Beynəlxalq sərgilərdə ölkəni təmsil etmək rəssam üçün şərəfdir

 

Könül İsmayılova: İstanbulda və Azərbaycanda fərdi sərgimin açılmasını təklif ediblər. İnşallah, bu il öz işlərimi bir neçə beynəlxalq festivalda, Sankt-Peterburqda, Brüsseldə və Slovakiyada təqdim

edəcəyəm

 

Ölkəmizdə həyata keçirilən gənclər siyasəti onların fiziki-mənəvi baxımdan sağlam nəsil kimi yetişdirilməsinə xidmət edir. Müxtəlif sahələrdə həyata keçirilən tədbirlər gənclərin tariximizi, mədəniyyətimizi, incəsənətimizi daha dərindən mənimsəməyə imkan verir. Bu gün gənclər idman yarışlarında çıxış edir, muğam müsabiqələrində iştirak edir, müxtəlif rəsm sərgilərində öz əsərlərini təqdim edirlər. Bununla da belə müsabiqələrdə, yarışlarda iştirak etməsi gənclərimizin mənəvi inkişafında mühüm rol oynayır. Müsahibimiz məhz belə gənclərdən biri, rəssam Könül İsmayılovadır:

- Ötən müddət ərzində bir çox tədbirlərdə və sərgilərdə iştirak etmişəm. 30 noyabr 2013-cü ildə Amerika məktəbində mənim işlərim xeyriyyə sərgisində nümayiş etdirildi. 3 dekabrda isə Beynəlxalq Əlillər Gününə həsr edilmiş konfransda iştirak etmişəm. Daha sonra 6 dekabr tarixdə isə işlərim Azərbaycan Diplomatiya Akademiyasında xeyriyyə sərgisində nümayiş etdirildi. 18 dekabrda Müstəqil həyat Mərkəzinin iştirakı ilə Britaniya Konsulluğunun konfransında iştirak etdim. 2014-cü il də mənim üçün bir sıra tədbirlər və sərgilərlə yadda qaldı. 7 fevral 2014-cü ildə BMT-nin Əlillərin hüquqları haqqında Konvensiyasına paralel hesabatın hazırlanmasında Azərbaycan Karlar Cəmiyyətinin roluna həsr edilmiş konfransda iştirak etmişəm. 10-12 apreldə isə CATEC-2014 Caspian International Aqua Technologies Exhibition and Conference sərgisində iştirak etmişəm. Sərgidə keramika (dulusçuluq) bölməsində mənim diploma layiq görülən Balıqçılar adlı rəsm işim təqdim edilmişdi. 18 apreldə Sərsəng Harayı adlı sərgidə iştirak etmişəm. Sərgidə mənim diploma layiq görülən Qurumuş torpaq adlı rəsm işim təqdim edilmişdi. Sərgi Yevlax və Tərtər bölgələrində, eləcə də Belçikada keçirildi. Həmin tarixdə Şirvanşahlar sarayında baş tutan sərgidə mənim İçərişəhər adlı rəsm işim 3-cu yerə layiq görüldü. Sərgi Beynəlxalq Tarixi Abidələr Gününə həsr edilmişdi. 30 apreldə isə Nar sərgisində iştirak etmişəm. Sərgidə mənim Narlar adlı rəsm işim təqdim edilmişdi. Sərgi Azərbaycan Rəssamlar İttifaqında həyata keçirilirdi. Bundan başqa, Art Baku Gənc Rəssamların sərgisində,15 mayda isə Kapelhuase-da keçirilən Almaniya Rəssamların Gözü ilə adlı sərgidə iştirak etmişəm. Sərgidə Kelndə Məscid adlı rəsm işimi təqdim etmişdim. Rəsm işi diploma layiq görüldü. 22-28 may tarixində Azərbaycan Rəssamlar İttifaqında təşkil olunan Rəngli düşüncələr adlı sərgidə, 11 iyunda CATEC-2014 Caspian International Aqua Technologies Exhibition and Conference sərgisində iştirakıma görə təntənəli mükafatlandırma mərasimində iştirak etmişəm. Burada 128 rəssam arasında yalnız 20 rəssam seçilmişdi. 28-30 iyun 2014-cü ildə Azərbaycan mənzərələri adlı sərgidə iştirak etmişəm. Sərgi Qusarda bədii qalereyada baş tutmuşdu. Orda mən Qarabağda Alban Kilsəsi və Şirvanşahlar sarayı adlı iki rəsm işini təqdim etmişdim. 23 avqustda Works of Young Talents adlı sərgidə iştirak etmişəm ki, sərgi Natəvan bədii qalereyasında keçirilirdi. Orada mənim Kelndə Məscid, Balıqçılar və Məşədi İbad adlı rəsm işlərim təqdim edilərək diploma layiq görüldü. 11-13 sentyabrda ADEX 2014 SÜLH 1-ci Azərbaycan Beynəlxalq Müdafiəsi Sənayesi Sərgisində iştirak etmişəm və burada mənim Dinclik adlı işim nümayiş etdirildidiploma layiq görüldü. 13 oktyabrda mən Fırçaların söhbəti adlı sərgidə iştirak etmişəm. Həmin sərgidə Natürmort və Qış səhəri adlı iki işim təqdim edildidiploma layiq görüldü. 5 noyabrda Dövlət Bayrağı Gününə həsr edilmiş sərgidə mən diploma layiq görüldüm. 25 noyabrda keçirilən Narkomaniyaya yox deyək adlı sərgidə mənə diplom təqdim edildi. 6 dekabrda Fireland vineyards-da təşkil edilən Abşeronun rəngləri adlı sərgidə Köhnə küçəvə İmprovizasiya adlı iki rəsm işimi təqdim etdim. Bundan başqa, 2014-cü ildə Uluslararası Aktivist Sanatchilar Birliyinə (UASB) üzv oldum. 35-dən çox ölkədə nümayəndəlikləri olan birliyin mərkəzi İzmir şəhərində yerləşir.

