“İpəkçilik sahəsində kadr hazırlığı təmin olunmalıdır“

 

Aqrar elmləri doktoru Allahverdi Seyidov:

“İpəkçilikdə müasir texnologiyaların tətbiqinin stimullaşdırılması yolu ilə rəqabətədavamlı ipəkçilik məhsulları istehsalının və ixracının artırılması əsas vəzifələrdəndir”

 

Müsahibimiz sabiq Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun direktoru, hazırda ARKT-nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu nəzdində "Arıçılıq" Mərkəzinin rəisi, aqrar elmləri doktoru Allahverdi Seyidov bu sahədə mövcud problemlər və inkişaf perspektivləri ilə bağlı fikirlərini bildirdi. Qeyd edək ki, hətta o “İpəkçiliyin İnkişaf Konsepsiyası” layihəsini də hazırlayıb.

- Ölkədə mövcud olmuş ipəkçilik komplekslərinin hazırkı vəziyyəti ilə bağlı nə deyərdiniz?

- Azərbaycanda mövcud olmuş ipəkçilik kompleksi Elmi Tədqiqat İpəkçilik İnstitutu, Gəncə və Qax damazlıq ipəkçilik stansiyası, 7 qrenzavodu, 30-dək rayon barama qurutmaxanaları, bunların əhatə etdiyi 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri, 4 tinglik təsərrüfatı, 31 ipəkçilik idarəsi, Ordubad baramaaçma fabriki, Qarabağ və Şəki İpək Kombinatlarını əhatə edib. Onlardan biri Elmi-Tədqiqat İpəkçilik İnstitutu olub ki, 1925-ci ildə yaradılıb və 2 akademik, 4 elmlər doktoru, onlarla elmlər namizədləri hazırlanıb. İpəkçiliyin elmi əsaslarının işlənib hazırlanması ilə məşğul olan Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunda ipəkçiliyin aktual və prioritet problemlərinə dair tədqiqatlar aparılıb və alınmış nəticələr istehsalata tətbiq edilib. İnstitutda damazlıq stansiyalarında “Elittut ipəkqurdu toxumunun əldə edilməsi üçünSuper elittut ipəkqurdu toxumu hazırlanıb. Hazırda Elmi-Tədqiqat İpəkçilik İnstitutunun maddi-texniki bazası köhnəlib və müasir tələblərə cavab vermir.

Damazlıq stansiyalarına gəldikdə isə Gəncə Damazlıq Stansiyası 1971-ci ildə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun nəzdində fəaliyyət göstərib, mövsüm ərzində 40-50 kq yüksəkkeyfiyyətli elit tut ipəkqurdu toxumu (qrena) hazırlanıb. 1994-cü ildə fəaliyyətini dayandırıb. Elmi Tədqiqat İpəkçilik İnstitutunun Gəncə eksperimental bazasının ərazisində yerləşir. Digər Qax Damazlıq Stansiyası 1973-cü ildən başlayaraq hər il barama toxumu zavodlarına 80 kq yüksək keyfiyyətli elit tut ipəkqurdu toxumu (qrena) hazırlayıb. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırıb. Qax rayonu ərazisində yerləşir.

- Baramaçılığın inkişafı ilə bağlı barama toxumu yetişdirilən zavodlar fəaliyyət göstərirmi?

- Yüksəkkeyfiyyətli barama toxumu (qrena) üçün zavodlarda qrena toxumu istehsalı və baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təchiz etmək vəzifəsini respublikada 7 barama toxumu zavodu yerinə yetirib. Onlardan biri Ağdam barama toxumu zavodu 1928-ci ildə fəaliyyətə başlayıb, istehsal gücü 300 kq olub. Ağdam şəhəri işğal olunanadək fəaliyyət göstərib. Ordubad barama toxumu zavodu 1934-cü ildə fəaliyyətə başlayıb, istehsal gücü 300 kq-dır. 1990-cı ildə fəaliyyətini qismən, 1998-ci ildə tam dayandırıb. Ağdaş barama toxumu zavodu 1960-cı ildə fəaliyyətə başlayıb, istehsal gücü 250 kq-dır. Hazırda işləmir.

Bərdə barama toxumu zavodu 1960-cı ildə fəaliyyətə başlayıb, istehsal gücü 250 kq-dır. 2000-ci ildən fəaliyyətini dayandırıb. Şəki barama toxumu zavodu 1972-ci ildən fəaliyyət göstərir, istehsal gücü 1000 kq-dır. “Şəki İpək” ASC-nin maliyyə dəstəyi ilə toxum istehsalı 2007-ci ilədək qismən davam etdirilib. Balakən barama toxumu zavodu 1985-ci ildə fəaliyyətə başlayıb, istehsal gücü 725 kq-dır. 1998-ci ildən öz fəaliyyətini dayandırıb.

