“Elmlə məşğul olmağa başlarkən cəmiyyətə xidmət barədə düşünmək vacib şərtdir”

 

Azərbaycanda elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirələri son dövrlərdə olduqca aktuallıq kəsb etməkdədir. Bu məsələlələrə elmi yanaşma ilə yanaşı, sırf elm sahəsində ciddi tədqiqatlar aparılması, elmi kadrların formalaşması və onların cəmiyyətin ümumi inkişafına töhfə verməsi olduqca zəruridir. Çox vaxt elmi biliklərə can atmağa çalışan və bu sahədə konkret ixtisaslara yiyələnmək istəyənlər əslində nədən başlamalı olduqlarını, hansı sahədə özlərini sınamağın daha əlverişli olduğunu bilmirlər. Elmi bilik sahələrinin differensiasiyası və təsnifatı məsələləri barədə ictimaiyyət, elmi sahələr üzrə mütəxəssis kimi yetişmək istəyənlər yalnız səthi məlumata malikdir.

Digər tərəfdən, bu məsələlərin peşəkar səviyyədə tədqiqi və müəyyənləşdirilməsi də arzuolunan səviyyədə deyil. Hazırda Azərbaycan dövləti elmin inkişafı üçün çox ciddiintensiv tədbirlər görür. Məsələn, Elmin İnkişafı Fondunun yaradılması, ayrı-ayrı milli donor qurumlar tərəfindən alimlərin, xüsusilə də gənc alimlərin layihələrinin maliyyələşdirilməsi, gənc alimlərin xaricə təkmilləşmə kurslarına göndərilməsi və sair məsələlər qeyd edilə bilər. Bundan başqa, ayrı-ayrı elmi-tədqiqat institutlarına ölkə Prezidentinin təşəbbüsülə maliyyə dəstəyinin göstərilməsi, akademiyanın maddi-texniki bazasının tamamilə yenilənməsi, modern elmi kitabxananın qurulması bu baxımdan xüsusilə qeyd edilməlidir. Bununla belə, elmin inkişafı proseslərinin və bütövlükdə elmi proseslərin mahiyyətini dərk etmək də vacib hesab edilir. Bu, həm elmi ictimaiyyət, həm də cəmiyyət və elmlə maraqlananlar üçün önəm daşıyır. Bu proseslərin fəlsəfi yozumu da maraq kəsb edir.

Mövzu ilə bağlı bizə fikirlərini bildirən Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının idarə heyətinin sədri, professor, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilova görə, elmlərin, elmi bilik sahələrinin təsnifatı məsələsinə həm pozitivizmdə, həm də fəlsəfədə geniş yer verilsə də, biliklərin struktur səviyyələrinə görə bölgüsü çox az tədqiq olunub. Elmiliyin meyarı problemi ilə bağlı olaraq alim bildirir ki, elmiliyin meyarı problemi elmin məntiqi-qnoseoloji aspektinə və ya epistemologiyaya aiddir. Lakin «elm» və «elmilik» anlayışları müxtəlif əhatə dairələrinə malikdir. Məsələ burasındadır ki, elmilik şərti Qərb fəlsəfəsində bir qayda olaraq yalnız biliklə əlaqədar işlədilir, yəni biliklərin elmiliyindən və ya başqa sözlə, elmi bilikdən söhbət gedir. Halbuki «elmi fəaliyyət», «elmi mübahisə», «elmi jurnal», «elmi müəssisə», «elmi işçi» və sair bu kimi çox müxtəlif obyekt və hadisələr üçünelmilik meyarından danışmaq olarbütün bu hadisələr «elm» anlayışında əhatə olunduğundan onun həcmi çox genişdir. Elmin müxtəlif en kəsiklərində, müxtəlif aspektlərdə tədqiqinə ehtiyac da buradan irəli gəlir.

Qeyd etmək lazımdır ki, söhbət elmin mahiyyətindən gedəndə ikinci dərəcəli məsələlər deyil, bilavasitə elmin təbiətindən irəli gələn ən ümumi istiqamətlər nəzərdə tutulmalıdır. Professor bu barədə belə düşünür: “Elmin bu cür mühüm en kəsikləri və buna uyğun olan tədqiqat istiqamətləri əsasən ikidir: məntiqi-qnoseoloji və sosial. Bütün digər aspektlər bu iki mühüm istiqamətin qol-budaqları kimi qiymətləndirilə bilər”.