- Gənc rəssam kimi hansı sənətkarların əsərlərini dəyərləndirirsiniz sizin üçün bir məktəb rolunu oynayıb?

- Qeyd etmək istəyirəm ki, mən incəsənətdə impressionizm postimpressionizm adlı istiqamətlərin böyük pərəstişkarıyam. Buna görə rəssamların bu üslublarda işlərinə üstünlük verirəm. Bu fırça ustalarının işi məni heyran edir, ovsunlayır mənə ilham verir. Onlardan Klod Eduard Mone, Oqyust Renuar, Kamil Pissaro, Beta Morizo, Alfred Sisley, Frederik Bazil, Edqar Deqa, Jeyms Uistler, Kent R.Valis, Anri Matiss, Andre Kon, Leonid Afryomov digərlərinin adlarını çəkə bilərəm. Əlbəttə ki, Toğrul Nərimanbəyov, Ağəli İbrahimov, Arif Hüseynov, Tahir Salahov, Səttar Bəhlulzadə, Sakit Məmmədov, Vəcihə Səmədova, Vüqar Əli kimi Azərbaycan xalq rəssamlarının işlərinə rəğbətim var. Bundan başqa, nəinki Azərbaycanda, həm xarici ölkələrdə məşhur olan müəllimlərimin- Elçin Bünyatovun, Emin Qəhrəmanovun Zöhrab Cabbarovun da adını xüsusilə qeyd etməliyəm. Mən onların necə işlədiyini, rəsmlərin işlənməsi texnikası incəliklərini saatlarla zövqlə müşahidə edə bilərəm. Müəllimlərim sarıdan bəxtim çox gətirib. Onlara bir rəssam kimi yaradıcılıq təşəbbüslərimi dəstəklədiklərinə əməklərinə görə hər zaman minnətdaram.

-Əsərlərinizdə daha çox hansı amillərə üstünlük verirsiniz?

- Mən, əsasən, peyzajlar natürmortlar çəkirəm. Təbiətimizin, dənizin, köhnə şəhərimizin vurğunuyam. Məni payızın çiskinləyən yağışı ağacların yarpaqlarını xışıldadan xəfif küləyi, dənizin şəlalələrin səsi, eləcə İçərişəhərdə gəzintilər ilhama gətirir. Köhnə evlər küçələr, Şirvanşahlar sarayı, qala, məscidlər məni heyran edir rəsm işlərimdə müraciət etdiyim sevimli mövzularımdı. Bundan başqa, mən Avropanın rahat səliqəli şəhərlərini çəkməyi sevirəm. Avropa ölkələrinin memarlığı məftunedicidir: sirli qəsrlər, nağıllardakı evlərə bənzər evlər, yaxtaları qayıqları olan balıqçı körpüləri. Belə rəsmlər çəkəndə sanki keçmişə səyahət edirsən ya nağıla düşürsən. Mən həm pianino, skripka, gitara ilə ifa edilən klassik musiqinin, həm sadəcə müasir, lakin romantik mahnıların sədaları altında işləməyi sevirəm.

