Xalqın tanıdılmasında antropologiyanın rolu böyükdür

 

Antropologiya elminin inkişaf konsepsiyasının işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir

Etnoqrafiya elmi hazırda da xalqımızın keçmişibu gününün öyrənilməsinə geniş imkanlar yaradır. Azərbaycanda etnoqrafiya elminin nailiyyətləri sırasında mühüm yeri, şübhəsiz, xalqımızın ənənəvi təsərrüfat mədəniyyətinin tədqiq edilməsi və bu mədəniyyətin regionalümumdünya əhəmiyyətinin müəyyənləşdirilməsi tutur

Son zamanlar AMEA-nın institut və təşkilatlarında prioritet elmi istiqamətlərdə aparılan araşdırmalar, elm və təhsilin inteqrasiyası ilə bağlı həyata keçirilən tədbirlər daha da vüsət alıb. Azərbaycanda arxeologiyaetnoqrafiya elmləri sahəsində fundamentalinnovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsi sahəsində böyük uğurlara imza atan AMEA ArxeologiyaEtnoqrafiya İnstitutu da belə qurumlardan biridir. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu sahədə görülən işlərə toxunacağıq. Qeyd edək ki, Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilib. Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər Vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnib. Respublikanın bütün bölgələrində aparılan etnoqrafik tədqiqatlarla əhalinin məişəti, adət-ənənələri, maddi və mənəvi mədəniyyəti öyrənilib. Science.gov.az” saytı yazır ki, institutda son zamanlar antropologiya sahəsində araşdırmalar daha da genişlənib. 2015-2016-cı tədris ilində AMEA ArxeologiyaEtnoqrafiya İnstitutu nəzdində magistraturaya "antropologiya" ixtisası üzrə iki nəfər qəbul olunub, tələbələrə I semestr ərzində fiziki antropologiyanın əsasları, etnologiyanın əsasları, etnologiyada nəzəriyyə kimi fənlər tədris olunub. Hazırda onların Türkiyənin müvafiq ali məktbələrində “antropolgiya” ixtisası üzrə təhsillərini davam etdirilmələri üçün tədbirlər görülür. Azərbaycanda antropologiyanın inkişafı, onun müasir dünya antropologiyası ilə ayaqlaşması üçün müntəzəm olaraq prioritet mövzuları, müasir nəzəriyyələri, yeni yaranan istiqamətləri nəzərdən keçirərək tətbiq etmək zərurəti yaranır. Antropologiya elminin inkişaf konsepsiyasının işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir.

 

Müasir Azərbaycan cəmiyyətinin inkişafında etnososial və etnomədəni xüsusiyyətlərin öyrənilməsi istiqamətində mühüm nailliyyətlər əldə olunub

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdiri, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədli qeyd edir ki, Azərbaycan etnoqrafiyası, antropologiyanın sələfi olaraq, zəngin və şərəfli tarixə malikdir: “Bu tarixə ötəri bir nəzər saldıqda belə, etnoqrafiya elminin müxtəlif sahələrində mühüm nailiyyətlər əldə olunduğu göz qabağındadır. Bu çoxsahəli zəngin irsi hərtərəfli araşdırmadan, onun tarixini və perspektivlərini yüksək elmi səviyyədə tədqiq etmək və müəyyənləşdirmək qeyri-mümkündür. Etnoqrafiya elmi hazırda da xalqımızın keçmişibu gününün öyrənilməsinə geniş imkanlar yaradır. Azərbaycanda etnoqrafiya elminin nailiyyətləri sırasında mühüm yeri, şübhəsiz, xalqımızın ənənəvi təsərrüfat mədəniyyətinin tədqiq edilməsi və bu mədəniyyətin regionalümumdünya əhəmiyyətinin müəyyənləşdirilməsi tutur. Etnoqrafik tədqiqatlar sahəsində müasir Azərbaycan cəmiyyətinin inkişafında etnososial və etnomədəni xüsusiyyətlərin öyrənilməsi istiqamətində də mühüm nailliyyətlər əldə olunub. Bu araşdırmalar dünyada və ölkədə cərəyan edən siyasi, mədəni tendensiyaların öyrənilməsi ətrafında cəmləşərək, müasir sosiomədəni proseslərin etnik aspektlərinə, azərbaycançılığın etnosiyasi aspektlərinə, ölkədə gedən etnodil proseslərinə, o cümlədən müasir miqrasiya proseslərinin etnomədəni xüsusiyyətlərinə aydınlıq gətirib. Lakin bu nailiyyətləri qeyd edərək, eyni zamanda etiraf etməliyik ki, müasir sosial-mədəni antropologiyanın diqqət mərkəzində saxladığı bir çox elmi problemlər Azərbaycan etnoqrafiyasının maraq dairəsindən xeyli kənarda durur. Azərbaycanda müasir sosial antropoloji tədqiqatlar ölkə əhalisi arasında ictimai-siyasi, mədəni transformasiyalar şəraitində etnomədəni dəyişikliklərin xüsusiyyətlərində cəmləşməlidir. Belə ki, antropoloqların diqqətində etnik mədəniyyətin vəziyyətinə əmək və məcburi miqrasiyaların, iqtisadiyyatda bazar mexanizmlərinin təşəkkülü kimi sosial proseslərin təsirinin xarakteri və dərəcəsi dayanmalıdır. Bəzi tədqiqatların nəticələri insanların kütləvi yaşayış yerlərinin dəyişməsinin etnik mədəniyyətin dayanıqlıq dərəcəsinə təsirini təsdiq edir. Müəyyən dərəcədə ənənəvi sosial-mədəni identikliklə yeni yaşayış şəraitinin sintezi nəticəsində yeni submədəniyyətlərin formalaşması baş verir. Dünyada baş verən qlobal dəyişikliklər Azərbaycan xalqının həyat fəaliyyətinin bütün sahələrini əhatə edib. Məkan və interyerin ənənəvi təşkili, ailədə münasibətlər və nəsillərarası münasibətlərin xarakteri, etnomədəni meyillər və etnos mədəniyyətinin digər aspektləri innovasiyaların basqınına məruz qalır. Bu proseslərin həyat fəaliyyətinin konkret sahələrindəki istiqamətləri, təsir gücü, antropoloji tədqiqatların mövzusu olmalıdır”.

