Toqquşan Sivilizasiyalar” Azərbaycanda qovuşur

 

Cavanşir Feyziyev

 

Fəlsəfə doktoru, millət vəkili

 

“Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir”. 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ilielan edilməsi haqqında

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından

 

Bakı 12 il öncə Türkiyə və İspaniyanın təşəbbüsü ilə təsis edilmiş Sivilizasiyalar Alyansının növbəti 7-ci Global Forumuna ev sahibliyi etdi. Ötən illər ərzində bu təşəbbüsə qoşulan dövlətlərin sayı artıq 140-ı ötübbu heç də təsadüfi deyil. Dünya ölkələrinin böyük əksəriyyətində Yer kürəsini məskunlaşdıran bütün xalqların dinc-yanaşı yaşamaq perspektivinə alternativin olmadığı artıq dərk olunmaqdadır. Yeni minilliyin qlobal siyasət müstəvisinə çıxardığı qlobal təhlükələr qarşısında dünya xalqlarının səfərbər olunması artıq təxirəsalınmaz bir zərurətə çevrilib. Bu zərurətin dərindən dərk olunduğu bir sıra ölkələrin dövlətləri qlobal sabitliyə və təhlükəsizliyə xidmət edən müxtəlif təşəbbüslərdə bulunur. Dünyanın bir tərəfində Sivilizasiyaların toqquşmasından danışaraq bunun qaçılmaz olduğu iddia olunurkən, digər tərəfində sivilizasiyaların qovuşmasına və qarşılıqlı faydalı təmaslarda bulunmasına cəhdlər göstərilir. Avropanın mərkəzində təəssüflə multikulturalizmin mümkünsüzlüyü haqqında danışıldığı zaman Azərbaycanda multikulturalizmə alternativin olmadığı qətiyyətlə səsləndirilir. Bu prosesdə Azərbaycanın öncül mövqedə addımlaması təbiidir və xüsusilə qürur vericidir.

 

Məhz bu il ölkəmizdə prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ilielan olunmuşdur. Multikulturalizmin adi həyat tərzi olduğu bir ölkədə “Multikulturalizm ilinin elan olunması Azərbaycan cəmiyyətinə deyil, bütün dünyaya ünvanlanmış bir mesajdır. Bu Azərbaycanın multikultural ənənələrinin və həyat tərzinin beynəlxalq səviyyədə ən yüksək şəkildə təqdimatı deməkdir. Tarixdə ilk dəfədir ki, dövlət başçısı mədəni ideyanı qlobal siyasi ideya səviyyəsinə qaldıraraq, onu millidünya inkişafının ön cinahına çıxarır. Rəsmi səviyyədə belə bir qərar qəbul etməklə, Prezident İlham Əliyev ölkəmizin mədəniyyətlərarası münasibətlərin inkişafında oynadığı tarixi roldan çıxış edərək, Multikulturalizmi dövlətin humanitar siyasətinin mühüm komponentinə çevirir. Multikulturalizm – “qloballaşma”, “yeni dünya nizamı”, “qlobal sivilizasiya”, “demokratiya”, “universal insan haqları”, “qlobal vətəndaş

 

cəmiyyətikimi tutumlu anlayış yüksək dəyərlərlə bir sırada aktuallaşdırılır. Azərbaycan Prezidentinin bu ideyasına adekvat reaksiya verən yaradıcı ziyalılarımız problemin çoxcəhətli aspektlərini araşdırır, xarici ölkələrdə Azərbaycanın multikulturalizm ideyasına həssas rəğbətli münasibətlər sərgiləndiyini müşahidə edirik.

 

Multikulturalizm (çoxmədəniyyətlilik) ideyasının mahiyyətinə vardıqda onun önə çəkilməsinin, həqiqətən, bir zərurət olduğunu görürük: belə ki, multikulturalizm ölkədaxili ölkələrarası münasibətlərin tarixən inkişaf edən, dəyişən təkmilləşən elə bir formasıdır ki, bu şəraitdə bütün insanların onların müvafiq qanunlara zidd olmayan birliklərinin dinc-yanaşı yaşaması fəaliyyət göstərməsi mümkün olur. İrqi mənsubiyyətinə, etnik, milli, mənəvi, dini dəyərlərinə, adət-ənənələrinə, dünyagörüşü həyata baxış fərqliliklərinə, sosial-sinfi mövqelərinə, siyasi təmsilçilik statuslarına, irsi, fizioloji psixoloji əlamətlərinə baxmayaraq, müxtəlif sivilizasiyalara mənsub olan insan cəmiyyətlərinin vahid məkandaYer kürəsi üzərində dinc-yanaşı yaşayaraq bəşəriyyət naminə fəaliyyətlər göstərə bilməsi üçün əsas şərt məhz multikultural mühitin davamlı mövcudluğudur.

