“Tədqiqatlarından ən çox istifadə edilən müəlliflər arasında yer alıram”

 

Elçin Süleymanov: “2015-ci ildən “academia.edu” portalı tərəfindən ekspert hüququ verilən azsaylı müəlliflərdən biri olaraq Azərbaycanı və Qafqaz Universitetini təmsil etmək qürurvericidir

 

Layihə çərçivəsində müsahibimiz dr. Elçin Süleymanov 1973-cü ildə indiki Ermənistanın Göyçə mahalı Şişqaya kəndində anadan olub. 1996-cı ildə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti, İqtisadiyyat və idarəetmə fakültəsində maliyyə ixtisası üzrə bakalavriat təhsilini başa vurub. 1996-2000 -ci illərdə Bakı İqtisadiyyat Liseyində ixtisas fənləri müəllimi və müdir müavini işləyib. Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda biznesin təşkili və idarə olunması ixtisası üzrə magistr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycanın beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrinin inkişaf problemləri" mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Müxtəlif illərdə Qafqaz Universitetində Mədəniyyət şöbəsinin müdiri, İctimai İşlər İdarəsində müdir müavini, Tələbə Dərnəkləri koordinatoru olaraq fəaliyyət göstərib. Hazırda Qafqaz Universiteti İqtisadiyyat və idarəetmə fakültəsi, Maliyyə kafedrasının müdiri, eyni zamanda 2005 -ci ildən "Journal of Qafqaz University"nin nəşr redaktorudur. Türkiyə Respublikası Fatih Universitetinin kafedra müdiri prof.dr. Osman Nuri Arasla birlikdə "Azərbaycan İqtisadiyyatı" “Şərq-Qərb” nəşriyyatı-2010, 2-ci.nəşr 2016, Qafqaz Universitetinin prorektoru prof.dr.Cihan Bulutla ortaq "Dövlət Maliyyəsi" Qafqaz Universiteti Nəşrləri 2011, 2013, 2015 və hər iki müəlliflə birgə türk dilində "Bağımsızlık Sonrası Azerbaycan Ekonomisinin 15 yılı" 2007 və Osman Nuri Aras və Kərim Məmmədovla birlikdə ingilis dilində `Economy of Azerbaijan;25 years of independence-2016` kitablarının həmmüəllifidir. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Ali məktəblər üçün nəşr hüququ(qrıfli nəşr) verilən bir dərs vəsaitinin və dörd fənn proqramının həmmüəllifidir. 2014-2015-ci tədris ilində bir semestr dünyanın ən reytinqli universitetlərindən biri olan Niderland Krallığının Groningen Universitetində təlim və tədqiqat məqsədi ilə elmi ezamiyyətdə olub. Azərbaycan və xarici ölkələrdə bir çox təlim və seminarlarda iştirak edib. 2015-ci ildən BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations, FAO) ekspertidir.

-Hansı xarici ölkələrdə beynəlxalq konfranslarda, beynəlxalq təşkilatların tədbirlərində ölkəmizi təmsil etmisiniz?

- Mənim müxtəlif beynəlxalq elmi jurnallarda xarici ölkələrdə keçirilən beynəlxalq konfransların nəşrlərində altmışdan çox elmi məqalə tezislərim çap edilib. İyirmidən çox müxtəlif xarici ölkələrdə keçirilən otuzdan çox beynəlxalq konfransa xüsusi dəvətli mühazirəçi olaraq dəvət edilmiş eyni zamanda, beynəlxalq elmi jurnalların ekspert heyətinə daxil edilmişəm. ABŞ, İtaliya, Almaniya, Rusiya, İsveç, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Makedonya başqa ölkələrdə nəşr olunub. Həmmüəllifi olduğum 14 məqalə iqtisadiyyat üzrə dünyanın məşhur bazalarından olanSciencedirect”, “EconPaper”, “RePEc “University Library of Munich”, “Germany MPRA Paper” bazalarına daxil edilib. Bu bazaların Rusiyanin “socionet.ru” bazasının reytinqinə görə tədqiqatlarından ən çox istifadə edilən müəlliflər arasında yer alıram. Həmçinin yüzə yaxın elmi nəşrlərimin yer aldığı dünyanın məşhur elmi tədqiqat paylaşım portallarından olan “Academia.edu” “Researchgate.net” şəbəkəsində tədqiqatlarından ən çox istifadə edilən müəlliflərdən biri olaraq 2015-ci ildən “academia.edu” portalı tərəfindən ekspert hüququ verilən azsaylı müəllifdən biri olaraq Qafqaz Universitetini Azərbaycanı təmsil etmək qürurvericidir.

-Necə oldu ki, FAO eksperti seçildiniz? Müxtəlif ölkələrdən buraya nümayəndələrin seçilməsinə təsir edən amillər nələrdir?

