Rasim Hüseynov: “Biz mədəniyyətimizi öz sənətimizlə yüksək səviyyədə avropalılara tanıdırıq”

 

Azərbaycanın xaricdə təbliğində müxtəlif peşə sahiblərinin gördükləri işlərin özünəməxsus rolu var. Xüsusən, onların fərdi yaradıcılıq işləri birbaşa diaspor işinə xidmət edir. Elə Hollandiyada yaşayan müsahibimiz Rasim Hüseynov da həyat yoldaşı Vəfa xanımla birgə rəssam kimi Avropada ölkəmizi tanıdır.

-Xaricdə Azərbaycanın təbliğində incəsənətin bu sahəsinin nə kimi özəlliyi var?

-Mən və həyat yoldaşım 2001-ilin birinci yarısından Hollandiyada yaşayaraq sərgilənməyə başladıq. İlk sərgimiz Draxten şəhərində yerləşən bələdiyyə qalereyası “De LAVAY”-da oldu. Sərgidə 3 İraq rəssamı və 2 yeni, biz Azərbaycan rəssamları sərgilənirdik. Bu bizim Hollandiyada ilk sərgimiz idi. Sərgiyə gələn jurnalistlər, tamaşaçılar sərgidən heyran qalırdılar və ən əsası gələnlərin 99 faizinin Azərbaycan haqqında anlayışları yox idi; harada yerləşdiyini,hansı mövqedən çıxışetdiyini söhbət əsasında bizdən soruşurdular. Ölkəmizi qapalı,mədəniyyəti olmayan,geri qalmış bir dövlət kimi tanıyırdılar. Biz tərəfdən verilən informasiya və sərgilənən rəsm əsərlərimiz Azərbaycanımız haqqında sərgiyə gələn insanlarda başqa bir fikir yaratdı. Bir ay ərzində sərgiyə, demək olar ki, 2000-dən artıq tamaşaçı baxdı. Bu günlər ərzində tamaşaçılar təkrar sərgi salonuna gəlir və bu günlər ərzində internetdən Azərbaycan haqqında maraqlanıb axtarıb tapdıqları informasiyanı bizə danışmaqdan ləzzət alırdılar və təsdiq edirdilər ki, heç vaxt ağlımıza gəlməzdi ki, Qafqazda belə bir dərin mədəniyyətə,incəsənətə,qədim tarixə malik olan Azərbaycan adlı ölkə var. Ən əsası mənfur qonşularımız ermənilər tərəfindən həyata keçirilən Qarabağ, Xocalı hadisələrindən yana-yana danışaraq bu vaxta kimi heç bir informasiyaları olmadığından xəbər verirdilər.

-Əsərlərinizdə Qarabağ mövzusu nə dərəcədə yer alır?

-Bizim yaradıcılığımızda 20 Yanvar,Qarabağ mövzusunda da silsilə işlər var. Hətta biz bu işlərdən ibarət hər keçirilən sərgilərimizdə ayrıca yer ayırıb o əsərləri sərgiləndiririk, jurnalistlər və tamaşaçılar tərəfindən çoxlu suallarla üzləşirik. “Niyə görə sərgi salonunun bir guşəsinə baxanda gözəllik, insanı yaşatmağa pozitiv hislər duyuruq, ancaq bir başqa bölməyə baxanda o əsərlərdə kədər, insanların öldürüklərini, uşaqlara işgəncə verildiyini görürük? 20 Yanvar nə deməkdir? Xocalı-fevral? Laçın? Şuşa? Soyuq rənglər? Məyus dərin fikrə dalmış analarla nə demək istəyirsiz?” suallarınıtamaşaçılardan tez-tez eşidirik.Çalışırıq bu suallara ətraflı, izahlı şəkildə cavab verək və lazım gələrsə, informasiya dünyasına yönəldək. 2008-ci ilin fevral ayında Xocalının 16-cı ildönümü ilə əlaqədar Hollandiyada fəaliyyət göstərən “Ana Vətən” cəmiyyəti tərəfindən Haqqa şəhərində yerləşən Beynəlxalq Məhkəmənin kitabxanasında tədbir keçirildi. Tədbirdə Azərbaycanın Hollandiyadakı o zamankı səfiri Fuad İsgəndərov da iştirak edirdi. Qarabağ, Xocalı mövzusunda çıxışlar oldu. Bu tədbirdə həyat yoldaşım Vəfa Rüstəmovanın “Xocalı” əsəri nümayiş olunurdu.Tədbirdə iştirak edən kitabxananın direktoru çıxışlar zamanı tez-tez sağ tərəfində molbertin üstündə sərgilənən “Xocalı” əsərinə baxırdı və birdən yerindən durub əsərin qarşısında dayanıb diqqətlə baxmağa başladı. Öz çıxışından sonra qeyd etdi: “Mən bütün cıxışlara qulaq asırdım,ancaq Xocalıda baş verənlərdən heçbaşa düşə bilmirdim. Lakin bu rəsm əsəri Xocalıda törədilmiş terroru mənə anlatdı”.Sərgilər zamanı belə reaksiyalar dəfələrlə olubbiz özümüzə haradasa təsəlli veririk ki, baş vermiş terroru Avropada öz əsərlərimizlə anlada bilirik.