 

Dünya qloballaşır və beynəlxalq sistemi təşkil edən siyasi subyektlər – dövlətlər arasında münasibətlərin beynəlxalq hüquqa uyğun paritet əsasları müəyyənləşir. Universal insan haqları və demokratiyanın bərqərar edilməsi humanizmin ən yüksək təyinatı kimi müəyyən olunur, qlobal vətəndaş cəmiyyətinin formalaşması üçün səylər artırılır. Bütün bunlar siyasi quruluşundan asılı olmayaraq bütün dünya dövlətlərinin vətəndaşlarının hüquqlarını müdafiə edən planetar sistemin - Qlobal vətəndaş cəmiyyətinin formalaşması deməkdir. Bu məqsədə nail olmaq ayrı-ayrı sivilizasiyaların vahid qlobal məkan miqyasında konvergensiyası mühitində mümkündür. Belə bir planetar ideyanın Yer üzərində həyata keçirilməsi isə insanların və onların mənsub olduqları sivilizasiya, mədəniyyət, konfessiya, dövlət və s. birlik və sistemlərin multikultural məkanda – bir yerdə yaşaya bilmək şərtləri daxilində reallaşa bilər.

 

Bu gün multikulturalizm ideyası özündə kifayət qədər universal xarakter daşıyan sosial-siyasi, və fəlsəfi-ideasional məzmun ehtiva edir. Multikultural tolerantlıq o demək deyil ki, bəzi şərhçilərin iddia etdiyi kimi, sadəcə müxtəlif dinlərin subyektləri bir-birini qəbul edir və bir-birinə etimad göstərirlər. Multikultural dünyagörüşü və əxlaqı – çoxmədəniyyətliliyin, çoxkonfessiyalılığın, polietnikliyin, inter-milliliyin elə bir əlverişli universal məkanını yetişdirir ki, burada həmin subyektlər (dövlət, sivilizasiya, mədəniyyət, konfessiya, qrup, fərd və s.) nəinki bir yerdə yaşayır, bir-birinə tolerant münasibət bəsləyir, həm də multikultural dəyərlərin qəbul edildiyi prinsipmeyarlara uyğun olaraq, birlikdə fəaliyyət göstərir, özlərinin yaradıcı, qurucu enerjisini konsentrasiya edirbu potensialı böyük məqsədlərə yönəldərək bəşəriyyətin gələcəyi naminə hərəkət etdirə bilirlər. Vətənimiz Azərbaycanın multikultural məkanı məhz belə bir potensialaonun inkişafı imkanlarına malikdir. Bütün tariximiz və müstəqillik illərinin sıçrayışlı tərəqqi dövrü Azərbaycanı belə bir inkişaf səviyyəsinə çatdırmışdır.

 

Azərbaycanın multikultural məkan kimi təşəkkülü 3 vacib amilə söykənir:

 

- mühüm ticarət koordinatlarını özündə birləşdirən Böyük İpək yolu,

 

- bütün Avrasiya geopolitikasının onurğa sütununu təşkil edən türk sivilizasiyası,

 

- və nəhayət, antik dövrlərdən bəri böyük mədəniyyətlərin dərin laylarını özündə sintezləşdirən Qafqaz və Şərq tarixində Azərbaycanın özünəməxsus rol oynaması

 

Azərbaycanın da ayrılmaz parçası olduğu türk sivilizasiyası min illər ərzində Mərkəzi Asiyanın özək sivilizasiyası olaraq Uzaq Şərq istiqamətində ÇinYapon sivilizasiyaları ilə, Cənub-Şərq istiqamətində Hind sivilizasiyası ilə, Yaxın Şərq istiqamətində İslam sivilizasiyası (başlıca olaraq ərəb və

 

İran) ilə, Qərb istiqamətində isə Avropaslavyan sivilizasiyaları ilə davamlı münasibətlərdə olmuş, amma tarixən, onların ayrılıqda hər birindən daha çox multikulturalizm məkanını yaratma funksiyasını həyata keçirə bilmişdir.

