UNESCO: “Azərbaycan əsl sivilizasiyalararası dialoq nümunəsidir”

 

Parisdə, UNESCO-nun qərargahında Azərbaycanın bu təşkilatdakı nümayəndəliyinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) iştirakı ilə “Azərbaycan multikulturalizminin əhəmiyyəti və uğurlu modelimövzusunda “dəyirmi masakeçirilib.

 

Tədbirdə UNESCO-nun Katibliyinin məsul əməkdaşları, bu təşkilatın nəzdində akkreditə edilmiş xarici nümayəndəliklərin rəhbərləri, diplomatik korpusun üzvləri, habelə Fransa ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Onlar dünyanın müxtəlif regionlarında millətlərarası və dinlərarası çəkişmələrin kəskinləşməsi nəticəsində yaranan gərginliyi azaltmaq naminə cəmiyyətdə multikulturalizm dəyərlərinin bərqərar olması problemlərinə dair geniş fikir mübadiləsi aparıblar.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov qeyd edib ki, UNESCO tolerantlıq və multikulturalizm dəyərlərinə böyük diqqət yetirir. Səfir Anar Kərimov deyib: “Məhz bu səbəbdən biz bugünkü konfransı UNESCO-nun qərargahında keçirməyi qərara aldıq. Ekstremizmin, radikalizmin, ayrı-seçkiliyin, dinietnik dözümsüzlüyün, antisemitizm və islamafobiyanın tüğyan etdiyi bugünkü dünyada biz multikulturalizm sahəsində öz müsbət təcrübəmizi nümayiş etdirmək istəyirik. Azərbaycan multikulturalizm siyasətinə xüsusi əhəmiyyət verir, bu sahədə ölkəmizin təcrübəsi var. Bizdə bir sıra xalqların və konfessiyaların nümayəndələri əsrlər boyu doğma ailə kimi birgə yaşayır. Biz dünya birliyinə Azərbaycanın məhz bu müsbət fenomeni modelini təqdim edirik”.

BBMM-nin baş müşaviri Aytən Qəhrəman millətlərarası və dinlərarası münasibətlərin səmərəli tənzimlənməsinin vacibliyi barədə söhbət açaraq qeyd edib ki, Azərbaycan tolerantlıq və mədəni-tarixi müxtəliflik ənənələrinə həmişə sadiq olub. Bu, həm ölkəmizin titul millətinin, həm də əsrlər boyu bu qədim diyarda yaşayan bütün millikonfessional qrupların ovqatına uyğundur.

Aytən Qəhrəman vurğulayıb: “Başa çatmaqda olan 2016-cı il Azərbaycanda ona görə “Multikulturalizm ilielan edilib ki, cəmiyyətdə münasibətlər məhz etimad və qarşılıqlı hörmət kimi mühüm əxlaqi-etnik dayaqlara əsaslanır. Azərbaycanın milli təcrübəsi təsdiq edib ki, mədəni və humanitar sahədə hərtərəfli düşünülmüş əlaqələr etimada əsaslanan münasibətlər platformasının möhkəmlənməsinə üzvi şəkildə kömək edir. Mənəvi yaxınlıq amili isə qarşılıqlı cazibə üçün əlverişli imkanlar yaradır”.

“Dəyirmi masa”nın işində iştirak edən BBMM-nin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Azərbaycanın yəhudi icmasının həyatı nümunəsində tarixi Azərbaycan reallıqları barədə yaxşı məlumata malik olan bir şəxs kimi, müsəlmanların, yəhudilərin və xristianların dinc yanaşı yaşaması üzrə unikal təcrübəni sənədli materiallar əsasında Avropa auditoriyasına təqdim edibbildirib ki, bu təcrübə bütün dünyada geniş təbliğ edilməlidir.

Arye Qut deyib: “Azərbaycan bir sıra dinlərin və xalqların nümayəndələri üçün vətən olubindi də belədir. Qədim Azərbaycan torpağında yəhudi diniİslam, atəşpərəstlik və xristianlıq birgə mövcud olub. Bu diyar indi də tolerantlığa və dini dözümlülüyə meylini nümayiş etdirir. Ölkədə yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət Azərbaycan tolerantlığının parlaq nümunəsidir. Bir faktı qeyd etmək lazımdır ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər burada heç vaxt özlərini əcnəbilər kimi hiss etməyiblər”.

Arye Qut sənədli təqdimat çərçivəsində “dəyirmi masa” iştirakçılarının diqqətini bir fakta cəlb edib ki, Ermənistanla silahlı münaqişəyə və Ermənistanın Azərbaycana qarşı təcavüzünə baxmayaraq, Odlar Diyarı sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsidir. Arye Qut deyib: “Azərbaycandakı yəhudi icması bu dialoqda mühüm inteqrasiyaedici rol oynayır. Bu gün həm millətlərarası, həm də dinlərarası münaqişələrin alovlandığı qəddar dünyamızda Azərbaycan bütün konfessiyaların sülh şəraitində birgə yaşadığı sabitlik, əmin-amanlıq və sabitlik adasıdır. Azərbaycan bütün dünyaya aydın şəkildə göstərir ki, o, tolerantlıq və multikulturalizm siyasəti yürüdür, bunlar Azərbaycan cəmiyyətinin həyat tərzidir və əslən Azərbaycandan olanların çoxu bu tolerantlıq amilinə görə qürur hissi keçirir”.

Arye Qut deyib: “Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət bəsləyir. Qədim Qırmızı Qəsəbə İsrailin hüdudlarından kənarda dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə və nadir məkandır. Bu, həqiqətən Azərbaycanın fəxridir. Qırmızı Qəsəbədə görə biləcəkləriniz Azərbaycanda dini konfessiyaların – müsəlmanların və yəhudilərin sıx əməkdaşlığın və tərəfdaşlığının nəticəsidir. Bu gün bizdə müxtəlif dinlərə mənsub olan insanların birlikdə sülh şəraitində yaşaya və bir-birinə hörmət edə biləcəyini göstərən real həqiqi nümunə var”.

Qutun fikrincə, Prezident İlham Əliyev sözün həqiqi mənasında Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına diqqətli, həssas və səmimi münasibət bəsləyir. İsrailli ekspert Arye Qut çıxışının sonunda deyib:Bu gün artıq faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə Azərbaycan Respublikası kimi sıx və səmimi münasibətləri yoxdur. Bir neçə il bundan əvvəl Bakının mərkəzində iki yeni sinaqoqbütün Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Yəhudilər və azərbaycanlılar bu ölkədə əsrlər boyu doğma qardaşlar kimi yaşayır, onları ortaq taleümumi tarix bağlayır. Azərbaycan sözün həqiqi mənasında əsl sivilizasiyalararası dialoq nümunəsidir. Mənə daha bir ölkə - istər müsəlman ölkəsi olsun, istər xristian ölkəsi – göstərin ki, orada Prezidentin himayəsi ilə iki sinaqoq və yəhudi təhsil mərkəzi tikilmiş olsun. Düşünürəm ki, siz başqa belə bir ölkə tapa bilməyəcəksiniz”.

 

Nigar

 

Palitra.-2016.-17 dekabr.-S.7.