 

Azərbaycanda sosial antropoloji tədqiqatların perspektivləri ölkənin sosial-iqtisadi, mədəni inkişafı və bu inkişafda müasir Azərbaycan cəmiyyətinin etnik və mədəni xüsusiyyətlərinin rolu ilə şərtlənir

 

Mütəxəssis qeyd edir ki, Azərbaycan antropoloqlarının diqqət mərkəzində xaricdə olan Azərbaycan icmalarının etnik xüsusiyyətləri, ölkəmizdə yaşayan etnik qruplar arasında etnomədəni, etnososial, etnosiyasi proseslər, əhalinin müxtəlif lokalkonfessional qruplarının xüsusiyyətlərinin müasir durumu kimi məsələlər də dayanmalıdır. Burada tədqiqat obyekti kimi tarixən formalaşmış (Gürcüstan, Dağıstan, İran, Türkmənistan) və yeni yaranan (Rusiya, Ukraynas.) Azərbaycan icmaları çıxış edir. Bu icmaların hüquqlarının, sosial-mədəni statuslarının, yaşadıqları mühitə uyğunlaşma dərəcəsinin tədqiqi həm elmi, həm də praktiki əhəmiyyət kəsb edir. Azərbaycanda sosial antropoloji tədqiqatların perspektivləri ölkənin sosial-iqtisadi və mədəni inkişafı, həmçinin bu inkişafda müasir Azərbaycan cəmiyyətinin etnik və mədəni xüsusiyyətlərinin rolu ilə şərtlənir. Bu istiqamətdəki tədqiqatlar belə bir nəticəyə gəlməyə əsas verir ki, son illərdə ölkəmizdə baş verən sosial-siyasi dəyişikliklərin xarakteri müəyyən dərəcədə cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrindəki etnik xüsusiyyətlərlə şərtlənir. Bu xüsusiyyətlər siyasi və dövlət institutlarının, çoxpartiyalı sistemin, seçki prosesinins. təşəkkülündə öz əksini tapır. Bununla yanaşı, ölkənin sosial- iqtisadi inkişafının əmək fəaliyyətində və ailə məişətindəki etnik xüsusiyyətlərində müəyyən asılılığı qeyd olunur. Bu xüsusiyyətlərin müəyyənləşdirilməsi və tədqiqi Azərbaycanın inkişafının strateji istiqamətlərinin işlənib hazırlanması üçün tutarlı elmi baza kimi çıxış edə bilər. Dövlətin və xalqın dünyada tanıdılmasında antropologiyanın rolu böyükdür. Azərbaycan etnik, mədəni baxımdan zəngin ölkədir. Antropoloqların tədqiqatlarının əsas istiqamətlərindən biri də azərbaycanlıların sosial-mədəni birlik kimi formalaşmasını, oxşarlıqları üzə çıxarmaqdan ibarət olmalıdır. Ümid edirik ki, antropoloqlar Azərbaycan xalqının tolerantlığının tarixi köklərini araşdırıb dünyaya bir nümunəvi təcrübə kimi təqdim etməyə nail olacaqlar.

Anar Miriyev

Palitra.-2016.-14 aprel.-S.11.