Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının fəaliyyəti təqdirəlayiqdir

 

Xəbər verildiyi kimi, bu yaxınlarda İsraildə 7+7-Azərbaycan möcüzələri fotosərgisi keçirilib. Azərbaycanı İsraildə tanıtmaq məqsədilə keçirilən bu sərginin təşəbbüskarı və təşkilatçısı Heydər Əliyev Fondu olub. Sərgidə Azərbaycandan da bir qrup nümayəndə heyəti iştirak edib. Səfərdə iştirak edən Qafqaz Tarixi Mərkəzinin direktoru, YUNESKO-nun dosenti Rizvan Hüseynov öz təəssüratlarını bizimlə bölüşüb. Qeyd edək ki, nümayəndə heyəti öncə Türkiyəyə, oradan isə İsrailə səfər edib.

Rizvan Hüseynov bildirdi ki, Türkiyədə öncə Azərbaycanda çəkilən Xüsusi təyinatlı İbad filminin təqdimatında iştirak ediblər: Daha sonra Türkiyədə Prezident Sarayında görüşlər keçirildi. Bizi Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu qəbul etdi. O, vətənpərvərlik mövzusuna böyük önəm verir. Əsas məqsəd Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin vətənpərvərlik üzrə istiqamətini inkişaf etdirməkdir. Daha sonra hakim partiyanın deputatları ilə görüşdükonlar tərəfindən mükafatlarla təltif olunduq.

 

İsraildəki məmurlar Azərbaycanın strateji mövqeyini bilirlər

 

Sonra Rizvan Hüseynov, İbad Hüseynli və Gülşən Behbud İsrailə yollanıblar. Orda da, qeyd etdiyimiz kimi, İsrailin Tirat Karmel şəhərində Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə keçirilən 7+7- Azərbaycan möcüzələri adlı sərgiyə qatılıblar. Bu sərgidə İsrailin bir çox rəsmi nümayəndələri iştirak ediblər. Rizvan Hüseynov bildirdi ki, orda Azərbaycanla bağlı tanıtım çıxışları ediblər.

Onun sözlərinə görə, İsraildə böyük Azərbaycan icması fəaliyyət göstərir: 4 gün ərzində İsrailin 10-dan çox şəhərində merya mer müavini səviyyəsində qəbul olunduq. Həmçinin Knessetdə İsrail parlamentinin deputatları, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri ilə çoxsaylı görüşlər keçirdik. Eyni zamanda din xadimləri ilə görüşlərimiz oldu. Səfər çərçivəsində müqəddəs yerlərə də baş çəkdik. Onların marağı odur ki, Azərbaycan-İsrail əlaqələri daha da inkişaf etsin. Ona görə ki, çox qədimdən iki ölkənin münasibəti var. Biz getdiyimiz yerlərdə Azərbaycandan gedən və orda vəzifədə işləyən həmyerlilərimizi gördük. Hətta biz gördük ki, Yerusəlim kimi şəhərdə azərbaycanlıların mövqeyi çox möhkəmdir.

Əksər İsrail məmurlarının Azərbaycanı tanımaları Rizvan Hüseynovun daha çox diqqətini çəkib: İsraildəki məmurlar çox dəqiq şəkildə Azərbaycanın strateji mövqeyini, tarixini, Qarabağ problemini, məişətini və s. bilirlər. Onlar anlayırlar ki, Azərbaycanla strateji münasibətlər inkişaf etməlidir. Azərbaycan adı gələndə çox yaxın, dost ölkə kimi bizi tanıyırlar və Azərbaycanla hərtərəfli münasibətlərini inkişaf etdirməkdə açıqdırlar. Onlar təklif etdilər ki, dini liderləri Azərbaycana gəlmək istəyirlər. Həmçinin bir neçə İsrail şəhəri Azərbaycan şəhərləri ilə qardaşlaşmaq memorandumu imzalayıb. Bu şəhərlərin sayını artırmaq istəyirlər.

 

İsraildə Azərbaycan səfirliyinin yoxluğu hiss olunmur

 

Rizvan Hüseynov iki ölkə arasında münasibətlərin inkişafı, ölkəmizin orada tanınmasında Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) fəaliyyətini xüsusi vurğuladı: Orada Azİz-in çox böyük hörməti var. Azİz-in nümayəndəlikləri, demək olar ki, İsrailin bütün şəhərlərində fəaliyyət göstərir. Çox operativ şəkildə bütün məsələləri həll edirlər. Bilirik ki, İsraildə Azərbaycan səfirliyi yoxdur. Amma bu, heçhiss olunmur. Çünki Azİz təşkilatı sanki Azərbaycanının İsraildə səfirliyidir.

Mən Azİz-in sədri Lev Spivaka, eyni zamanda bizim səfərin döyünən ürəyi, Azİz-in İdarə Heyətinin üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmana xüsusi təşəkkür edirəm. O, bir ana kimi bizə hərtərəfli qayğı göstərdi və elə bir şərait yaratdı ki, səfərimiz uğurlu olsun. Bununla yanaşı, Şolumi Mərkəzinin rəhbəri ŞaulSimantovİsrailin Miqrasiya Nazirliyinin azərbaycanlı işçisi Rauf Ağalarova da bizə göstərdiyi dəstəyə görə təşəkkür edirəm.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-21 dekabr.-S.7.