-Adətən bu sahədə çalışan sənətkarlar istəyirlər ki, öz əsərlərini dünya miqyasında tanıtdırsınlar. Sizin xarici ölkədə sərgiləriniz təşkil olunubmu, yaxud istərdinizmi?

- Əlbəttə, hesab edirəm ki, rəssamların nəinki öz ölkələrində, həm xaricdə məşhur olmağa can atmaları yaxşı haldır. Beynəlxalq sərgilərdə festivallarda iştirak etmək, öz ölkənin mədəniyyətini nümayiş etdirmək başqa ölkələrin mədəniyyəti ilə tanış olmaq həm rəssamın özü, həm onun təmsil etdiyi ölkə üçün şərəfdir. Mənim işlərimi Moskvada, Polşada Belçikada beynəlxalq festivallarda nümayiş etdiriblər. Onlardan bəziləri Azərbaycanda xarici ölkələrdə şəxsi kolleksiyaları bəzəyir. Mənə İstanbulda Azərbaycanda rəsmlərimdən ibarət fərdi sərgimin açılmasını da təklif ediblər. İnşallah, bu il öz işlərimi bir neçə beynəlxalq festivalda, Sankt-Peterburqda, Brüsseldə Slovakiyada təqdim edəcəyəm.

- Bu gün gənclərin incəsənətə, o cümlədən rəssamlığa marağını necə qiymətləndirirsiniz?

- Əlbəttə, maraq var, həm incəsənətin bütün növlərinə. Sevindirici haldır ki, ölkəmizdə istedadlı gənclər çoxdur dövlətimiz həm sağlam, həm da sağlamlıq imkanları məhdud insanlara həm Azərbaycanda, həm xaricdə müxtəlif müsabiqələrdə, festivallarda özlərini yaradıcılıq qabiliyyətlərini nümayiş etdirməyə şərait yaradır.

-Sizcə, bu gün ölkəmizdə rəssamlıq sənətinin inkişafı ilə bağlı problemlər varmı?

- Problemlər həmişə var, məsələn, gənc rəssamların əksəriyyətinin emalatxanası yoxdur. Evdə işləmək imkanı hər zaman olmur. Bu, əlbəttə ki, inkişaf etməyə mane olur. Başqa bir problem isə bahalı materiallar problemidir. Əvvəllər bu problemlərlə Rəssamlar İttifaqı məşğul olurdu, bu qurum rəssamları materiallarla, emalatxanalarla təmin edir, onları ölkələrini təmsil etmək üçün beynəlxalq müsabiqələrə göndərirdi. İndi isə belə deyil. Bu sahədə mövcud problemlər incəsənətə, rəssamlığa mənfi təsir göstərir.

-Gənclərin bu kimi peşələrə marağını artırmaq üçün hansı təkliflər irəli sürmək olar?

- Məncə, gənclərdə incəsənətə maraq oyatmaq üçün mütləq daha geniş şərait yaradılmalıdır. Axı incəsənət əsərləri dövlətin tarixinin ayrılmaz hissəsidir. Rəssamlıq, memarlıq, kino, musiqi, ədəbiyyat - bütün bunlar qalır və öz gözəlliyi ilə məxsus olduğu dövləti əsrlər boyunca mədh edir. Buna görə də dövlət incəsənət xadimləri üçün daha çox şərait yaratmaqla mədəniyyətin inkişafında fəal olaraq iştirak etməli, gənclərə incəsənətə sevgi aşılamalı və onlarda nəinki doğma Vətəndə, həm də onun hüdudlarından kənarda ürəkləri fəth edə biləcək incəsənət əsərləri yaratmaq arzusu oyatmalıdır.

-Siz uşaqlara rəssamlığın sirlərini öyrədirsinizmi?

- Bəli, hərdən sağlamlıq imkanları məhdud uşaqlara dərs keçirəm, böyük məmnuniyyətlə onlara rəssamlığın sirlərini açıram. Mən uşaqları çox sevirəm, rəsm çəkərkən onların necə səy göstərdiklərini müşahidə etməyi çox xoşlayıram, onların yaxşı nəticələrinə onlarla birlikdə sevinirəm.

- Gələcək planlarınız nədir?

- Planlarım çoxdur, onların reallaşması üçün çox işləməliyəm. Hazırda mənim üçün ən əsas diplom müdafiəsidir. Allaha yalvarıram ki, fikrilərimi həyata keçirmək üçün mənə imkan versin, axı arzular gerçəkləşməlidir!

Nigar Abdullayeva

Palitra.-2015.-9 yanvar.-S.7.