləri müşahidə edərək simvolik formada sürücünün, tibb bacısının, müəllimin hərəkətlərini yamsılamağa çalışır. İbtidai sinifdə peşə fəaliyyətinin bəzi elementlərini başa düşmək şagird üçün çətindir, ancaq hər bir peşədə elə bir sahə vardır ki, onu əyani obrazlar, həyatdan, tarixdən, maraqlı hadisələrdən götürülmüş situasiyalar, böyüklərin söhbətləri əsasında təsəvvür etmək mümkündür. Məhz ona görə peşə dünyası haqqında olduqca rəngarəng düşüncələr palitrası yaratmaq vacibdir ki, gələcəkdə bu materiallar əsasında şagird peşə aləmini analiz edə bilsin. Uşaq nə qədər çox peşə ilə tanış olsa, onun peşə dünyası haqqında təsəvvürü nə qədər geniş olsa, gələcəkdə bir o qədər ixtisas planlaşdırmasında az səhvlər edər. Beləliklə, ibtidai siniflərdə peşə seçimi işinin əsas məsələsi uşağın peşələr haqqında təsəvvürlərini böyüklərlə ünsiyyət prosesində genişləndirməkdir. İbtidai siniflərdə keçirilən peşə seçimli məşğələlərin əsas məzmun və strukturu kiçikyaşlı məktəblilərin yaş xüsusiyyətləri ilə müəyyən edilir. Məktəbdə təhsilin başlanğıcında söz-məntiq düşüncəsi formalaşır ki, bu da sözlərlə əməliyyat aparmaq, fikir məntiqini anlamaq, öz nöqteyi-nəzərini arqument etmək deməkdir. Birincilər anlayışla işdə hər şeydən əvvəl obyektin hərəkətini xarakterizə edən ( oedir?), daha çox əyani, xarici əlamətlərini, onun təyinatını (oüçündür?) qeyd edirlər. Kiçikyaşlı məktəbli üçün əşyanın daxilini təyin etmək, onu hər hansı bir növə aid etmək çox çətindir. Məsələn, onlar üçüntraktor” kənd təsərrüfatı nəqliyyatı növü deyil, sahədə gəzmək üçün, “kartofu yerdən çıxarmağa kömək etmək” üçündür. Birinci sinif şagirdi arqumentasiyanı və isbatı tez-tez fakta işarə etməklə əvəz edir. Əsasən də onla üçün səbəb-nəticə əlaqələrinin başa düşülməsi və yaranması çox çətin gəlir. Məsələn, “Bitki niyə qurudu?” sualı “Əgər bitkini sulamasan, nə olar?” sualından daha çətindir. Məhz ona görə peşə seçimi dərslərinin planlaşdırılması prosesində peşənin əsas tərəflərini seçməyi öyrətmək vacibdir. Mühasibin - kompüterin arxasında oturan adam, sürücünün - maşında gəzən adam olmadığını uşaqlar anlamaya bilərlər. Pedaqoq uşaqların peşə haqqında təsəvvürlərinin əsasında vacib, əsas əlamətlərinin əsasında formalaşdırmağın üzərində durmalıdır. Məsələn, bu sualların köməyilə “Axı sən də, oyun oynayarkən kompüter arxasında oturursan. Sən axı mühasib deyilsən! Bəs mühasib kimdir?”, “Sənin atan da ola bilər ki, maşında gedir, ancaq o, mühəndisdir, santexnikdir, aşpazdır, həkimdir -sürücü deyil ki!” Diqqət haqqında da unutmaq olmaz. Birinci sinifdə (əsasən də ilk dörd ay ərzində) uşaqlar fikirdən yayınırlar, tez yorulurlar. Peşələr haqqında uzun-uzadı disputlar effektiv deyildir. Bu faktı diqqətdə saxlayaraq uşaqların maraq dünyasını nəzərə almaq lazımdır (onlara maraqlı olanları).

*oynamaq;

*nağıllara qulaq asmaq və müzakirə etmək;

*şəkil çəkmək;

*fantaziyalar qurmaq;

*rebusları həll etmək;

*tapmacalar tapmaq, gizlədilmiş bir əşyanı tapmaq;

II-IV siniflərdə kiçikyaşlı məktəblinin yaş xüsusiyyətləri artıq məktəbəqədərki dövrlə bir o qədər də sıx bağlı deyil.

-Burada əsas nəyə diqqət edilməlidir?

- II-IV sinif uşaqlarının mənimsəməsi daha differensial olur. Uşaqlarla işdə iki oxşar obyektin, əşyanın, hadisənin, sözün, situasiyanın s. müqayisə etmək üzrə çalışmalardan istifadə etmək lazımdır. II-IV sinif şagirdləri artıq təkcə əşyanın adını deməklə kifayətlənmir, bu əşya haqqında danışa bilirlər, onun hansı hissələrdən ibarət olduğunu, insanların həyatında rolunu müəyyən edə bilirlər. Sənət, peşə dünyası ilə tanışlıq prosesində mütəxəssislərin əmək şəraiti əmək alətləri haqqında məlumatlara diqqət yetirmək lazımdır. Əgər birincilər diqqətlərini 30-35 dəqiqə ərzində saxlaya bilirlərsə, II sinfə başladıqda bu zaman 40-45 dəqiqədir. IV sinfin sonunda şagirdlər diqqətlərini bir əşyadan digərinə keçirməyi bacarmalıdırlar. Eləcə diqqəti paylaşmaq bacarığını da inkişaf etdirmək lazımdır. (məsələn: oxuma eşitmə arasında) Bu bacarıq cütlərlə qruplarla zamanı daha effektiv inkişaf edir. Məsələn, müəyyən bir peşə üçün vacib olan keyfiyyətləri saymaq uşaqlar üçün cütlük ya qruplarda daha asandır. III-IV sinif şagirdlərinin yaş xüsusiyyətlərinin bir neçə fərqi var. III sinif uşaqların həyatında vacib dövrdür. Məhz III sinifdə uşaqlar oxumağa daha şüurlu münasibət göstərirlər, öyrənməyə daha aktiv maraq yönəldirlər. Bu etapda aktiv mənimsəmə düşüncə əməliyyatlarının formalaşması baş verir, daha intensiv olaraq şifahi düşüncə inkişaf edir. Düşüncənin yeni imkanları gələcəkdə mənimsəmə, diqqət, yaddaşın inkişafına əsas olacaqdır. Bu yaşdaistəyirəmmotivilazımdırmotivi ilə əvəz olunur. I sinifdə kiçik məktəb yaşının yeniliklərinin formalaşması başa çatır, yəni uşağın fundamental xarakteristikasının qurulması başa çatır bunun əsasında da gələcəkdə yeniyetməliyə qədərki dövrün inkişafı davam edir. Bu yaşda inkişafda olan tələbatların ilkin dərk olunması baş verir, yəni kiçikyaşlı məktəbli artıq “real mən “ideal mənarasında olan təzadı başa düşür, bacarıqları ilə imkanları arasındabacarıramistəyirəmözünün üstünlüklərini çatışmayan cəhətlərini qiymətləndirmək imkanı yaranır, bu da gələcəkdə dərrakəli şəkildə peşə seçimi etməyinə kömək edir.

 

Anar Miriyev

Palitra.-2015.-9 oktyabr.-S.11.