Xalq artisti Mənsum İbrahimov səhnəyə 127-ci dəfə Məcnun rolunda çıxacaq

 

Yeni ilin ilk ongünlüyünü yaşamağımıza baxmayaraq artıq işlərə başlamışıq. Belə ki, bir həftədən sonra, yəni yanvarın 18-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində “Leyli və Məcnun” operası gənc solistlərin ifasında nümayiş etdiriləcək. Leyli rolunda mənim istedadlı tələbəm Arzu Əliyeva, Məcnun rolunda isə Elnur Zeynalov çıxış edəcəklər. Bu məni olduqca həm sevindirir, həm də bir müəllim olaraq qürurlandırır.

Bu sözləri AzərTAc-a müsahibəsində Azərbaycanın xalq artisti Mənsum İbrahimov deyib.

Müğənni bildirib ki, fevralın əvvəlində tamaşaçılar OperaBalet Teatrının səhnəsində yenidən “Leyli və Məcnun” operasına tamaşa edə biləcəklər. Bu dəfə mən səhnəyə yeni bir Leyli - respublikanın xalq artisti Gülyanaq Məmmədova ilə çıxacağam. O, mənim səhnədə sayca səkkizinci “Leylimolacaq. Gülyanaq Məmmədova çox gözəl ifaçıdır və inamla deyirəm ki, səhnəmizə yeni bir Leyli gəlir. Onun səhnə plastikası, səs imkanları, görkəmi, aktyorluq məharəti bu işin öhdəsindən uğurla gəlməsinə imkan verəcək. Yeri gəlmişkən onun da deyim ki, mənim səhnədə ilkLeylimGülyanaq xanımın bacısı, xalq artisti Gülyaz Məmmədova olub.

Bununla da səhnəyə 127-ci dəfə “Məcnun” kimi çıxacağını söyləyən M.İbrahimov hesab edir ki, bu həm də dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ruhu qarşısında bir sənət imtahanıdır. Onun sözlərinə görə OperaBalet Teatrının baş rejissoru Hafiz Quliyevin rəhbərliyi altında artıq məşqlərə başlanılıb.

Xalq artisti vurğulayıb ki, bu il muğamımız üçün uğurlu başlayıb. Belə ki, “Muğam televiziya müsabiqəsi – 2015”ə start verilib. Bir neçə gündən sonra biz seçimlərə başlayacağıq. İlk olaraq bölgələrdə, sonra isə Bakı və Sumqayıt şəhərlərində aparılacaq dinləmələrdən sonra 20-lik seçiləcək. Bundan sonra canlı efir vasitəsilə yeni muğam ifaçıları xalqımıza təqdim olunacaq.

Görkəmli muğam ifaçısı deyib ki, bu il ərzində bir neçə xarici ölkələrdə geniş konsert proqramları ilə çıxış edəcək. Eyni zamandaQarabağmuğam qrupunun təqdimatında yeni bir disk muğamsevərlərin ixtiyarına veriləcək.

 

Palitra.-2015.-9 yanvar.-S.13.