İpəkçilik idarələri. 31 rayon üzrə fəaliyyət göstərmiş ipəkçilik idarələrinin funksiyası barama toxumu (qrena) zavodlarından qəbul etdikləri qrenanı (toxumlarını) dirildərək kümçülərə paylamaq, yerlərdə kümçülərə barama becərmə zamanı nəzarət etmək, məsləhətlər vermək, baramanın qəbulunu, ilkin emalını həyata keçirməkdən ibarət olub. Hazırda heç bir ipəkçilik idarəsi fəaliyyət göstərmir.

-İpəkçiliyin yem bazasının təşkili hansı səviyyədədir?

- Kənd Təsərrüfatı Nazirliyinin balansında olan Tinglik təsərrüfatları ipəkçiliyin yem bazasının formalaşmasında xüsusi rola malikdir. Tut bağlarının salınmasında vaxtilə Goranboy rayonu ərazisində yerləşən Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun nəzdində Faxralı Təcrübə Təsərrüfatında, Bərdə İpəkçilik sovxozunda, Şəki və Tərtər Dövlət tingliyi təsərrüfatlarında yetişdirilmiş tinglərdən istifadə olunub. Bağların salınmasında Faxralı Təcrübə Təsərrüfatının rolu daha böyük olubbu günişini davam etdirir. Daxili imkanlar hesabına yetişdirdiyi əlavə tinglərdən pulsuz 280 min ədəd Şəki rayonuna, 10 min Qazax, Akstafa rayonuna, 5 min ədəd isə Abşerona paylayıb.

-Bu gün vaxtilə mövcud olmuş emal müəssisələrinin vəziyyəti necədir, istehsal gücünə malikdirlərmi?

- Emal müəssisələrinə gəldikdə onlardan biri olan Ordubad Baramaaçma fabriki 1883-cü ildə fəaliyyətə başlayıb, 1990-cı ildə isə fəaliyyətini dayandırıb. 1970-ci ildə 6,1 mln. metr cod parça istehsal edib. 1981-ci ildə isə 104 ton xam ipək istehsal edib. Qarabağ İpək Kombinatı 1926-1928-ci illərdə Xankəndində işə salınıb. Kombinat baramaaçma, eş­­mə və toxuma sahələrini özündə birləşdirib. Xam ipək, eşmə ipək, cod ipək par­ça istehsalı ilə məşğul olub. 1974-cü ildə 112 ton barama açıb. 1977-ci ildə müəssisənin nəzdində 900-dən çox dəzgah işləyib. 141,4 ton xam ipək, 125 ton eşmə ipək, 15479 min m2 parça istehsal edib. İşğal edilənədək tam gücü ilə işləyib. 3 növbəli rejimində fəaliyyət göstərib, 3 mindən çox işçisi olub.

Şəki İpək” ASC 1929-cu ildə əsası qoyulub bu müəssisədə vaxtilə 7 min nəfərdən çox işçi çalışıb ildə 250 ton xam ipək istehsal olunub.

1996-cı ildəŞəki İpək” ASC fəaliyyətini dayandırmağa məcbur olub, lakin ümummilli liderimiz Heydər Əliyevin 11 iyun 2001-ci il tarixliŞəki İpəkAçıq Səhmdar Cəmiyyətinin fəaliyyətini dayandırmaması, sağlamlaşdırılması məqsədilə maliyyə yardımının ayrılması haqqında” 734 nömrəli sərəncamı ilə istehsal fəaliyyətinin bərpa olunmasına 300 min yeni manat vəsait ayrılaraq müəssisənin yenidən işə salınması təmin edilib.

2008-ci ildə Səhmdar Cəmiyyət tərəfindən təqdim olunmuşİpək pambıq məhsulları istehsalılayihəsinin maliyyələşdirilməsi məqsədi iləSahibkarlığa Kömək Milli Fondu tərəfindən 2980 min manat vəsait ayrılıb.

Ümumiyyətlə, 2005-2010-cu illərdəŞəki İpək” ASC- 24.5 mln manat həcmində orta uzunmüddətli kredit vəsaiti ayrılıb. Həmin vəsaitin 1100 min manatı yem bazasının bərpası inkişafına, 8.06 mln manatı isə müəssisənin əsaslı təmiri texniki cəhətdən yenilənməsinə sərf edilib. Ayrılmış vəsaitin xeyli hissəsi binaların, tikililərin, avadanlıqların əsaslı təmirinə avadanlıqların işə salınması üçün sazlama işlərinin aparılmasına, əsas fondların bərpasına sərf olunub.