 

Türk dünyası koordinatlarında multikultural Azərbaycanın təkcə ictimai-siyasi baxımdan deyil, həm də bədii-estetik mədəniyyət baxımından orqanikliyi, bütövlüyü və rəngarəngliyi bütün gözəl cəhətləri ilə üzə çıxmışdır. Məsələn, Səfəvilər imperiyası dövründə ərazisi indikindən qat-qat böyük olan Azərbaycanın bu ərazilərdə yaşayan digər millətlərə və dinlərə qarşı siyasi, iqtisadi, mədəni, sosials. diskriminasiyaya yol vermədikləri, eləcə də digər xalqların tarixi abidələrinə, sənət texnologiyalarına, əxlaq və mənəviyyat qanunlarına ehtiramla yanaşdığı danılmaz faktlardır. Bununla da Azərbaycanlılar özlərini dünyaya yüksək soya və nəcabətə malik insanlar kimi təqdim etməklə yanaşı, həm də başqa cəmiyyət və mədəniyyətlərdən, onlara məxsus yaradıcılıq üslublarından, qabaqcıl həyat təcrübələrindən bəhrələnməyə çalışmışlar. Çoxdilli, çoxmədəniyyətli, çoxdinli Azərbaycan şəhərləri multikulturalist dünyagörüşünün təcəssümü və beşiyi olaraq inkişaf etmişdir. Şəhərsalma mədəniyyəti, memarlıq, miniatür sənəti, xalçaçılıq, keramika və tətbiqi sənətin digər sahələrində yüksək sənətkarlıq səviyyəsinə çatılmışdır. Qədim şəhərlərimizdə ədəbiyyat, elm və təhsil dünya təcrübəsinin klassik dəyərlərini mənimsəməklə yanaşı, Şərq mənəvi mədəniyyətinin bilik və rasionallığa əsaslanan meyarlarını da əxz etmişdir.

 

Azərbaycanlılar universal antropoloji tipologiyasına görə də Türk, Şərq və Qafqaz etnosistemlərinin qovuşub təkamül etdiyi bir istiqamətdə təşəkkül tapdıqlarından və öz seçkin antropoloji özəlliklərini məhz “Azərbaycan universumundahifz edib inkişaf etdirdiklərindən, onlar estetik cəhətdən də unikal fizionomik quruluşa, Qafqaz kimi sərt və çoxiqlimli coğrafiyada yaşaya bilən dözümlü, çeviksağlam həyat tərzinə malik olmuş, regionun konsolidasiya yaratma qabiliyyətli superetnosuna çevrilə bilmişlər. Əgər biz diqqət etsək görərik ki, dünya xalqlarının böyük əksəriyyəti, xüsusilə Qafqazın digər etnosları (Qafqazda 50-dən çox etnos yaşayır) tarixən və elə indibaşqa dillərdə aksentlə danışırlar. Xarici dil bilən azərbaycanlılar isə başqa dilləri öz ana dilləri kimi mənimsəyir və öyrəndikləri bütün yabançı dillərdə aksentsiz danışa bilirlər. Bu o deməkdir ki, “Avrasiya yaddaşına” malik Azərbaycan türkləri heç zaman etno-linqvo-mədəni məhdudiyyət tanımamış, uzun əsrlər boyu müxtəlif xalqlarla ünsiyyət və dil mübadiləsi prosesində onların “ağız laboratoriyası” daha çox inkişaf etmiş, tələffüz çətinliklərini aradan qaldıraraq, yabançı sözlərin deyilişi üçün daha optimal xüsusiyyətlər və ölçülər almış, dünyagörüşü və psixologiyası isə dünyaya açıqlıq modelində formalaşmışdır. Azərbaycan ədəbiyyatının epik genişliyinə az qala bütün dünya sığmış, Nizami Gəncəvi kimi dühaların yaradıcılığında dünyanın ən müxtəlif xalqlarının nümayəndələrinin monumental obrazları yaradılmış, həmin xalqların mədəniyyətlərinin dərinliyinə varılmışdır. Azərbaycanın mütəfəkkir şairləri poeziyada digər xalqların tarixində müşahidə olunmayan yüksək bir zirvəni fəth etmişlər: onlar üç dildə – Azərbaycan türkcəsi, fars və ərəb dillərində yaratdıqları “Divanlarla klassik dünya ədəbiyyatını zənginləşdirmişlər. Bütün bu faktorlar türk sivilizasiyasının universal mühitində milli mədəniyyətlərin rəngarəng arxitektonikasının yaranmasına başlanğıc vermişdir. Məhz buna görə bu gün Azərbaycan mühitində müşahidə olunan unikal dini tolerantlıq dünyanın istisnasız olaraq bütün ölkələrində heyranlıq və qibtə ilə qarşılanır. Azərbaycandan başqa dünyanın heç bir ölkəsində dini konfessiyalardan birinə aid olan dini bayram və mərasimlərdə digər konfessiyaların nümayəndələrinin də xoş məramla iştirakına rast gəlinmir və ümumiyyətlə bunu mümkün hesab etmirlər.

