Dünyada tanınan gənc alimlərimizin sayı artır

 

Muxtar Hacızadə: “Universitetelm müəssisələri əməkdaşları üçün plagiatla mübarizə qaydaları barədə treninqlər keçirilməsi lazımdır”

Azərbaycan müstəqillik qazanandan bəri çoxlu sayda elm adamlarımız nəinki ölkə daxilində, eləcə də dünyanın inkişaf etmiş ölkələrində, beynəlxalq miqyasda formalaşmağa, uğurlar qazanmağa və əlamətdar elmi nailiyyətlərə imza atmağa başladılar. Bunun üçün Azərbaycan dövləti münbit şərait formalaşdırıb və minlərlə Azərbaycan gəncinin xarici ölkələrdə magistr, bakalavr təhsil pillələri üzrə dövlət vəsaiti hesabına təhsil almasını, gənc alimlərin xaricdə təkmilləşməsi ilə bağlı proqramlarda iştirakını təmin edib. Bu baxımdan, Azərbaycan elminin və təhsilinin inkişafında həmin gənc mütəxəssis və alimlərin böyük töhfələri olacaq.

 

Bu cür öncül gənc alimlərimizdən biriMuxtar Hacızadədir. Xatırladaq ki, azərbaycanlı gənc alimali məktəb müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə elmi-pedaqoji fəaliyyəti və Avropa inteqrasiyası ixtisasının tədrisi üzrə peşəkarlığı sayəsində dünya miqyasında nüfuzluJean Monnet Kürsüsü Sahibitituluna layiq görülüb. “Jean Monnet Kürsüsü Sahibielmi-pedaqoji ad olmaqla yanaşı, avropaşünaslıq üzrə ixtisaslaşan dünya alim və pedaqoqlarının apardığı tədrisin keyfiyyəti və innovativliyi baxımından tanınması mənasını daşıyır. Jean Monnet Kürsüsü Sahibi” mükafatı, ona layiq görülən alimlərin avrointeqrasiyaya aid tədris və araşdırmalarını dəstəkləmək məqsədilə qlobal səviyyədə keçirilən beynəlxalq müsabiqə əsasında Avropa Komissiyası tərəfindən üç illik bir müddətə verilir.

Muxtar Hacızadə “Jean Monnet Kürsüsü Sahibi” mükafatını alan ilk və yeganə azərbaycanlıdır. Mükafat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 18 mart 2016-cı il tarixində dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: 13/16/1112-A7-477/X/B1) alınıb.

Muxtar Şakir oğlu Hacızadə 1984-cü ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhərinin Səbail rayonundakı 190 nömrəli orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinə daxil olub, 2005-ci ildə Beynəlxalq münasibətlər ixtisası üzrə məzun olub. 2005-ci ildə dövlət xətti ilə İstanbul Universitetinə daxil olub, 2007-ci ildə həmin universitetin Sosial Elmlər İnstitutunu bitirərək, beynəlxalq münasibətlər ixtisası üzrə magistr elmi dərəcəsi alıb.

Azərbaycanın 2009-cu ilin ikinci yarısında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik etdiyi dövrdə keçirilən xarici işlər nazirliklərini təmsil edən Yüksək Vəzifəli Şəxslər Komitəsi və QDİƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 21-ci iclaslarının təşkilat komitəsinin üzvü olub.

2007-ci ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Lester Universitetində doktoranturaya (PhD) daxil olub, 2012-ci ildə “Geniş Qara Dəniz Bölgəsində Kompleks Regionlaşmamövzusu üzrə dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Eyni zamanda, 2010-cu ilin oktyabr-dekabr aylarında Brüsseldə yerləşən və nüfuzlu beyin mərkəzi olan Avropa Siyasi Araşdırmaları Mərkəzində (CEPS) qonaq elmi işçi kimi fəaliyyət göstərib. 2012-ci il ərzində Lester Universitetinin Sənət, Humanitar Hüquq Kollecinin böyük elmi işçisi olub.

Türkiyə Elmi Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən keçirilən Xarici Tədqiqatçılar üçün Araşdırma Təqaüdü Beynəlxalq Müsabiqəsinin qalibi olub. Həmin proqramın qalibi kimi 2012-2013-cü akademik ilində Kadir Has Universitetinin Beynəlxalq Avropa Araşdırmaları Mərkəzində qonaq elmi-işçi olaraqQara Dəniz regionunda institutlaşmaadlı tədqiqat mövzusu üzrə işləyib, həmçinin həmin universitetin Beynəlxalq münasibətlər kafedrasında pedaqoji fəaliyyətlə məşğul olub.