- Keçən ilin may ayında BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatı FAO “Avropa Mərkəzi Asiyada kənd təsərrüfatı-qida ticarəti regional inteqrasiya üçün təşəbbüs" tədqiqatında MDB ölkələrindən hər biri üzrə bir nəfər ekspert təmsil etdiyi ölkə üzrə hesabat hazırlamağa qərar verib MDB ölkələrindən hər ölkə üzrə bir ekspert müvafiq ölkə üzrə hesabat hazırlamağa dəvət edib. Ekspertlər ötən il 6-7 oktyabr tarixlərində Minsk şəhərində təqdimatı olan layihədə öz ölkəsini təmsil edib. Toplantıda postsovet ölkələrindən hər biri üzrə bir nəfər ekspertin təmsil etdiyi ölkə üzrə hazırladığı hesabat müzakirə edilib ölkələr üzrə hesabatın daha da dolğun əhatəli olması üçün təklif tövsiyələr verilib. Bu tədbirdə Azərbaycanı təmsil etmək mənim üçün qürurverici oldu. Təşkilat məni Azərbaycan iqtisadiyyatı haqqında çoxsaylı nəşrlər tədqiqatlarıma görə bu layihədə iştirak üçün ölkə üzrə ekspert olmağa dəvət etmişdi. Bu layihənin Azərbaycan hissəsini hazırlayaraq Minskdə təqdimatını etdim. Qeyd edim ki, təqdimatım iştirakçılar tərəfindən diqqət maraqla qarşılandı. Bu tədqiqat BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatı - FAO tərəfindən bu ilin mart ayında nəşr olunaraq əlaqədar orqanlara göndərildi qurumun rəsmi nəşrlər siyahısına daxil edildi. Region ölkələrinin kənd təsərrüfatı məhsullarının ticarət siyasətinə müsbət qatqısı olacağı düşünülən layihənin ilkin halı mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib. Ölkəmizi bu layihədə təmsil etmək qürurverici idi. Əvvəllər Azərbaycanda Dünya Bankının maliyyə dəstəyilə bir neçə layihədə ekspert təlimçi olmuşdum. Amma bu, ölkə xaricində ilk mötəbər layihə idi.

-FAO-da ölkəmiz haqda hazırladığınız hesabatda hansi sahələrə toxunmusunuz prioritet sahə olaraq hansı sahələri önə çəkmisiniz?

- Hesabat FAO-nun müəyyən etdiyi konkret mövzular standartlar uzrə hazırlanmışdı. Hər ölkəyə 10 səhifəlik yer ayrılmışdı. Hesabatda əvvəlcə Azərbaycanın iqtisadi göstəriciləri ixracının strukturu qeyd edilib. Daha sonra isə aqrar sektora dövlət dəstəyi ölkənin aqrar siyasəti şərh edilib.

-Qonşu ölkələrin hesabatları ilə , yəqin ki, tanış oldunuz. Bizim iqtisadi inkişafimizla arada olan fərq haqda elmi baxımdan deyə bilərsiniz?

- Azərbaycan hər qədər neft ölkəsi kimi tanınsa da, aqrar sahənin böyük potensialı mövcuddur. Azərbaycan bütün sahələrdə Qafqazın lider ölkəsidir. Amma kənd təsərrüfatı sahəsində Ukrayna, Qazaxıstan, Belarus Özbəkistanın təcrübələrindən istifadə etsə, daha yaxşı olardı.

Minsk toplantısından sonra Azərbaycan Respubikası Kənd Təsərrüfatı Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti Qafqaz Universitetinin 17 oktyabr 2015-ci il tarixdə birgə keçirdiyi kənd təsərrüfatı iqtisadiyyatına həsr olunan IV Qafqaz İqtisadi ForumundaAzərbaycanda aqrar sektorun maliyyələşmə məsələləri: problemlər təklifləradlı məruzə ilə çıxış edərək, ölkəmizdə neft-qaz sektoru məhsullarının hasilatının artımı bu sahədən daxil olan valyuta gəlirləri ilə əlaqədar dövlətin maliyyə imkanlarının genişlənməsi, bunun kənd təsərrüfatı istehsalçılarının xərclərinə kömək siyasətinin həyata keçirilməsinə şərait yaratdığını vurğulamışdım. Bu imkanlardan səmərəli istifadə edilməsi kənd təsərrüfatında istehsalın ümumi iqtisadi şəraitini yaxşılaşdırması, ixrac məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsinə səbəb olub. Azərbaycanda kənd təsərrüfatı məhsullarına olan daxili tələbatın böyük hissəsini yerli istehsalın qarşılaması bu istiqamətdə əhəmiyyətli uğurdur. Lakin neft gəlirlərinin azalması fonunda qeyri-neft sektorunun, xüsusilə məşğulluğumuzun qırx faizinə yaxınını təşkil edən kənd təsərrüfatı sektorunun daha da intensiv inkişafı zəruriliyini vurğulamışdım bir çox konkret təkliflər vermişdim.

 

İlkin AĞAYEV

Palitra.-2016.-20 aprel.-S.11.