 

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Böyük İpək yolu coğrafiyasının kəsişmə nöqtəsində yerləşən Azərbaycanın multikultural məkanı dünya sivilizasiyasının dəyərlərini nəinki özündə qovuşdurmuş, həm də buradan onların yeni inkişaf poliqonuna çıxmasına şərait yaratmışdır.

 

Böyük İpək yoluna tarixi kontekstdə baxsaq, görərik ki, bu yolun əsas marşrutları ilə bəşər sivilizasiyasının öz inkişafında əldə etdiyi bütün mütərəqqi yeniliklərin nümunələri, maddi və mənəvi nemətlərin çoxsaylı çeşidləri (ipək, qiymətli daş-qaşlar, ədviyyat, dəri, yun və digər toxuculuq məmulatları, kağız, çini qablar, şüşə, çay, şərab, düyü, bitki və meyvə toxumları, geyimlər, parçalar və bəzəklər, kosmetika, silahlarkitablar, əlyazmaları və dini rəmzlər, ornamentlər, insan fəaliyyətində istifadə olunan bütün alət, ləvazimat və avadanlıqlar, hətta ov itləri, ov şahinləri, tutuquşu, bəbir və şir, nəhayət, canlı insanlarqullar) daşınmışdır. Bu yol üzərindəki karvansaraylar, ticarət şəhərləri, alınıb-satılan mallar, tədavüldə olan pullar, ünsiyyət yaradan dillər, ticarət yollarına nəzarət edən dövlət və imperiyalar dəyişmiş, yeniləri ilə əvəz olunmuşdur. Ancaq ticarət-mübadilə mədəniyyətinin bir “qızıl qaydası” dəyişməz olaraq qalmışdır: insanlar və dövlətlər bütün tarixi zamanlarda qarşılıqlı münasibətlərin daha yüksək səviyyəsinə, geniş miqyasına qalxmağa, bir-birini daha dərindən tanımağa, malik olduqları ən yaxşı maddi və mənəvi nemətləri bir-biri ilə bölüşməyə, nəticədə, istehsalistehlak mədəniyyətinin daha optimal texnologiyalarına yiyələnməyə çalışmışlar. Bütün bunlar ümumbəşəri dəyərləri formalaşdıran əsas stimullar olmuşdur. Beləliklə, bu gün müasir dünyada qlobal sivilizasiyanın qazandığı başlıca universal nailiyyətlərin kökündə həm də Böyük İpək yolu mədəniyyəti dayanır ki, bu mədəniyyətin müasir dövrümüzdə ən dolğun şəkildə daşıyıcısı məhz Azərbaycandır.

 

Böyük İpək yolunun xüsusilə XVI-XVIII əsrləri sözün əsl mənasında klassik Şərq şəhərlərinin mükəmməl ticarət mədəniyyətinə yiyələndiyi və bu mədəniyyət arsenalı üzərində iqtisadi-mədəni əlaqələrin ən yüksək səviyyəsinin əldə edildiyi bir mərhələ olmuşdur. Buxara, Səmərqənd, İstanbul, Təbriz və Dehli dünyanın hər yerindən tacirlərin axın-axın gəlib mal daşıdığı paytaxt-şəhərlər kimi şöhrətlənmişdir. Bu yolun Çin – Mərkəzi AsiyaQafqaz – Aralıq dənizi regionunu birləşdirən tarixi marşrutu erkən orta əsrlərdən başlayaraq, bu günümüzədək Azərbaycandan keçdiyindən, bizim şəhərlərimiz – Təbriz, Ərdəbil, Naxçıvan, Bakı, Gəncə, Şəki sürətlə inkişaf etmiş, böyümüş, klassik Şərq memarlığının incəliklərini özündə ehtiva edən karvansaray kompleksləri ilə zənginləşmiş, beynəlxalq ticarətin özünəməxsus qanunauyğunluqlarını mənimsəmişlər.