Professorun fikrincə, müasir Qərb fəlsəfəsində bu aspektlərdən birininya o birisinin ön plana çəkilməsi, məsələnin birtərəfli qoyuluşu elmin əsl mahiyyətini açmağa imkan vermir: “Xüsusən pozitivizmin bütün formaları elmi yalnız epistemoloji aspektdə tədqiq edirsosial aspekti nəzərə almır. Bu mövqe idealist fəlsəfə üçün tamamilə səciyyəvidir. Belə ki, müvafiq sosial problemlər elmin obyektiv ictimai hadisələrlə bağlılığından irəli gəlir və onların qəbul olunması həmin məsələdə materialist mövqeyə uyğundur.

Qərb elmşünaslığı, çox yerdə elmi dilin məntiqi təhlili ilə və ya «elm fəlsəfəsi» ilə üst-üstə düşür, problemin sosial aspekti isə ya işlənmir, ya da çox vaxt ayrıca, tam müstəqil bir məsələ kimi öyrənilir: elmin məntiqi-qnoseoloji tədqiqi ilə sosial (əslində yalnız statistik sosioloji) tədqiqatlar arasında heç bir əlaqə yaradılmır. Elmin başlıca vəzifəsi mütləq həqiqətlərin əldə olunması kimi başa düşüldüyündən məsələ tezliklə həqiqət problemi ilə eyniləşir”.

Real vəziyyət göstərir ki, əksər filosofların əsərlərində yeni dövr fəlsəfəsinin ənənəvi müddəaları, o cümlədən, kumulyativ epistemologiyanın, xüsusən Kant epistemologiyasının bəzi tezisləri tənqidi surətdə nəzərdən keçirilmədən, özlüyündə məlum bir şey kimi qəbul edilib: “Belə ənənəvi müddəalardan biri və ən çox yayılanı elmin biliklər sistemi kimi qəbul edilməsidir. Bu mövqe nəinki monoqrafik ədəbiyyatda ən çox rast gələn mövqedir, həm də kütləvi ədəbiyyata və dərsliklərə nüfuz edib, dərin kök salıb. Kumulyativist epistemologiyanın müddəalarına əsaslanan bu mövqe elmin sosial aspektini nəzərə almağa imkan vermir və internalizmə uyğun gəlir.

Əslində elmbilik sistemləri yalnız müəyyən ümumi sahədə kəsişir, qalan sahələrdə isə bir-birindən fərqli məzmunlara malikdir. Bu ümumi sahə - elmi bilikdir. Elmi bilik «elm» sisteminə daxildir. «Bilik» anlayışı elmi bilikdən başqa, əməli biliyi əhatə edir ki, sonuncu «elm» sisteminə daxil deyil. Yaxud da «elm» anlayışının əhatə etdiyi maddi tərəflər (elmi tədqiqat institutları, laboratoriyalar, «elmi texnikası» s.) yaradıcılıq axtarışları «bilik» sisteminə daxil deyil.

Biliklər sistemi özündə fəaliyyət momentini əks etdirmir. Elm isə məhz elmi axtarışlar, yaradıcılıq, tədqiqat prosesində - elmi fəaliyyət zamanı cəmiyyətin tərkib hissəsi kimi, ictimai hadisə kimi qarşıya çıxır”.

Beləliklə, alimə görə, elmə biliklər sistemi kimi baxmaq elmi biliyin digər biliklərə nəzərən özünəməxsus cəhətini, elmilik meyarını axtarmaq «elm» sisteminin öyrənilməsi üçün kifayət deyil: “Nəinki elmin bütöv bir sistem kimi öyrənilməsi, həm onun məntiqi-qnoseoloji aspektdə tədqiqi bu çərçivəyə sığmır, müəyyən şərtləri ödəyən biliklər sistemi ilə yanaşı, ümumictimai fərdi elmi fəaliyyət proseslərinin nəzərə alınmasını tələb edir».

Elmin bir sosial sistem kimi öyrənilməsinə, onun ictimai mahiyyətinin qiymətləndirilməsinə ən çox bilavasitə elmin sosioloji iqtisadi problemlərinə həsr olunmuş əsərlər xidmət edir. Professor bu barədə bildirir: “Elmdə müəyyən sosial strukturun hələ əvvəllər mövcud olmasına baxmayaraq, onun tədqiqinə ciddi tələbat yox idi, belə ki, elm bir fəaliyyət sahəsi kimi yalnız son vaxtlarda ön plana keçib.

