Nabatfilmi daha bir uğura imza atıb

 

Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-ci ildə istehsal olunan "Nabat" filmi Hindistanda keçirilən 13-cü Pune Beynəlxalq Film Festivalında beynəlxalq münsiflər heyətinin "Xüsusi vurğulama" mükafatına layiq görülüb. Mükafat C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru, prodüser Müşfiq Hətəmova təqdim olunub. Film festivalın əsas müsabiqə proqramında yer alıb. Filmin ssenari müəllifləri Elxan Nəbiyev Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov digərləri canlandırıblar.

 

Tural

Palitra.-2015.-27 yanvar.-S.16.