 

Beləliklə, Böyük İpək yolu üzərində Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı təmasını təmin edən Azərbaycan həm Şərqin, həm də Qərbin ən mükəmməl dəyərlərini öz məkanında sintezləşdirməyə nail olmuş və dünyanın da ondan bəhrələnməsinə geniş imkanlar açmışdır.

 

Bu gün Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, həm də beynəlxalq siyasi nüfuz və mədəni yeniliklərin təşəbbüskarlığı baxımından dünya üçün əhəmiyyətli bir ölkədir. Respublikamız qlobal miqyasda mədəniyyətlərarası münasibətlərin inkişaf etdirilməsi siyasətini regionda uğurla həyata keçirən dövlət olaraq öz tarixi missiyasını yerinə yetirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm Şərq, həm də Qərb dövlətləri ilə apardığı uğurlu siyasət qlobal əməkdaşlığa və dinamik inkişafa, tarixi-mədəni əlaqələrin dərinləşməsinə və daha da məhsuldar, çoxtərəfli və davamlı olmasına geniş perspektivlər açır. Artıq Azərbaycan mədəniyyətlərarası dialoqun reallaşdığı beynəlxalq mədəni-intellektual məkan statusu qazanmışdır. 2011-ci ildə (10-11 oktyabr) ölkəmizin paytaxtında keçirilən “Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti söyləmişdir: “Nəinki Azərbaycanda, bir çox ölkələrdə və qonşu ölkələrdə multikulturalizmin böyük ənənələri vardır. Ona görə, bu gün multikulturalizmi şübhə altına qoymaq, yaxud onun iflası haqqında danışmaq hesab edirəm ki, həm yersizdir, həm zərərlidir. Çünki multikulturalizmin alternativi yoxdur. Multikulturalizmin alternativi özünütəcriddir. Mən inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir yerə aparmır”. Bu mövqe bir daha onu göstərir ki, beynəlxalq humanitar siyasətdə müasir dünyanın çoxmədəniyyətliliyi faktını təsdiq edən yeni siyasi etikanın meyarları ilə dövlətlərarası və mədəniyyətlərarası münasibətlərə baxılmaq ənənəsi yaranmaqdadır. Bu ənənənin konseptual müddəaları isə indi Azərbaycanda dünyanın aparıcı

 

siyasi-intellektual elitasının iştirkı ilə ardıcıl keçirilən tarixi Forumlarda onların birgə səyi ilə formalaşdırılır. Bu Forumlarda mədəniyyət və sivilizasiyaların tariximüasir planda müqayisəli öyrənilməsindən əldə olunan elmi-analitik nəticələr planetar sivilizasiyaya doğru dünya inkişafının strategiyasına daxil edilir, ayrı-ayrı mədəniyyət və sivilizasiya kodlarından universal sivilizasiya kodlarının sistemləşdirilməsi imkanları araşdırılır, “müxtəlifliyin vəhdəti” paradiqması mədəniyyət və sivilizasiyaların tərəqqi perspektivinə çıxarılır. Global humanitar Forumlar beynəlxalq münasibətlərin siyasi-etik normativlərini mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin moralist yanaşma modelləri və prinsipləri ilə sintezləşdirərək, beynəlxalq həyatda etik-siyasi mədəniyyətin konvergent inkişafını təmin edir. Dünyamızın gələcək taleyini müəyyənləşdirməyə, bütövlükdə Yer kürəsini onun üzərində yaşayan bütün xalqlar və millətlər üçün təhlükəsiz bir məkana çevirməyə yönəlmiş səylərin ortaya qoyulduğu Azərbaycan isə multikulturalizmin vətənidir.

 

Multikulturalizm bir etikadır. Siyasət, əxlaq, din və mənəviyyat qaynaqlarının bir-birindən ayrılmazlığı ideyasından, ayrı-ayrı sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı münasibətlərini aramsız olaraq dərinləşdirmə, təkmilləşdirmə və genişləndirmə imperativlərindən çıxış edən və özünün həm nəzəriyyəsi, həm də praktikasında müxtəlif yanaşmaların, tolerantlıq səylərinin enerjisini toplayaraq hərəkət etdirə bilən etika. Bu 3-cü minilliyin əvvəlində bəşəriyyətin əldə etdiyi ən böyük universal dəyərdir və vətənimiz Azərbaycan bu unikal dəyərin ən öncül daşıyıcısıdır.

 

Palitra.-2016.-29 aprel.-S.10.