-Bir azərbaycanlı rəssam olaraq hollandların sizə münasibəti necədir?

- Bir azərbaycanlı rəssam olaraq hollandların bizə, bizim sənətimizə münasibəti çox yaxşıdır. Bu, onlar üçün yenilikdir, bir Şərq ölkəsinə pozitiv bir çərçivədən baxmaqdır, eşitdikləri neqativ informasiyanın əks tərəfi olan əyani bir sübutdur. Biz burada böyük bir mədəniyyəti, tarixi, dərin milli kökləri olan Azərbaycanın adından çıxış edirik. 16 il ərzində Hollandiya və sərhəd ölkələrdə etdiyimiz sərgilər ölkəmizə ancaqancaq başucalığı qazandırıb. Biz indinin özündə də Azərbaycanımızı,mədəniyyətimizi öz sənətimizlə yüksək səviyyədə avropalılara tanıdırıq.

- Holland rəssamlarla əlaqələriniz varmı?

-Hollandiyanın hər bir tərəfində holland rəssam dostlarımız var.Hər dəfə də adımızı hörmətlə çəkirlər. Biz düşünürük ki, bu nailiyyət Azərbaycanımızın nailiyyətidir. Azərbaycan xalqı bunabundan da yüksək nailiyyətlərə layiqdir.

-Maraqlıdır,hollandlar sizə əsas hansı mövzuda rəsmlər sifariş verirlər?

-Əslində, demək olar ki, 16 il ərzində biz heç vaxt sifarişlə işləməmişik. Ancaq yaratdığımız əsərləri hollandlar bəyənib, qiymət verib və alıblar. Çox zaman sərgilərdən sonra da tamaşaçılar əlaqə saxlayıb emalatxanaya gəlirlər.Onlar üçün çox maraqlı olur bizimlə ünsiyyət qurmaq, hətta 1 saatlıq görüş təyin edib qonaq gəlirlər. 1, 3,4 saata kimi uzanır söhbət. Rəsm əsərlərinə baxmaqla,maraqlı söhbətlərlə özləri də bilmədən vaxt mənalı keçir. Rəsm əsərini alandan sonra uşaq kimi sevinə-sevinə gedirlər. Bizdüşünürükdeyirik: “Azərbaycanın bir tarixi hollandın evində yer tutacaq, hər gün o əsərlə üz-üzə gələcək və əsər o ev adamlarını,qonaqları Azərbaycan haqqında düşünməyə vadar edəcək”

-Qarşıda hansı sərgilər keçirməyi planlayıbsız?

-Qarşıda yeni proyektlər, sərgilər keçirmək üçün başqa ölkələrdə fəaliyyət göstərən muzeyqalereyalarla əlaqələr yaradırıq. İnşallah, yaxın vaxtlarda bəlli olacaq hansı ölkələrdə sərgilər keçirə bilərik .Eyni vaxtda bir neçə qalereya, muzeydə sərgi keçirmək üçün kifayət qədər rəsm əsərlərimiz var.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-9 dekabr.-S.7.