Şəki İpək” ASC tərəfindən müəssisənin texniki yenilənməsi, xammal bazasının yaradılması, təmir, bərpa işlərinin maliyyələşdirilməsi məqsədi ilə banklardan cəlb edilmiş kreditlərə görə müəssisənin 23 mln manat borcu var. Yaranan maliyyə çatışmazlığı səbəbindən müəssisə 2010-cu ildə xammal alınması məqsədi ilə xarici tərəfdaşları ilə müqavilələr bağlaya bilməyib.

Şəki-İpək”ASC 6 əsas istehsal sahəsindən - baramaaçan, toxucu, boya-bəzək, pambıq əyirici istehsalatlarından, burucu, xalça sexlərindən, 5 qeyri-istehsal sahəsindən - idarə binası, mexanika energetika, təmir-tikinti, avtonəqliyyat xammal sahələrindən ibarətdir. Səhmdar Cəmiyyətin quru baramaya olan tələbatı ildə 450-550 ton təşkil edir. Baramaaçan istehsalatı tam gücü ilə ikinövbəli rejimində işləmiş olarsa, işçi qüvvəsinə olan tələbat 1500 nəfərdir. Bununla yanaşı, müəssisə 1.8 mln m2 toxuculuq məmulatları, 150 ton burulmuş sap, sıxlığı 70 ilmə olan xalçalar istehsal etmək, 124-130 ton pambıq əyirmək, 1.5 mln m2 boyaq-bəzək işləri görmək gücünə malikdir.

-İpəkçiliyin inkişaf etdirilməsi üçün hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirsiniz?

- İpəkçiliyin inkişaf etdirilməsi üçün bir sıra istiqamətlərdə tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Onu da qeyd etmək lazımdır ki, kənd təsərrüfatı naziri Heydər Əsədov bu sahənin inkişaf etdirilməsinə dair aidiyyəti qurumlara artıq tapşırıq göstərişlər verib. Ümidvarıq ki, nazirin dəstəyi hesabına qanunvericilik bazasının formalaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması, ipəkçiliyin maddi-texniki kadr təminatının yaxşılaşdırılması problemləri öz həllini qısa zaman ərzində tapacaq. Bu istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi üçün qarşıda duran vəzifələrə gəldikdə isə ipəkçiliyin inkişaf etdirilməsi üçün qanunvericilik bazasının formalaşması, ipəkçiliyin müəyyən olunmuş mərhələlərlə inkişaf etdirilməsi, ipəkçiliyin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühitinin yaradılması, texniki tərəfdaşın cəlb edilməsi yolu ilə ipəkçiliyin inkişafında xarici təcrübədən yararlanmaq, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq sahəyə dövlətin maliyyə dəstəyi mexanizminin müəyyən edilməsi önəmlidir. Həmçinin ipəkçilik sahəsində kiçik orta sahibkarlığın inkişafının dəstəklənməsi, ipəkçiliyin inkişaf etdirilməsi üçün optimal təşkilati quruluşun müəyyən edilməsi tətbiqinin stimullaşdırılması, sahibkarlar tərəfindən emal müəssisələrinin xammal istehsal olunan ərazilərə yaxın yerləşdirilməsinin stimullaşdırılması, ipəkçilik məhsullarının ixracının təşkili, mövcud tut bağlarının yaxşılaşdırılması, yeni bağların salınması ting istehsalının artırılması yolu ilə ipəkçiliyin yem bazasının möhkəmləndirilməsi, yeni daha məhsuldar ipəkqurdu sort hibridlərinin yetişdirilməsi lazımdır.

Mütərəqqi bəsləmə texnologiyaları əsasında keyfiyyətli sənaye baraması istehsalına nail olunması, ipəkçilikdə müasir texnologiyaların tətbiqinin stimullaşdırılması yolu ilə rəqabətədavamlı ipəkçilik məhsulları istehsalının ixracının artırılması, ipəkçilik sahəsində kadr hazırlığının təmin olunması, ipəkçiliyin inkişafı istiqamətlərini müəyyən etməklə ipəkçilik sahəsində elmi tədqiqatların aparılmasının dəstəklənməsi əsas vəzifələrdəndir.

Nigar Abdullayeva

Palitra.-2016.-16 aprel.-S.5.