Elmi fəaliyyət sahəsinə ümumi milli gəlirin getdikcə daha çox hissəsinin sərf olunması elmin iqtisadi baxımdan öyrənilməsinə tələbatı artırır. Lakin bu sahədə hələ çox az görülüb; halbuki konkret elmi tədqiqatların faydalılıq dərəcəsinin artırılması elmin düzgün planlaşdırılması üçün iqtisadi təhlilin rolu böyükdür.

Elmə xüsusi fəaliyyət sahəsi kimi baxan Q.N.Volkov hər bir zaman mərhələsində cəmiyyətin ona qədər əldə etdiyi biliklər sistemini «elm» anlayışına daxil etmir: «Elmin mahiyyəti artıq dərk edilmiş olan həqiqətlərdən yox, onların axtarılmasından, təbiət cəmiyyət qanunlarının öyrənilməsi istifadə olunmasına yönəlmiş eksperimental tədqiqat işlərindən ibarətdir. Elm özlüyündə heç bilik olmayıb, cəmiyyətin bilik istehsalı üzrə fəaliyyətidir, başqa sözlə, elmi istehsaldır». Göründüyü kimi, Q.N.Volkov elmə xüsusi fəaliyyət sahəsi deməli, proses kimi baxmaqla onun əhatə dairəsini həddindən artıq kiçildir ki, bu da məntiqi cəhətdən qüsurlu olan nəticəyə gətirir: elm - ... elmi istehsaldır. Halbuki elmi istehsal «elm» anlayışının əhatə etdiyi tərkib hissələrindən yalnız biridir. Buna baxmayaraq, «elmi istehsal» anlayışının daxil edilməsi elmin mahiyyətinin başlıca xüsusiyyətlərinin öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir. Q.N.Volkov öz mövqeyini elmi şəkildə əsaslandırmağa bu işdə daha çox öyrənilmiş olan istehsal prosesi ilə analogiya yaratmağa çalışmışdır ki, bu cür təşəbbüs yalnız təqdirəlayiqdir. Müəllif daha sonra yazır: «...Texnika maddi istehsalda hansı rolu oynayırsa, elmi bilik mənəvi istehsalda həmin rolu oynayır. Bu mənada texnika insanın əməli fəaliyyətinin süni orqanı olduğu kimi, elm insan beyninin süni orqanıdır. Lakin təəssüf ki, maddi mənəvi istehsal proseslərinin analogiyasından istifadə təşəbbüsü ardıcıl surətdə davam etdirilməyib».

S.Xəlilov daha sonra qeyd edir ki, elmin müxtəlif aspektlərdəki tədqiqinin bir-biri ilə əlaqəli şəkildə aparılması bir-birini tamamlaya bilməsi üçün onun bir sistem kimi müəyyənləşdirilməsi ən vacib şərtdir: «Amerika alimi H.Liman məhz bu cəhəti nəzərə alaraq yazır: Biz elmin fəlsəfi, psixoloji, yaxud sosial aspektlərini fərqləndirməzdən müzakirə etməzdən əvvəl, hansı yolla isə elmi müəyyən bir tam kimi təsəvvür edə bilməliyik».

Elmi bütöv bir hadisə kimi təsəvvür etməyin, onun mahiyyətini, ümumi inkişaf meyillərini öyrənməyin bu gün cəmiyyət qarşısında duran praktik vəzifələri həyata keçirmək sahəsində kimi bir əhəmiyyəti vardır?

Müasir dövrdə insanın maddi rifah halı, məhsuldar qüvvələrin inkişaf perspektivləri ilk növbədə elmin dərəcədə qabaqcıl mövqe tutmasından asılıdır. Elmi obyektiv inkişaf meyillərini bilmədən onu optimal surətdə təşkil etmək mümkün deyil. Elm cəbhəsinin ön xəttinə çıxmaq, onun nailiyyətlərindən səmərəli surətdə istifadə edə bilmək üçün ən mühüm şərt onun təşkilati strukturunun düzgün müəyyənləşdirilməsi, elmin özünün elmi əsaslarla tənzim olunmasıdır”.

S.Xəlilova görə, elmlə elm naminə, şöhrət naminə cəmiyyətə xidmət naminə məşğul olanlar var. Elmlə məşğul olmağa başlarkən, üçüncüsü barədə düşünmək olduqca vacibdir.

 

İlkin AĞAYEV

Palitra.-2015.-7 yanvar.-S.11.