Regionalizmin siyasi iqtisadiyyatı, beynəlxalq regionalizmlər, Qara Dəniz regionunda regionlaşma, institutlaşma, subregionalizm, interregionalizm həmçinin Avropa Birliyinin xarici qonşuluq siyasəti üzrə ixtisaslaşmaqdayam bu mövzuları ehtiva edən bir sıra elmi-tədqiqat işlərinin müəllifiyəm. İndeksli impakt-faktoru olan beynəlxalq jurnal kitablarda əsərləri çap olunub. Şərqi Avropa Siyasəti” (“East European Politics”) elmi jurnalında məqalənin, dünya nüfuzlu Ashgate, Routledge, Taylor Francis Qrupları nəşriyyatları tərəfindən çap olunmuş kitablarda müəyyən fəsillərin müəllifidir. Bundan əlavə, İngiltərədə nəşr olunanMüasir Avropa Araşdırmaları” (“Journal of Contemporary European Studies”) elmi jurnalının rəyçisidir.

2014-cü ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən xüsusi layihələrin maliyyələşdirilməsi məqsədi ilə elan edilənMobillik qrantımüsabiqəsinin qalibi olub, iyulun 30-dan avqustun 30-dək Böyük Britaniyanın Bath UniversitetindəGeniş Qara Dəniz bölgəsində təhlükəsizlik imperativləri təhlükəsizlik cəmiyyəti üçün fürsətləradlı elmi-tədqiqat işi aparmaq məqsədi ilə İngiltərəyə ezam olunub.

2014-2015-ci tədris ilində Azərbaycan Respublikasi Təhsil Nazirliyinin “SABAH” qruplarında dərs demək üçün professor-müəllim heyətinin seçimi üzrə Müsabiqə Komissiyasının üzvü olub.

2013-cü ilin sentyabr ayından etibarən Xəzər Universitetinin Siyasi elm beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsində işləyir.

İngiltərədəki Regional Araşdırmalar Assosiasiyasının (RSA), Britaniya Beynəlxalq Araşdırmalar Assosiasiyasının (BISA), Avropa Birliyi-Rusiya Tədqiqat Şəbəkəsinin, Müasir Avropa Tədqiqatları Universitetlər Assosiasiyasının (UACES), Britaniyanın Slavyan Şərqi Avropa Araşdırmaları Assosiasiyasının (BASEES) üzvüdür.

Azərbaycan, rus, ingilis, türk dillərini bilir; ərəb, fars fransız dillərinə maraq göstərir.

Ali təhsil sistemində islahatların aparılması məqsədilə ilkin olaraq etmək lazım olduğu ilə bağlı fikirlərini bildirən alimin fikrincə, çox qısa olaraq bu barədə aşağıdakıları qeyd etmək olar: “Ali təhsilin dövlət standartı ixtisaslar üzrə proqramlarının hazırlanması prosesinin təkmilləşdirilməsi üçün müvafiq komissiyaların-qrupların şəffaf hərtərəfli şəkildə tərtib olunması;ali təhsildə plagiata qarşı mübarizənin başladılması; akkreditasiyanın siyasi deyil, müstəqil qurum tərəfindən aparılması; tədris zamanı innovativ, interaktiv metodların istifadəsinin gündəmə gətirilməsi, tələbəyə-istiqamətlənən kursların layihələndirməsi; professor-müəllim heyətinin produktivliyini artırmaq üçün sistemli tədbirlər görülməsi. Yəni burada publikasiya üçün mərkəzləşdirilmiş təşviqedici tədbirlər nəzərdə tutulur”.

Akademik dürüstlüyün təminatı üzrə hansı addımlar atılmasına gəldikdə, alim bu barədə fikirlərini belə bildirir: “1 noyabr 2013-cü ildən etibarən Xəzər Universitetinin Siyasi elm beynəlxalq münasibətlər departamenti plagiat əleyhinə mübarizə aparmaq akademik dürüstlüyü təmin etmək üçün plagiat əleyhinə ixtisaslaşmış məşhur şirkətlərin proqramlarından istifadə etməyə başlayıb. Bu barədə qısaca olaraq onu demək olar ki, universitet elm müəssisələri əməkdaşları üçün plagiatla mübarizə haqqında proqramdan istifadə qaydaları barədə treninqlər keçirilməsi lazımdır”.

 

İlkin AĞAYEV

Palitra.-2016.-1 aprel.-S.11.