Aqil Əliyevin 90 illik yubileyi qeyd olunub

 

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Əməkdar Elm Xadimi, akademiyanın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin yubileyinin Azərbaycan Prezidenti İlham Əliyevin “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 8 dekabr tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib. A.Əlizadə Azərbaycan iqtisad elminin görkəmli nümayəndəsi Aqil Əliyevin zəngin elmi yaradıcılığından, əsərlərinin əhəmiyyətindən, yüksək insani keyfiyyətlərindən söz açıb.

Tədbirdə “Cəmiyyətşünaslığın iqtisadi əsaslarının sosial konsepsiyası” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib ki, ölkəmizdə ictimaihumanitar elmlərin əsas istiqamətini təşkil edən cəmiyyətin inkişafı məsələləri elmdə müxtəlif aspektlərdə araşdırılır. Aqil Əliyevin cəmiyyətin inkişafında sosial sahənin roluna və əhəmiyyətinə həsr edilən qiymətli elmi əsərləri ilə iqtisad elmindəki boşluqlar aradan qaldırılıb.

Elmi sessiyadaİqtisadi inkişafictimai rifah”, “Əhalinin həyat səviyyəsi və keyfiyyətli problemlərinin tədqiqi sahəsində görkəmli iqtisadçı alim”, “Aqil Əliyevin elmi-pedaqojiictimai fəaliyyəti” və digər mövzularda məruzələr dinlənilib.

 

Mahmud

Palitra.-2016.-14 dekabr.-S.6.